F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə24/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   20   21   22   23   24   25   26   27   ...   83
IV.2. Arıların ünsiyyəti
Digər həşəratlardan, xüsusilə arılardan əldə edilən nəticələr heyranedicidir. 25 ildən artıq müddətdə arıların fəaliyyətini öyrən­miş Münhen professoru K.fon Friş tükürpədici şeylər açıqlamışdır. O, arıların dilini öyrənmək üçün xüsusi metodika işləyib ha­zırlamışdır. Bu metodika ilə o, arıların hərəkətlərinin incəliklərini açıb göstərmişdir.4

Aşağıda K.fon Frişin təcrübəsindən bəzi qeydləri verməyi məqsədəuyğun hesab edirik.

Arılar “ünsiyyətdə” rəqslərdən istifadə edirlər. Bunlar adicə dil işarələridir. Arılar qidaya yaxın olanda pətəkdən 100 m az mə­safədə olduqda dairəvi rəqslər edirlər. Əgər yem daha uzaq məsa­fədə yerləşdirilsə, arılar oynamaqla rəqs edərək öz həmcinslərinə siqnal göndərirlər. Bu zaman arı düz xətt boyunca gedir, sonra çıxış nöqtəsinə qayıdır, sola doğru yarımdairə cızır, sonra təzədən düz xətt boyunca gedir, sonra sağ tərəfə yarımdairə cızır. Özü də düzxəttlə rəqs edərkən arı döşü ilə o yana bu yana hərəkət edir (buradan da rəqsin adı məlum olur). Rəqs bir neçə dəqiqə davam edə bilər. Bunu aşağıdakı sxem əyani göstərir.




Oynamaqla rəqs qidanı pətəkdən 100 metr məsafədə tapanda daha sürətli olur.

Qida uzaq olduqca, arının sağa və sola dönmələri bir az ləng olur. K.fon Friş arıların rəqslərini öyrənmək üçün sırf matematik formula müəyyənləşdirə bilib; beləki, 15 dəqiqə ərzində arıların düz xətt boyunca hərəkətlərinin sayı pətəkdən 100 metr aralıda qidaya doğru etdikləri hərəkətin təxminən 9-10-na bərabərdir, qida 5000 metrdə olanda isə 2-yə və nəhayət, 10 min metr aralıda olanda 1-nə bərabərdir.

Bir məsələ də ciddi maraq doğurur: oynamaqla edilən rəqslər qida yerinin istiqaməti barədə də məlumat verir. Bu məlumatın xarakteri düz xətt boyunca hərəkətdən asılıdır.5

Əgər arı üfiqi xətt boyunca, məsələn, onu qarşılayanlar isti havada uçuş lövhəsində rəqs edirsə, onda düzxətt boyunca hərəkətin istiqaməti günəşə doğru arının uçduğu istiqamətə uyğun gəlir (bax: şəkil 7).






y

em pətək

4

00  günəş şüaları

Şəkil 7. Uçuş lövhəsi
Əgər rəqs pətəyə şaquli istiqamətində olursa, onda siqnal vermə prinsipi bir az mürəkkəbləşir: onun əsasında yemə doğru uçuşun istiqamətilə günəşə olan düz xətt arasındakı bucaq durur. Bu zaman 3 hal fərqləndirilir (bax: şəkil 8).
a
//

) pətək

b) qida


rəqs pətək

günəş

c) pətək


rəqs qida

günəş
Şəkil 8. Üçuş istiqamətinin günəşə nisbəti


a) pətəklə qidanı və günəşi birləşdirən düz xəttdir. Düzxətt üzrə hərəkət yuxarı yönəlir; hərəkətin istiqaməti və yuxarıya doğru istiqamətin bucağı sıfra bərabərdir;

b) pətəklə yem arasındakı bucaq və qidadan günəşə doğru xətt arasındakı bucaq 180 dərəcəyə bərabərdir. Arıların et­dikləri rəqslərdəki düzxətt boyunca hərəkət aşağı istiqamətdə olur. Burada da hərəkətin istiqaməti və yuxarıya istiqamət arasındakı bucaq 1800-yə bərabərdir;

c) pətəkdən yemə gedən xəttlə günəşi birləşdiriən xətt arasındakı bucaq 600-dir. Düzxətt boyunca hərəkət elə olur ki, hərəkətin istiqamətilə yuxarıya doğru hərəkətin arasındakı bucaq da 600-ə bərabərdir. Özü də qida “qida-günəş” xəttindən solda yerləş­diyindən, hərəkətin xətti yuxarıdan sola doğrudur.

Belə dəqiq “dilə” yalnız həsəd aparmaq olar.

Arılar qidanın olması və istiqaməti haqqında məlumatla kifayətlənmirlər, həm də içmək və pətəyi sərinlətmək üçün suyun ye­rini, habelə pətəyi qurmaq üçün “tikinti” materialı haqqında məlumat verirlər. Kəşfiyyata çıxan arılar pətəyə qayıdarkən yeni yaşayış yeri tapanda rəqs edirlər. Bu yer münasib olduqda onlar da­ha sürətli rəqs edirlər. Sonra pətəkdən arılar uçub gedirlər kəşfiyyatçının tapdığı yerə. Əgər onlar tapdıqları yeri bəyənməsə, geri qayıdıb rəqs edən arılara qoşulurlar. Buranı çox arı bəyənəndə onlar köçüb gedirlər oraya.

K.fon Frişin kəşfi o qədər qeyri-adi idi ki, əvəllər dünya ona inanmaq istəmirdi. Lakin ingilis alim Torpe K.fon Frişin təcrü­bələrilə yaxından tanış olmaq üçün onun laboratoriyasna baş çəkir və alman tədqiqatçısı qonağı kifayət qədər səmimi qarşılayır. K.fon Friş ona bucaq ölçən cihaz və saniyə ölçən saat verir və deyir: “Mən içində sirop olan qabı parkda gizlədirəm. Siz şüşə içərisində yerləşdirilmiş pətəyə baxın və rəqslərindən təyin edin ki, qab hardadır”. Bucaq ölçən cihaz və saniyə ölçən saat ingilisə aydın edir ki, qab pətəkdən 400 metr aralıdadır, 300 günəşdən solda. Torpe göstərilən yerə qaçır, qabı axtarır, elə bilir ki, səyləri əbəsdir, ancaq birdən onu düz ayağının altında görəndə mat qalır. Sevincdən gözü kəlləsinə çıxan Torpe İngiltərəyə qayıdıb gördüklərini heyranlıqla qələmə alır. Bundan sonra alman aliminin kəşfləri dünyada tanınır.

Deməli, bunlar qeyri-intensional dillərə aid fikirlərdir. Anlam burada yalnız dərk olunmayan sinir sistemində, yalnız fizioloji səviyyədə mövcud olan təsəvvürlərdir. Qeyri-intensional işarədən istifadə edən heyvanlar işarələrin anlam mənasını bilmir, işarələrin işləndiyi şəraiti başa düşmür, öz həmcinslərilə etdikləri hərəkətlərin fərqinə varmırlar. Sırf instinktə əsaslanan bu “ünsiyyət” düşüncədən və başa düşmədən uzaqdır.

Məhz buna görə qeyri-intensional işarələrin işlənməsi xüsusi səviyyələrdə olur. Bu qaydaların gözlənilməməsi “danışıq” me­xaniz­minin pozulmasına gətirib çıxardır. Məsələn, K.fon Friş təc­rübələrinin birində qidanı radio qülləsının başında yerləşdirir, düz pətəyin üstündə. Qidanı axtaran kəşfiyyatcı arı pətəyə qayıdıb başqa arıları başa sala bilməyib, çünki onların lüğətində “yuxarıda” sözü yoxdur (yuxarda çiçək olmur). O adəti üzrə dairəvi rəqs etməklə arıları pətəyin ətrafında yerdə qida axtarmağa sövq edir. Ona görə də heç bir arı qidanı tapa bilmir. Beləliklə şərtlər dəyişəndə, hətta ciddi işləyən mexanizm fəaliyyət göstərə bilmir. Qidanı radio­qüllədən götürüb qüllə uzunluğunda məsafədə yerdə yerləşdirəndə adəti şərtlər yerinə yetirildi və sistem şərhsiz fəaliyyətə başladı. Eləcə də yuvanın üfüqi yerləşməsində (şanının çevrilməsilə əldə edilir) arıların rəqslərində inamsızlıq yaranır, ancaq əvvəlki vəziy­yətinə qayıdanda yenə işə düşür. Beləliklə, qeyri-intensional ünsiy­yətdə həşəratların hərəkətində çeviklik olmur, bütün hərəkətlər sırf şəraitlə bağlı olur, ondan kənarda “danışıq” mexanizmi tamam po­zulur.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin