F. H. Zeynalov


IX. Dil işarələrinin sintaksisi



Yüklə 1,55 Mb.
səhifə50/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   46   47   48   49   50   51   52   53   ...   83
IX. Dil işarələrinin sintaksisi

IX.1. Ümumi qeydlər


Biz irəlidə dəfələrlə qeyd etmişik ki, dilin sistemliliyini təmin edən amillərdən biri də onun elementlər toplusu olması və bu elementlərin paradiqmatik və sintaqmatik əlaqəyə girə bilməsidir. Amerikan dilçiliyi bu əaqəyə girməni ümumi distribusiya adı altın­da ümumiləşdirir. Onlar dil işarəsinin mümkün mövqelərdə işlənməsini onun distribusiyası adlandırırlar.1 Məsələn, ingilis və alman dilində /η/ fonemi söz başında gələ bilmir. Eyni şeyi Azər­baycan dilində /ı / və / ђ / fonemləri barəsində də demək olar. Onlar da sözbaşında gələ bilmir. Bunları məhdud distribusiyalı fonemlər adlandırırlar. Bundan fərqli olaraq /p/ və /t/ fonemlərinin distri­bu­si­ya­sında heç bir məhdudiyyət yoxdur. Bunlar fonoloji səviyyədə olan birləşmə qaydalarıdır. Eyni sözləri dilin başqa səviyyələrinin vahidləri barədə də demək olar.

Bu fəsildə biz müxtəlif səviyyədə dil işarələrinin sintak­si­sin­dən danışacağıq. Ancaq dil işarələrinin bu xüsusiyyətlərindən da­nış­mazdan öncə dilin iki mühüm əlaqələri haqqında söhbət açaq. Bun­lar­dan biri dilin sistemini səciyyələndirir , ona görə də onu para­diqmatik əlaqələr oxu adlandırırlar. İkincisi isə dilin struktur əla­qə­lə­rini əhatə edir, ona görə də bu əlaqələri sintaqmatik ox kimi səciy­yə­ləndirirlər.


IX.2. Paradiqmatik və sintaqmatik əlaqələr


Paradiqmatik əlaqələr o zaman olur ki, dil işarələri bir-birinin yerində işlənə bilsin. Başqa sözlə, eyni klassdan olan sözlər asan­lıqla bir-birinin yerində işlənə bilir. Bu zaman semantik səviyyədə kiçik dəyişiklik nəzərə çarpır. Ancaq bütövlükdə paradiqmatik aidilik qalır. Məsələn,

1./Dünən mən dostumla rastlaşdım//; /Bu gün mən dostumla rastlaşdım//

2./Dünən mən rəfiqəmlə rastlaşdım//; /Bu gün mən qonşumuzla rastlaşdım//

3./Dünən mən dostumla görüşdüm//; /Dünən mən dostumla vidalaşdım//

4./Dünən mən dostumla göüşdüm//; /Dünən o, dostu ilə görüşdü// və s.

Bu nümunələrdə hər sətirdə qara şriflərlə verilmiş leksemləri bir-birilə əvəz etsək, paradiqmatik münasibətin nə olduğunu aydın görə bilərik. Paradiqmatik münasibət danışıq aktında bilavasitə işlənmiş dil vahidilə işlənməmiş, lakin hər an o yerdə gələ bilən vahidin qarşılıqlı əlaqəsidir. E.Koseriu (1921-2002) demişkən, paradiqmatik ox elə bir xəttdir ki, “sintaqmatik oxa şaquli olaraq onun boyunca sürüşür və hər bir “mövqedə” birinin seçimi olur... ya x, ya da y və ya x-dirsə, onda y olmaz və əksinə, çünki burada söhbət “hazırdakı” (“seçilmiş”) vahidlə dil vahidlərinin eyni siniflərinin başqa, “olma­yan” (“seçilməyən”) və ya bir-birini istisna edən elementləri ara­sın­dakı münasibətlərdən gedir.”3 Hər səviyyədə siniflərə bölün­mək paradiqmatik münasibətlər vasitəsilə mümkün olur. Deməli, paradiq­matik oxda ünsiyyət elementləri bir-birini əvəzetmə prin­sipi­nə əsaslanır. Paradiqmatik oxun elementləri şaquli olmaqla sintaq­matik oxda əvəzetmə prinsipinə əsaslanır.

Başqa mədəni işarələrdə də paradiqmatik əlaqələrə rast gəlirik. Məsələn, azərbaycanlıların günorta yeməyinin paradiqmini belə göstərə bilərik:
Birinci yeməklərin sistemi

Quru yeməklər: salat

göyərti

pendir


tutma

çörək
Duru yeməklər: şorba

(ət, toyuq, göyərti, düyü, vermişel və s.)

borş


buğlama

ovdux


piti

bozbaş və s.


İkinci yeməklər sistemi:

şişlik


lülə-kabab

tava-kabab

basdırma

balıq-kabab


Çərəz qidaları: su

şərab


şirə

meyvə


çay və ya qəhvə
Struktur baxımdan bu ardıcıllıq çox vacibdir. Ola bilər ki, bu ardicillığa tam əməl olunmasın. Ancaq cəmiyyətdə bu sistem bu və ya digər dərəcədə gözlənilir.

Dil sisteminin müxtəlif səviyyələrində paradiqmatik müna­sibətlərini aşağıdakı kimi açıb göstərə bilərik:


IX.3. Müxtəlif səviyyələrdə paradiqmatik

və sintaqmatik əlaqələr


Fonoloji səviyədə paradiqmatik münasibətlərdən danışanda aydındır ki, söhbət, yuxarıda deyildiyi kimi, işarələrin işarəsi olan fonemlərdən getdiyi üçün onlar arasındakı qarşılaşmalara söykənən fonem sistemindən gedə bilər.

Azərbaycan dilində birhecalı sözlərdə samit(istənilən samit) +sait +samit (yalnız / / ), yəni KVK modeli üzrə 9 saitdən yalnız aşağıdakı qarşılaşmalar mümkündür:


K+a+K, K+e+K, K+i+K, K+ı+K, K+o+K, K+ö+K, K+ü+K, K+ə+K, K+u+K
/ba/ – /be/ – /pi/ ---- /bo/ --- ----- ----- /bu/
/ga/ ---- --- /gı/ – /go/ --- ---- /gə/ – /gu/

/da/ – /de/ – /di/ – /dı/ ---- /dö/ – /dü/ ---- /du/

/ja/ ----. ---- ---- --- – ---- ---- ---- ----

/ta/ – /te/ – /ti/ ---- --- ---- ---- ---- /tu/

/ma/ ----- ---- /mı/ ---- --- ---- ---- ----

/ka/ – /ke/ – /ki/ ---- ---- ---- ---- ----- -----

/fa/ ---- ---- /fı/ ---- ---- ---- ------ -----

/a/ – /e/ – /i/ – /ı/ ---- ---- ----- ------ ----

--- /le/ ---- --- /lo/ ---- ---- ----- ---

---- ---- ---- --- --- ---- ---- /nə/ – /nu/


Beləliklə, birhecalı sözlərdə dilimizin saitlərinin bir-birini əvəz etməsi çox məhduddur. Nəzəri cəhətdən bir fonemin digərinin yerində gəlməsi təkcə fonoloji deyil, həm də morfoloji, leksik və sinaktik məhdudiyyətlərlə bağlıdır. Dilimizdə bütün fonemlərin ikili (binar) və üç və daha çox qarşılaşmalarda iştirakını dərindən tədqiq etməklə paradiqmatik əlaqələrin əsl mənzərəsini açıb göstərə bilərik. Burada isə üçfonemli təkhecalı sözlərimizdə əvvəldə mümkün samitlərin, sonda isə yalnız // samitinin işləndiyi cəmi 36 birləşmə mümkündür. Onlardan da üçdə biri ortada /a/ saitinin işləndiyi sözlərdir. Ən az reallaşma /j/ və /n/ samitlərilə başlayan sözlərdə müşahidə olunur: müvafiq olaraq bir və iki sözdə işlənir. 3 sözdə işlənmə /m/, /f/ , /k/ və /l/ samitlərinin, 4 sözdə // və /t/, beş sözdə /b/ və /g/, 7 sözdə isə /d/ samitinin payına düşür.

Şübhə yoxdur ki, iki və daha artıq hecalı sözlər tətqiqata cəlb olunsa, fonemlər arasında paradiqmatik münasibətlərin daha zəngin şəbəkəsinə rast gələrik.

Dil işarələrinin üfüqi oxda əlaqələri yanaşı gəlmə, yəni sintaqmatik prinsipə əsaslanır.Burada biz ilk növbədə işarələrin düzxəttliliyi prinspini qeyd etməliyik. Bu prinsipə görə iki müxtəlif dil işarəsi eyni zamanda və eyni yerdə gələ bilməz. Burada qon­şu­luqda işlənmə qaydaları müəyyən edilir. Fonoloj səviyyədə burada da ciddi maneələr ortalığa çıxır. Hər bir fonemin yerdə qalan digər fonemlərin hamısı ilə birləşmə yaratması qeyri-mümkündür. Biz ixtiyari olaraq üç fonem götürüb onlardan heç birinin təkrar olun­maması şərtilə söz düzəltsək, onda onların nəzəri baxımdan sayı belə olacaq: 1.2.3=6. Deməli, /d/, /e/ və /n/ fonemlərini götürsək, onda nəzəri cəhətdən 6 birhecalı söz düzəldə bilərik: /den/, /ned/, /end/, /nde/, /dne/, /edn/. Bunlardan yalnız 3 –ü dilimzin fonem düzümünə uyğun gəlir: /den/, /ned/, /end/. O biri üçü isə bizim dilimizə xas olmayan birləşmə olduğundan onlardan danışmağa dəyməz. Ancaq /den/, /ned/ və /end/ kimi birləşmələrə də dilimizdə rast gəlmirik. Düzdür, bizim dilimizdə /dendrari/ sözü vardır. O biri iki birləşməyə heç alınma sözlərdə də rast gəlmək olmur. Buradan belə nəticə çıxarda bilərik ki, bu cür birləşmələr Azərbaycan dilinin fonotaktik qaydalarına uyğun gəlmir.

Deməli, sintaqmatik oxda müəyyən məhdudiyyətlər daim özü­nü büruzə verir. Özü də birləşmələrin müəyyənləşməsi müxtəlif səviy­yəli dil vahidlərində müxtəlif cür olacaqdır. Məsələn, morfem qovuşuğunda /+g/ mümkündür. Müq.et: /da+gın/, /dzo+gun/ v s. Ancaq /g+/ mümkün deyildir. /Agşin/ yazilsa da, bu sözdə /k+/ tələf­füz olunur.

Morfoloji səviyyədə paradiqmatik münasibətləri ayırd etmək üçün /əmək/ morfemini götürək və ondan şəkilçilər vasitəsilə dü­zələn sözlərə nəzər salaq: /əmək+dar/, /əmək+daş/, /əmək+li/, Bu lek­semlərin hər birində kökə əlavə edilən şəkilçi bir-birini eyni mövqedə əvəz etməklə yeni leksemlər yaradır. /-dar/ və /-daş/ şəkilçiləri sözdüzəldici şəkilçilər olmaqla eyni söz kökünə əlavə edilir və yeni sözlər yaradır. /Əməkli/ sözündə isə /-li/ şəkilçisi dördvariantlı şəkilçidən biri (/-lı,-li,-lu, -lü/) olmaqla kök saitinin tələbilə burada incə saitli şəkilçinin seçimi olub. O biri şəkilçilər isə fonetik mövqeyin tələbilə burada istisna edilir. Biz /əməkçi/ sözünü də düzəldə bilərik. /Əməkli və /əməkçi/ sözləri bir-birinə yaxın mənaları ifadə edirlər. Lakin birinci əmək fəaliyyətinin nəticəsi olaraq təqaüdçünü, ikincisi isə hazırda əmək fəaliyyətində olan şəxsi bildirir. /Əmək/ sözünə sinonim olan /iş/ sözü üzərində bu əməliyyatı bir haldan başqa digər hallarda aparmaq olmaz, yəni biz /iş+çi/ deyə bildiyimiz halda, /iş+li/, /iş+dar/, /iş+daş/ işlədə bil­mərik. Hər halda çağdaş Azərbaycan dilində bu cür sözlərə rast gəl­mək olmur. Ancaq /iş/ və /əmək/ morfemləri sərbəst4 olmaqla eyni klassa aiddir və onlar /zəhmət/ də daxil olmaqla mikroklass ya­ra­dırlar. Ancaq /zəhmət+dar/, /zəhmət+daş/, /zəhmət+li/ demək ol­mur. Bu morfemlə biz yalnız /zəhmət+keş/ sözünü /-keş/ şə­kil­çisilə işlədə bilərik. Göründüyü kimi, sərbəst və şəkilçi morfem­lər para­diqmatik oxda qarşılaşma münasibətlərində olsalar da, onların sintaq­matik oxda bir-birini asanlıqla əvəz etməsi həmişə mümkün deyildir. Morfoloji səviyyədə sintaqmatik məhdudiyyətlər artıq dilin hazırkı səviyyəsilə deyil, sözün etimologiyası, yəni hansı dildən alınması və sinharmonik modelilə şərtlənir.

Beləliklə, dilin morfem sistemində ən kiçik ikitərəfli dil işa­rələri sərbəst və asılı və ya şəkilçi morfemlər klasslarda birlə­şə­rək eks­ponent və semantik baxımdan qarşılaşmalar yaradır. Bu işa­rə­lə­rin sintaqmatik oxda bir-birinin yerində gəlməsi müəyyən məhdudiyyətlərlə bağlıdır.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin