Mikroskopik invaziya səviyyələri. Klinik təsnifatla yanaşı hüceyrəvi aktivlikdəki mikroskopik dəyişiklikləri və invaziya dərinliyini inəzərə alaraq Klark və əməkdaşları melanomaları təsnif etmişlər. Buna görə melanomalar aşağıdakı səviyyələrə bölünür:
Səviyyə I. Şiş hüceyrələri bazal membranın üzərində, epidermisdə yerləşir;
Səviyyə II. Şiş hüceyrələri membranı keçib, papilyar dermaya çatır;
Səviyyə III. Şiş hüceyrələri retikulyar dermaya qədərdir, papilyar dermanı doldurur;
Səviyyə IV. Şiş hüceyrələri retikulyar dermadadır;
Səviyyə V. Şiş hüceyrələri retikulyar dermanı keçib, subkutanoz piy toxumasına doğru irəliləyir.
Səviyyə I klinik olaraq xoşxassəli bir törəmədir. Buna melanoma in situ və ya melanositik hiperplaziya da deyilir. Statistik məqsədlərlə bədxassəli kimi düşünülmür. Səviyyə II-də ölüm faizi 8,2%, səviyyə III-də - 32,5%, səviyyə IV-də - 46,1 %, səviyyə V-də isə 52%-dir
Bununla yanaşı şişin mm ilə qalınlığı da limfogen metastaz, müalicə və yaşam faizi haqqında məlumat verir. Bir tədqiqatda 1 mm-dən az qalınlıqlı bədxassəli melanoma hallarında 5 illik yaşam faizi 100%, 1,1-2 mm arasında olanlarda - 83%, 3 mm-dən qalın olanlarda isə 55% olmuşdur.
Şəkil....
Dostları ilə paylaş: |