Mühazirə 2 Mövzunun adı: T


ÜRƏK QLİKOZİDLƏRİ. KARDENOLİDLƏR



Yüklə 2,76 Mb.
səhifə10/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   49
ÜRƏK QLİKOZİDLƏRİ. KARDENOLİDLƏR

Ürək qlikozidləri bioloji aktiv maddələr olub tsiklopentanperhidrofenantren törəmələridir. Tərkibində ürək qlikozidləri olan bitkilər hələ çox qədim zamanlardan xalq təbabətində ürək xəstəliklərində tətbiq olunur. Belə bitkilərdən üskükotu (Digitalis L.) növlərini, may inciçiçəyini (Convallaria mayalis L.), yaz xoruzgülünü (Adonis vernalis L.), şaxtagülünü (Helliborus), dəniz soğanını (Bulbus Scillae) və b. göstərmək olar.

Ürək qlikozidlərinin müalicəvi məqsədlərlə istifadəsi çoxəsrlik tarixə malikdir. Belə ki, bizim eradan əvvəl XVI əsrə aid “Ebers Papirus”unda ürək xəstəliklərinin göstərilən bitkilərlə müalicəsinə dair qeydlər vardır. 1875-ci ildə qırmızı üskükotu bitksinin xammalından digitoksin qlikozidi, XX əsrin 40-cı illərində isə tüklü üskükotu bitkisi xammalından diqoksin qlikozidi alınmışdır.

Ürək qlikozidlərinin kimyəvi quruluşunun öyrənilməsinə aid ilk tədqiqatlar 1915-ci ildə alman alimi Vindaus tərəfindən aparılmışdır. XX əsrin 30-cu illərində Cekobs (Amerika) və Çeşe (İsveçrə) tərəfindən ürək qlikozidlərinin steroid birləşmələrə aid olduğu müəyyən edilmişdir. Bundan sonra dünyanın müxtəlif ölkələrində ürək qlikozidlərinin kimyəvi sintezinə dair çoxsaylı tədqiqatlar aparılmasına baxmayaraq, müxtəlif çətinliklərə görə kimyəvi sintez yalnız nəzəri əhəmiyyət kəsb etmişdir.

Ürək qlikozidləri üçün səciyyəvi fəallıq onların çox kiçik dozalarda ürək əzələsinə seçici təsir göstərmələridir.

Ürək qlikozidlərinin aqlikonları steroid quruluşa malikdir, geninlər adlanır və molekullarının əsasını tsiklopentanperhidrofenantren nüvəsi təşkil edir. 17β vəziyyətdə beş və ya altıüzvlü doymamış lakton halqasının təbiətindən asılı olaraq ürək qlikozidləri iki qrupa bölünür:



  1. Üskükotu–strofant qrupu qlikozidləri. Bunların aqlikonunda 17-ci vəziyyətdə beşüzvlü α-β doymamış lakton halqası vardır və kardenolidlər adlanır;

  2. Şaxtagülü – dəniz soğanı qrupu qlikozidləri; bunların aqlikonunda 17-ci vəziyyətdə iki doymamış rabitəli altı üzvlü lakton halqası vardır və bufadienolidlər adlanır:

kardenolidlər



bufadienolidlər




Radikal R – -CH2OH və ya – CH3;

X1 X2 X3 – H və ya – OH

Molekulun steroid hissəsində keto-, asil-, epoksiqruplar, eləcə də C=C rabitələr də ola bilər.

Digər steroidlərdən fərqli olaraq hər iki qrup qlikozidlərdə C və D halqaları sis-vəziyyətdədirlər. A və B halqaları həm sis və həm də trans vəziyyətdə ola bilərlər. B və C halqaları həmişə trans vəziyyətdədirlər.

3-cü vəziyyətdə birləşmiş şəkərli hissənin (qlikon) təbiətinin fizioloji fəallıq üçün əhəmiyyəti böyükdür. Belə ki, ürək qlikozidlərinin sorulması və təsir müddəti şəkərdən asılıdır. Şəkərli hissədə monozidlərin sayı artdıqca ürək qlikozidlərinin təsir müddətinin uzanması nəticəsində fəallıqları da artır. Odur ki, triozidlər biozidlərə nisbətən, biozidlər isə monozidlərə nisbətən fəaldır. Ümumiyyətlə, ürək qlikozidlərinin quruluşu ilə bioloji fəallığı arasında sıx əlaqə vardır. Səciyyəvi fəallıq (ürək yığılmalarının güclənməsi və tezliklərinin səngiməsi) əsasən genin (aqlikon) ilə əlaqədardir. Bioloji fəallığın daşıyıcısı aqlikondur. Səciyyəvi fəallıq üçün genində 17β-vəziyyətdə beş və ya altıüzvlü α-β doymamış lakton halqası, üçüncü və on dördüncü vəziyyətlərdə OH qrupları olmalıdır. Əlavə hidroksil qrupları 5, 12, 16-cı vəziyyətlərdə ola bilər. Bəzən OH qrupu asetilləşmiş halda olur. 10-cu vəziyyətdə olan qrupun da əhəmiyyəti böyükdür. Bəzi qlikozidlərdə 10-cu vəziyyətdə metil qrupu, bəzilərində isə aldehid və ya oksimetil (-CH2OH) qrupları olur. Qeyd etmək lazımdır ki, 10-cu vəziyyətdə olan aldehid qrupunun karboksil qrupuna qədər oksidləşməsi nəticəsində ürək əzələsinə olan səciyyəvi təsir əhəmiyyətli dərəcədə azalır. Aqlikon molekulundakı steroid halqasının benzol və naftalin törəmələri ilə əvəz olunması, eləcə də lakton halqasının digər radikallarla əvəzlənməsi, hətta steroid nüvəsi ilə lakton halqası arasındakı rabitənin xarakterinin dəyişilməsi farmakoloji fəallığın itməsinə səbəb olur.

10-cu vəziyyətdə radikalın (C19) təbiətindən asılı olaraq kardenolidlər iki qrupa – digitalis və strofant qrupu qlikozidlərə bölünür. Digitalis qrupu qlikozidlərində 10-cu vəziyyətdə metil, strofant qrupu qlikozidlərində isə aldehid və ya oksimetil qrupu vardır.

Ürək qlikozidlərinin şəkərli hissəsində isə əsasən D-qlükoza, L-ramnoza, D-digitoksoza, asetildigitoksoza, D-simaroza, L-oleandroza və b. olur. Ürək qlikozidlərindən alınan şəkərlər üçün səciyyəvi cəhət, molekullarında oksigenin az olmasıdır, yəni 6-dezoksiheksozalar, 2,6-dezoksiheksozalar və ya onların 3-o-metil efirləridir. Bəzi ilkin (birinci dərəcəli, nativ, genin) ürək qlikozidlərinin şəkərli hissəsinə asetat turşusunun qalığı birləşmişdir.

Qlikozidlərin şəkərli hissəsində bir neçə monosaxarid qalığı olarsa, onlar bir-birilə 1 və 4-cü vəziyyətlərdəki OH qruplarının köməyilə müəyyən ardıcıllıqla birləşərək di, -tri, -tetra saxarid zəncirini əmələ gətirirlər. D-şəkərlər genin ilə β-qlikozid, L-şəkərlər isə α-qlikozid rabitəsinin köməyilə birləşmişdir (Klayn qanunu).

Bəzən ayrı-ayrı qlikozidlərdə rast gəlinən səciyyəvi di- və ya trisaxaridlər xüsusi adlarla göstərilir. Məsələn α-D-qlükoza, β-D-qlükoza və D-simarozadan ibarət trisaxarid strofantotrioza, β-D-qlükoza və D-simazozadan ibarət disaxarid isə strofantobioza adlanır.




Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin