Vəzifələrin müəyyən edilməsi və qoyuluşu dedikdə - təhsil sistemi qarşısında qoyulumuş ümumi məqsədə uyğun olaraq mövcud şərtlər əsasında konkret pedaqoji prosesin vəzifələrinin müəyyənləşdirilməsi başa düşülür.
Diaqnostikanın əsas məqsədi – pedaqoji proses zamanı nəticələrə müsbət, yaxud mənfi təsir göstərə biləcək amillər haqda (pedaqoq və şagirdlərin real imkanları, onların hazırlıq səviyyəsi, prosesin gedişi səviyyəsi və s.) aydın təsəvvürə malik olmaqdır.
Pedaqoji prosesin gedişinin və alınacaq nəticələrin proqnozlaşdırılmasının əsas mahiyyətini hələ proses başlamamışdan əvvəl onun mümkün nəticələrini qiymətləndirmək təşkil edir.
Hazırlıq mərhələsi – diaqnostika və proqnozlaşdırma əsasında prosesin təşkili layihəsinin hazırlanması və plan tutulması ilə başa çatır.
Pedaqoji prosesin əsas mərhələsi aşağıdakıları əhatə edir: