Tərbiyə hadisələrindəki səbəb – nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi tərbiyə prosesinin qanunauyğunluğudur.
Tərbiyənin qanunauyğunluqları:
tərbiyə prosesinin məqsədi ilə əlaqədar qanunauyğunluq: tərbiyə işinin məqsədi nə qədər düzgün müəyyənləşdirilib həyata keçirilirsə, onun səmərəsi bir o qədər artır və əksinə, tərbiyə işinin məqsədi qeyri-müəyyən olduqda səmərə azalır;
tərbiyənin müasir həyatla əlaqəsində qanunauyğunluq: tərbiyəvi tədbirin məzmunu real həyati faktlarla zənginləşdirildikdə onun səmərəliliyi artır;
tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmasında qanunauyğunluq: tərbiyə olunanların yaş və fərdi xüsusiyyətləri nə qədər hərtərəfli öyrənilib, tərbiyə işində nəzərə alınırsa, tərbiyə prosesi o qədər səmərəli nəticələnər;