Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə95/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   91   92   93   94   95   96   97   98   ...   120
Cilvələrin faniliyi: Özümüz haqqında düşünməkdə davam etsək, özümüzdə və onun cilvələrində nəyə nail olacağıq? Bütün idark qüvvələrimizdə nə görəcəyik? Hər vaxt daxili və xarici idrak qüvvələrinin hər hansı birinə müraciət etdikdə, özümüzü onda, onu da özümüzdə müşahidə edirik. “Özümüzün eşitmə” duyğusunda eşitmək, “görmə” duyğusunda görmək, “dadbilmə” duyğusunda dadbilmək, “əql” qüvvəsində ağıl, “xəyal” qüvvəsində təxəyyül sifətlərilə birgə görcəyik. Özü də dəlil və əqli hərəkət vasitəsilə yox, canlı şəkildə.

Bütün bu idrak qüvvələrində, yəni bütün bu cilvələrdə, bu cilvələrin özünü və varlıq təsirlərini yox, yalnız özümüzü görürük. Hər bir cilvənin zatını təzahür zatında fani müşahidə edirik və onun sifətini, yaxud felini təzahürün sifət, yaxud felində əsla görmürük. Sanki meydanda təzahürdən başqa heç bir şey mövcud deyil və qalanları sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir!”1 Doğurdan da, görəsən, bu qüvvələrin hamısı fanidir, yoxsa, hamı bir növ özünün xususi mənasında mövcuddur.

Əgər bu mənanı yaxşı başa düşsən, müəyyən həddə zatda tovhidi, sifətlərdə tovhidi, fellərdə tovhidi, başqa sözlə, Allahın zatında, sifətlərində və fellərində əşyanın, onların sifət və fellərinin faniliyini dərk edib, bu həqiqətlərə çatacaqsan. Əlbəttə, bu həqiqətlər oxşarlıq vasitəsilə dərk edilmir; çünki Allah-taala istər zatda, istər sifətlərdə, istərsə də fellərdə məxluqata oxşarlıqdan pak və münəzzəhdir. Əksinə, məxluqlarda bu nümunələri görməklə müəyyən qədər tovhid həqiqətini və əşyanın faniliyini düzgün şəkildə başa düşmək olar. Allahdan başqa hər bir şey həlak olacaqdır.”1

Əgər Allah-taalanı zatda, sifətlərdə və fellərdə hansısa bir şeyə bənzətsək, nəinki azğınlığa düşəcəyik, həm də səhvə yol verərək Ona qarşı mərifətimiz olmaz. İmam Rzanın (ə) həzrət Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə buyurulur:

------------SƏh. 33.

Allahı yaratdığına oxşadan şəxs Onu tanımamışdır.”2

Bu məsələ ilə əlaqədar özümüzlə Allah arasında olan fərq, yaradanla yaradılan arasındakı fərqə bənzəyir. Bax gör ki, bunların arasında fərq nə qədərdir!

Əgər bu incəliyi yaxşıca qavrayıb, Allah-taalanın hansısa bir şeyə bənzərlikdən uzaq olmasını başa düşmək istəyirsənsə, bu həqiqətə diqqət yetir ki, biz özümüz, yəni “mən” sözü ilə ifadə olunan və qüvvələrdə təzahür edən həqiqət də öz növbəsində üstün bir qüvvədir. Həqiqətin özündən daha üstün bir həqiqət qüvvəsi var. Bu minvalla o həqiqət Allaha çatır: “Əvvəl, axır, zahir, batin, əbədi, əzəli və diri məhz Odur! Göylərdə və yerdə olanlar Ona məxsusdur! Bütün işlər Ona qayıdır.”

Varlıq bəxş edən yalnız birdir və o Allahdır. Məxluqlar Ona mənsubdur. Hər bir şey fani, O isə əbədidir. Belə olan təqdirdə, hansısa bir şeyi, istər zatda, istər sifətlərdə, istərsə də fellərdə Ona bənzətmək olarmı? Aydındır ki, cavab “xeyr!” – olacaqdır. “Leysə kəmislihi şəyun!” – Onun misli, tayı-bərabəri bənzəri yaxdur!”

Bütün bu çətinliklər və sözlər Allaha münasibətdə mərifətə nail olmaq üçündür və məqsəd Onu hansısa bir şeyə oxşatmaq deyil; çünki Onun heç bir oxşarı və bənzəri yoxdur!

Ümumiyyətlə, belə bir mərifət vasitəsilə müəyyən qədər Allahın zatında, sifətlərində və fellərində olan tovhidin mənasını dərk etmək olar. Başqa sözlə, insan özündə mövcud olan cilvələri və qüvvələri yaxşı dərk etsə, müəyyən qədər Allah-taalanın zatında əşyanın faniliyini də başa düşər. Tovhidə mərifətlə, bir çox ayələrin, nişanələrin həqiqətləri və onların incəlikləri aydın olar.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin