Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə93/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   89   90   91   92   93   94   95   96   ...   167
16 Təsviri incəsənət-kurikulum

«Yaradıcı əsərin yaradılması» 
Yaradıcı  əsərin  yaradılması  şagirdlərdə  yaradıcılıq  fəallığının  hərtərəfli 
inkişafında  tətbiq  olunan  ən  optimal  metodlardan  biridir.  Bu  metod  şagirdlərin 
hər  hansı  problemin  həllində  yaradıcı  təfəkkürünü  üzə  çıxarmağa  imkan  verir. 
Müxtəlif yaradıcılıq fəaliyyəti prosesində şagirdlərin yazdıqları inşaları, şeirləri, 


69 
 
hekayələri o cümlədən yaratdıqları maketləri, fiqurları, rəsmləri, layihələri və s. 
buraya aid etmək olar.  
Bu  metod  vasitəsilə  şagirdlərdə  təfəkkür  fəaliyyətinin  çevikliyi  və 
orijinallığı inkişaf etdirilir. 
Müəllim  şagirdlərə  mövzu  və  ya  müəyyən  istiqamət  verərək  yaradıcılıq 
prosesinə  maraq  yaradır.  Belə  fəaliyyət  zamanı  şagirdlərdə  nəzəri  və  praktik 
yaradıcılıq bacarıqları formalaşır. Bu metodun tətbiqi zamanı aşağıdakı təlimata 
əməl edilməlidir: 
1.  Müəllim  şagirdlərin  nəzərinə  yerinə  yetiriləcək  tapşırığın  mövzusunu 
və ya məzmununu çatdırır. 
2.  “Təsviri  incəsənət”  dərslərində  çəkiləcək  rəsm,  yapılacaq  fiqur, 
quraşdırılacaq  model  haqqında şagirdlərə lazımi təlimat və  işin  yerinə 
yetirilmə müddəti elan olunur. 
3.  Verilmiş  vaxt  bitdikdə  ən  uğurlu  iş  və  ya  işlər  müəyyən  olunur. 
(Şagirdlərin  motivasiyasını  artırmaq  üçün  lazım  gəldikdə  onlara,  əl 
işlərini korreksiya etmək  və tamamlamaq  üçün  ikinci dəfə  vaxt verilə 
bilər). 
4.  Başa çatdırılmış (rəsm, yapma, model, maket, (şeir, hekayə, inşa) və s.) 
tapşırıq  nümayiş  etdirilərək  müqayisə  və  təhlil olunur,  dəyərləndirilə-
rək alqışlanır. 
         Müəllim  işin  müxtəlif  mərhələlərində  şagirdlərin  fəaliyyətini  izləyərək   
qeydlər edir. Lazım gəldikdə əl işlərinin dəyərləndirilməsində onlara əsaslanır. 
Bu metod zamanı verilən tapşırıqlar şagird təfəkkürünün və təxəyyülünün  
(fantaziyasının)  genişliyinə,  bilik  və  bacarıqların  cəld  nümayişinə,  çevikliyinə 
yönəldilir.   

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin