Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə99/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   95   96   97   98   99   100   101   102   ...   120
Təbiət aləmindən misal aləminə misal aləmindən mücərrəd aləmə: Əgər qısa şəkildə qeyd olunan məsələlərə yaxşı diqqət yetirsəniz, başa düşəcəksiniz ki, hisslər və duyğular vasitəsilə öz vücudumuzdan xaricdə olan təbiət aləmilə əlaqəmiz öz misal aləmimizə diqqət yetirməyimizə və orada xarici həqiqətlərin oxşarlığını görməyimizə səbəb olur.

Sonra öz misal aləmimizdə mücərrəd bir həqiqətin, onun qisimlərinin müxtəlif təzahürlərini müşahidə etmək öz mücərrəd aləmimizə diqqət yetirməyimizə səbəb olacaqdır. Varlıq genişliyinə malik olan mücərrəd həqiqətin özünə uzaqdan nail olacaq və uzaqdan nail olduğumuz üçün onu çox zəif və qeyri-müəyyən görəcəyik. Bu da misal aləmindən mücərrəd, yaxud əql aləminə keçiddir.

Öz misal aləmimizə çox yaxınıq. Təbii ki, bizim orada qərar tutmağımız da çox asandır. Duyğular vasitəsilə xarici aləmlə əlaqə saxlamaq, yaxud təxəyyül bizim öz misal aləmimizdə qərar tutmağımıza zəmin yaradır və orada qərar tuturuq. Demək olar ki, biz həmişə öz misal aləmimizdəyik, lakin ona diqqətsizik. Beləliklə, biz öz misal aləmimizdə qərar tutduğumuz, yaxud həmişə orada olduğumuz üçün öz misal aləmimizdə təxəyyül və hissiyyat kimi hər nə görürüksə, heç bir qeyri-müəyyənlik olmadan yaxın və aydın görürük.

Lakin təbiətlə məşğul olduğumuz və misal aləmimizə diqqət yetirdiyimiz üçün öz mücərrəd aləmimizdə çox uzağıq. Təbii ki, bizim orada qərar tutmağımız çətindir. Buna görə də hər vaxt bu nəticə hasil olsa, çox zəif və naqis olur. Biz mücərrəd bir həqiqətin təzahürlərini müşahidə edib, bir tərəfdən onların vəhdət təşkil etməsini, digər tərəfdən isə, bir-birindən ayrılmasını gördüyümüzdən, zəmin yaranır ki, öz mücərrəd aləmimizə qayıdıb bu təzahürdə təcəlla edən həqiqətin özünə mütləq şəkildə nail olaq. Bizim öz mücərrəd aləmimizə qayıdıb, orada qərar tutmağımız tam zəif və naqis şəkildə yerinə yetirilir. Buna görə də təcəlla olan o həqiqəti aydın və olduğu kimi yox, öz misal aləmimizdə misali surətimizi gördüyümüz kimi zəif və qeyri-müəyyən müşahidə edirik.

Əgər “özümüzü” “təbiətə” və “öz misal aləmimizə” məşğul olmaqdan azad etsək, zaman və məkandan üstün nurlu aləm sayılan öz mücərrəd aləmimizdə qərar tutacağıq. Bu zaman təzahürlərdə və digər ümumi həqiqətlərdə təcəlla edən həmin həqiqətə nail olduğumuz kimi onları yaxından müşahidə edirik. Belə ki, qabaqcadan və uzaq fasilədən gördüklərimizlə yerdən göyə qədər fasilə olacaqdır və nə qədər ki, özümüz o mərhələyə çatmamışıq, onun keyfiyyətini və necəliyini dərk edə bilməyəcəyik. Çünki bu, mücərrəd bir mərhələdir və onu canlı şəkildə görməyincə, keyfiyyətini başa düşmək qeyri-mümkündür. Orada olan həqiqətlərin hər hansı biri öz dərəcəsində Allahın adlarının və sifətlərinin təzahürü, cəlal və camalının aynasıdır. O hara, bizim uzaqdan nail olduğumuz hara! Uzaqdan nail olduğumuz həqiqət bizim nəzərimizdə o qədər zəifdir ki, onun adını “ümumi məfhumlar” qoymuşuq. Orada mövcud olanlar isə haqqın surətinin eyni şəkildə əksidir.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin