söz və əməlin nisbətində qanunauyğunluq: tərbiyəçinin sözü ilə əməli bir-birinə uyğun gəldiyi hallarda tərbiyə prosesi daha səmərəli nəticələnir.
Tərbiyənin müvafiq qanunauyğunluğundan irəli gələn, davranışla əlaqədar milli və ümumbəşəri dəyərlərin formalaşmasına güclü təsir göstərən aparıcı ideyaya tərbiyə prinsipi deyilir.
II Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi.
Həyat ən yaxşı tərbiyə məktəbidir. Ona görə də tərbiyənin həyatla əlaqəsi mühüm prinsiplərdən biri sayılır. Gənc nəsli müsbət nümunələr, adət - ənənələr əsasında tərbiyə etmək çox vacib məsələlərdən biridir. Demokratik ruhlu gənclərin tərbiyə olunmasına bu gün böyük ehtiyac vardır. Bunun üçün onların ictimai-siyasi hadisələrlə tanışlığı, həmin hadisələrin həlli yollarının müəyyənləşdirilməsi və ona münasibətini bildirməsi imkanlarının yaradılması çox mühümdür. Bu imkanlar birdən-birə deyil, müxtəlif yollarla əldə edilir. Tərbiyənin həyatla əlaqəsi şagirdlər qarşısında böyük imkanlar açır. Keçirilən tədbirlər, aparılan ekskursiyalar, yarışlar, gecələr, olimpiadalar, gəzintilər şagirdləri mənəviyyatca zənginləşdirir, əxlaqca saflaşdırır, fiziki cəhətdən kamilləşdirir. Keçirilən hər bir tədbir şagirdləri həyata yaxınlaşdırır, əməyə maraq yaradır və ona hazırlayır, yaradıcılıq işlərinə istiqamətləndirir.
Torpaqlarının 20%-dən artığı düşmən tapdağında olan bir ölkədə tərbiyənin aşılanması həyati faktorlara söykənməlidir. Şagirdlər xalqının başına gətirilən müsibətlərin təcəssümçüsü olan şəhidlərin qəhrəmanlıqlarını tarixin salnaməsinə çevirməlidirlər. Tərbiyənin həyatla belə bağlanması vətənpərvər ruhlu gənclərin yetişməsinə səbəb olur.
Bu gün işləmək, yaratmaq, qurmaq arzusunda olan gənclər yetişir. Lakin bəzən həyatda necə fəaliyyət göstərəcəkləri onlara çətin gəlir. Yaranmış arzularını həyata keçirməkdə kimdənsə kömək umurlar. Tərbiyənin əməklə əlaqələndirlməsi bu çətinliyi aradan qaldırmaqda böyük gücə malikdir. Məktəbli əmək sahələri, əmək növləri ilə tanış olur, onların əhəmiyyəti haqda məlumat əldə edir. Istəyi və arzusu ilə üst-üstə düşən əmək sahəsini müəyyənləşdirmiş olur, bu sahədə bacarıq və vərdişlərə yiyələnmək meyli əmələ gəlir. Bununla birlikdə, onlarda seçdiyi əmək növünə qabil olacağı inamı formalaşır.
Dostları ilə paylaş: |