85
“+” qəhramanlar
“-” qəhramanlar
Cırtdan
Göyçək Fatma
Tıq-Tıq xanım
Qırmızı papaq
Qoğal
Müəllim onların yaşıdlarının nağıllara çəkdikləri illüstrasiyaları da nümayiş
etdirir.
Qruplar öz aralarında müzakirə edərək nağıldan hansı sujeti çəkəcəklərini
fikirləşib tapırlar.
I qrup “Cırtdan”
II qrup “Göyçək Fatma”
III qrup “Tıq-Tıq xanım”
IV qrup “Qırmızı papaq”
V qrup “Qoğal” nağılına illüstrasiya çəkirlər.
Kompozisiya qaydalarına əməl etməklə rəsmi yerinə yetirirlər. Nəzərə alırlar ki,
rəsmdə boşluq olmasın və personajlar arasında əlaqə olsun. İlüstrasiyalarda nağıl
qəhramanlarının xarakterini, görünüşlərini, nə etdiklərini, harada olduqlarını,
seçilmiş epizodu nəzərə alırlar.
Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların
iştirakının vacib olduğunu xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan
sonra təsviri rəngləyirlər.(iş dəftəri də ola bilər)
Bu zaman (inklyuziv) xüsusi qayğıya ehtiyac olan uşaqları da nəzərə alaraq
nağıllara aid rəngləmələr verir.
Müəllim dərsin sonunda şagirdlərin
özünü meyarlar üzrə qiymətləndirəcəyini
xatırladır və meyarları yazı taxtasından asır.
Dostları ilə paylaş: