Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə151/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   147   148   149   150   151   152   153   154   ...   242
İntellektual hisslər – həqiqətin dərk edilməsindən doğan sevinc, onun gözəlliyindən estetik zövq almaq, sosial optimizm və məqsədyönlülük kimi hisslərdir.

Möhkəm iradə - dünyagörüşünün zəruri elementidir. Əqidə insanı praktik fəaliyyətə sövq edir. Elmi dünyagörüşü nəzəri şüurla məhdudlaşmayaraq praktik şüurla və iradi fəaliyyətlə birgə olur.

Nəzəri təfəkkür biliklərin, real hadisələrin yaradıcı dərk edilməsini, dünyagörüşünün təkmilləşdirilməsini və iradənin istiqamətləndirilməsini özündə əks etdirən inkişaf etmiş qabiliyyətdir.

Maarifləndirmə funksiyasının mahiyyəti ondan ibarətdir ki, elmi dünyagörüşü təbiət və cəmiyyətdə baş verənləri aydın dərk etməkdə insana köməklik edir, maarifçi şüuru formalaşdırır; sosial, siyasi, mövhumi geridəqalmanı aradan qaldırır.

Dünyagörüşünün tərbiyəvi funksiyası qəbul edilmiş baxışlar və əqidələrin insanın özündə müəyyən əxlaqi-iradi keyfiyyətlər, varlığa estetik münasibət formalaşdırması nəticəsində həyata keçirilir. Öz əqidəsinə sadiqlik, onun həyat keçməsi uğrunda mübarizə xarakterin möhkəmliyini, ideyaca sabitliyi, dönməz iradəliliyi təmin edir.




Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin