Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə98/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   94   95   96   97   98   99   100   101   ...   120
Bu məqamda bir məsələ: Bu məqamda qısa şəkildə bir məsələni izah etmək istəyirik. Ümid edirik ki, qeyd etdiklərimiz “özü”ndə seyr edən şəxslər üçün faydalı olacaq, lazımi bəsirətlərlə nəticələnəcək. (İnsanları doğru yola yönəldən yalnız Allahdır!)

Tədqiq olunmuş məsələlərdən biri də budur ki, bizim hissi, əqli və xəyali şeylərə münasibətdə elmimiz bir çoxlarının dediyi və bizim güman etdiyimiz kimi deyil. “Elm” və ya “dərk” məsələsi, onun müxtəlif yönləri qarışıq, dərin və sirlərlə dolu məsələlərdəndir. İnsan bu barədə nə qədər dərindən fikirləşsə, bir o qədər həqiqətlərə, qəribəliklərə çatar, təəccüb və heyranlığı daha da artar. Təəssüf ki, kiçik bir qrup istisna olmaqla, insanlar varlıq məsələləri və onun həqiqətlərindən qəflətdə qalır, onlar barəsində fikirləşmirlər. Bu məsələyə – “elm” və “dərk” məsələsinə –biganə olub, bu barədə öz əql və düşücələrini işlətmirlər. Əksinə, düşüncələr, əqllər və himmətlər elə yerlərdə işlədilir ki, insafla yanaşsaq, deyə bilərik ki, bu, insanın əqli və düşüncəsi süquta uğramışdır. Bu münasibət insanlıq məqamı ilə uyğun gəlmir.

Əslində insanın əqli və düşüncəsi bizim müşahidə etdiyimiz kimi olmamalıdır. Əgər insanın əql və düşüncəsinin vüsətini, hansı məqamlara yol tapa biləcəyini, nə kimi amilləri seyr edə biləcəyini, insanın üzünə hansı yolların açılacağını bildikdən sonra insanlara nəzər salsaydıq, onların özlərinə zülm etdiyini yaxşı başa düşərdik. Bu səbəbdən də belə bir vəziyyətdə obyektivlə bağlı məsələlər və varlığın həqiqətləri haqqında danışmaq çox çətin, bəlkə də qeyri-mümkündür.

Bir çox filosoflar, tədqiqatçılar və nəzər sahibləri “elm” və “dərk” məsələsilə əlaqədar fikir bildirmiş, yazmış və təhqiqatlar aparmışlar. Bir çox məqamlarda faydalı mətləblərə və həqiqətlərə işarə edərək məchul, qeyri-müəyyən məsələlər kəşf etmişlər. Lakin məsələnin həqiqətinə və əslinə olduğu kimi nail olmamışlar.

Bu nəzəriyyələr və araşdırmalar içində bəzi filosof və ariflərin münasibəti həqiqət üzərindən pərdəni götürmüş, məsələnin həqiqətinə varmışlar. Demək olar ki, bu nəzəriyyəni mükaşifələr (kəşflər) də təsdiqləyir.

Onların nəzəriyyəsinə əsasən, bizim dərk etdiyimiz bütün cüzi məlumatları – onun bir qismi sayılan hisslər və təxəyyülləri – “öz”ümüzdə görürürük. Onların hamısı “kiçik misal aləmi”, “bizə birləşən, bizimlə əlaqəli misal aləmi” adlanan bizim öz misal aləmimizdə mövcuddur.

Bizim “özümüzdən xaricdəkilərə nail oluruq” – düşünüb güman etməyimiz batil bir gümandır. Hisslər və duyğular vasitəsilə özümüzdən xaricdəkilərlə əlaqəmiz zəmin yaradır ki, xaricdə olanların oxşar və bənzərini “öz misal aləmi”mizdə tapaq. Bu əlaqə səbəb olur ki, biz misal şəklində xaricdə mövcud olanları “öz aləmimizdə”, yəni “öz misalımızda” yaraq.

Başqa sözlə, hisslər və duyğular vasitəsilə xarici aləmlə əlaqə saxlamağımız ruhumuz üçün yenilik hazırlayır ki, duyğular vasitəsilə əlaqə yaradan bir sıra xarici həqiqətlərin bənzərini özündə – öz misal aləmində – yaradaraq canlı şəkildə müəyyənləşdirsin. Bunlar təxəyyül və hissiyyat aləmi ilə (cüzi məlumatlarla) bağlı məsələlərdən ibarətdir.

“Ümumi məlumata” gəldikdə isə bu onların idrakı, yəni bizim əqli şeylərə, maddədən üstün həqiqətlərin müxtəlif yönlərinə uzaqdan elmimizdən ibarətdir. Əsas məsələ bundan ibarətdir ki, biz həmin ali həqiqətlərə uzaqdan-uzağa nail olduğumuz üçün, onları çox zəif görürük. Təbii ki, öz ardınca qeyri-müəyyənlik, məfhumi mənada ümumilik və s. kimi xüsusi təsirlər də gətirir. Yoxsa həmin ali həqiqətlərin hər hansı biri öz dərəcəsində müəyyən bir həqiqətdir və xüsusi varlıq əhatəsinə malikdir.

Bu nurlu həqiqətlər bizə uzaqdan belə görünür. Onları hər şeyə aid edilən ümumi və qeyri-müəyyən məfhumlar kimi dərk edirik. Diqqət yetirmirik ki, bizim həmin nurlu həqiqətlərdən uzaq düşməyimiz, onları qeyri-müəyyən və hər bir şeyə aid olan halda görməyimizlə nəticələnmişdir. Əgər fasilə götürülsə, pərdələr aradan qaldırılsaydı, o nurlu həqiqətlərin hər birini varlıq genişliyinə malik olan müəyyən formada görərdik. Onlar müxtəlif təzahürlərdə aşkar edilmişdir. Eləcə də, başa düşərdik ki, əslində onun varlıq ümumiliyi məfhumi bir mənada deyil, varlıq genişliyinə malik olmaq mənasındadır. Onun müxtəlif fərdlərə aid edilməsi həqiqətdə, onun müxtəlif təzahürlərdə təcəlla etməsi deməkdir.

Bir həqiqətin qisimləri ilə üzləşmək onlardan ümumi bir məfhumu başa düşmək (bu, ümumi məfhumların idrakı bölümündə aydın bir məsələ sayılır) əslində mücərrəd bir həqiqətin müxtəlif təzahürlərlə üzləşməsidir. Bu üzləşmə bizim o həqiqəti uzaqdan müşahidə etdiyimizlə nəticələnir. Buna əsasən, gördüklərinin hamısını, həm hissi, həm də xəyali şeyləri özündə – öz misali mərtəbəndə, ümumi həqiqətləri də öz mücərrəd mərtəbəndə görəcəksən.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin