dialektik təfəkkür (fakt və hadisəni ziddiyyətlərin vəhdəti kimi dərk etmək, onların inkişaf tendensiyalarını müəyyən etmək, yenicə yarananı duymaq, fakt və hadisələr arasında qarşılıqlı əlaqəni və onların başvermə səbəblərini tapmaq bacarığı);
məntiqi təfəkkür (biliklərin işlənilib hazırlanması və mənimsənilməsinin məntiqi priyomları ilə bağlıdır.);
mücərrəd təfəkkürinsana ikinci dərəcəli, əhəmiyyətsiz məsələlərdən yan keçib,əhəmiyyətli, mühüm əlamətlərinə görə mücərrəd anlayışlar formalaşdırmağa kömək edir;
kateqorial (təsnifedici) təfəkkür - fakt və hadisələrin oxşar və fərqli əlamətlərinə əsasən onları növlərə, qruplara, siniflərə ayıra bilmək bacarığıdır;
yaradıcı təfəkkür - bu və ya digər bilik sahəsinə dair inkişaf prinsiplərini, elmi əsasları dərk etmək , ümumiləşmiş məlumatları mənimsəmək, fakt və hadisələr arasında əlaqə və asılılıqları, qanunauyğunluqları duya bilmək qabiliyyətidir;