Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə128/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   124   125   126   127   128   129   130   131   ...   242
dördüncü mərhələdə tərbiyəçi tərbiyə olunan şəxslərdə formalaşdırdığı anlayışa, şüura uyğun olaraq onların əməli fəaliyyətlərini təşkil edir;

  • beşinci mərhələdə tərbiyəçi tədbirə yekun vurur (N.M.Kazımov).


    III Tərbiyənin məzmunu.

    Tərbiyənin məzmunu dedikdə - qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq gənc nəsildə formalaşdırılmalı olan möhkəm davranış normalarının, şəxsi keyfiyyət və xüsusiyyətlərin, baxış və əqidələrin, bilik, bacarıq və vərdişlərin sistemi başa düşülür.

    Müasir tərbiyə prosesini əsas ideyaları aşağıdaklardır:



    Tərbiyə məqsədlərinin real əsaslar üzərində qurulması

    Tərbiyənin məqsədi bütün dövrlərdə insanın mümkün qədər hərtərəfli inkişaf etdirilməsi olmuşdur. Müasir dövrdə bu məqsədə nail olmağın əsas vasitəsi mədəniyyətin baza əsaslarının mənimsənilməsidir. Tərbiyənin məzmununun əsas anlayışı olan “şəxsiyyətin baza mədəniyyəti” anlayışı da məhz bu cür yaranmışdır. Bu, insanın öz həyatını müəyyən etmə mədəniyyətidir. Buraya insanın bilikləri və ətraf aləmə münasibəti, əxlaqi davranışı, insani münasibətlər və əmək mədəniyyəti; demokratik və hüquqi, iqtisadi, ekoloji, bədii və fiziki mədəniyyəti, ailə mədəniyyəti və s. daxildir.



    Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   124   125   126   127   128   129   130   131   ...   242




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin