Şahlar həSƏNOĞLU


*****        *****        *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   45   46   47   48   49   50   51   52   ...   65
2016-2403

*****        *****        ***** 
 
İndi Orxan anlayırdı  ki,  Bakıda  da  ona  bir  rahatlıq 
olmayacaq.  Rahatsızlığının  kökü  yerdə,  yurdda  deyil, 
rahatsızlıq  onun  öz  içindədi,  öz  qəlbindədi.  Rayonda  onu 
evləndirməyə  çalışan  dostlar-tanışlar,  ata-ana, qohum-əqrəba 
neyləmiş  olsalar  da  onu  rahatsız  edən,  onu  qərarsız  edib  bir 
yerdə bənd almağa qoymayan əsil səbəb deyildilər. Guya burda 
onu  rahatmı  buraxacaqdılar?  Gəldiyi  heç  iki  ay  deyil,  Adil 
otuzdəfə  söhbət  açıb,  bu  barədə,  uzun  öyüd-nəsihətlər  eləyib, 
ağıl qoymağa çalışıb başına. Hələ çalışacaq da! Başqa dostlar-
tanışlar da onun kimi. Neyləmək olar, bizləri də belə xəlq edib 
edən. Bura nə Leninqrad deyil, nə Almaniya deyil. O yerlərdə 
bütün ömrün boyu evlənməyə də bilərsən, bir kəs yanaşıb sənə 
sormayacaq da ay 
qardaş,  ay  dost,  niyə  belə  tənha  ömür 
sürürsən, niyə bir babanın qızın alıb ev-eşik, oğul-uşaq sahibi 
olmursan?  Kimin  nə  işinə  qalıb?  Mütləq  bir  sakitlikdə 
olacaqsan bu barədə. Hələ başqa bir ovundurucu həyat tərzi də 
olar o yerlərdə Larisa, yaxud onun kimi başqa bir qızla, qadınla 
mehr bağlayıb uzun müddət davam etdirə də bilərsən bu ülfəti, 
dostluğu.  Heç  evlənmədən,  rəsmi  şəkildə  kəbin  kəsdirib 
qeydiyyatdan  keçmədən,  ailə  qurmadan.  Sevib  sevmədiyin 
soruşulmadan.  Istər  sev,  dərdindən  öl  öz  ürəyində,  istər  heç 
sevmə.  Mədəni  ol  sadəcə,  ədəb-ərkan  bil,  hörmətini,  izzətini 
bildir qıza. Sənin gözlərin-qaşların, nə bilim kişidə qadına xoş 
gələn  cəhətlərin  təki  xoş  gəlsin  qıza,  ləzzət  versin.  Sizi 
birləşdirən istər dərin bir sevgi olsun, istər bir qadın kişi çağrışı 
olsun,  fərq  eləməz.  Mütləq  bir  sakitlik  şəraitində  öz  həyatını 
sürdürür, elmi işlərin ardınca saplanırsan. Həftədə bir dəfə, iki 
dəfə,  nəsə  görüşürsünüz,  gözəl  günlər,  saatlar  yaşayırsınız, 
sonra  yenə  hərəniz  öz  işinizə  qayıdırsınız.  Sənin  olacaq  yerin 
qızı  yalnız  ona  görə  maraqlandıracaq  ki,  bəlkə  arada  lazım 
oldun ona, axtarası oldu səni, yoxsa heç ünvanını da götürməz. 


 
256 
Sən  bilirsən  onların  evləri  haradadır,  iş  yeri  haradadır,  bu 
kifayətdir. 
Lap Remark
ın  qəhrəmanları  kimi.  Remark  ki,  sənin  ən 
çox sevd
iyin  müasir  avropalıdır.  Necə  tapışıb  tanış  olur  onun 
q
əhrəmanları?  Maşınla  ötüşdükləri  yerdə,  restoranda  yemək 
yedikləri  yerdə,  küçədə,  yolda,  evdə.  Sonra  da  bir-birinə 
qoşulub  restoranlara,  kafelərə,  barlara  gedirlər.  Həftənin  bir 
günü, para günü bir yer
də olurlar, qalan altı gündə biri bilmir o 
biri  haradadır,  neyləyir,  necə  gün  keçirir?  Amma  sevirlər  bir-
birini, darıxırlar bir-biri üçün, gözləyə-gözləyə qubarlanırlar da 
qarşıdakı  görüş  anları  üçün.  Heç  ağıllarına  da  gəlməz  kəbin 
söz-
söhbəti  salalar,  evlənmək  barəsində  danışalar.  Hətta  bir-
birlərini  sevdikləri  haqqında  da  bir  kəlmə  deyib  danışmazlar. 
Sevgilərini  ürəklrində  keçirərlər,  hərəsi  bir  cürə,  hərəsi  öz 
qandığı, öz anladığı kimi. Gözləri, baxışları, təbəssümləri deyib 
danışar məhəbbətlərini, qırıq-quruq söylədikləri komplimentləri 
ayar  edər.  Heç  biri  o  birindən  asılı  deyil,  heçbiri  o  birindən 
təmənnalı deyil, iqtisadi fayda tələblərində bulunulmur. Adicə 
bir  çiçək  hədiyyə  aldığında  qızın  sevincinin,  minnətdarlığının 
həddi-hüdudu  olmur,  sevincindən  bilmir  neyləsin,  gözləri 
yaşarır,  ürəyi  atlanır!  Ən  təmiz,  ən  saf,  ən  ülvi  bir  duyğu 
deyilmi bu, ən gözəl bir insan münasibəti deyilmi? Hər iki tərəf 
tam müstəqil, tam sərbəst, tam özgür, bir asılılıq, bir təmənna, 
bir fayda, zövq səfa mülahizəsi qarışmayıb aralığa, güdülməyib 
ortalıqda. Lakin ora Almaniyadı, Bakı bəlkə yüz il geri qalıb bu 
cəhətcə  Almaniyadan.  Bakıda  hansı  qız,  hansı  qadın  razı  olar 
belə  münasibətə?  Nə  qədər  də  olmasa  atadan,anadan, 
qardaşdan, bacıdan, qohum əqrəbadan bir adamı olmayacaqmı 
bir qonum-
qonşusu,  dostu  tanıyanı  olmayacaqmı  desin  kimdi 
bu  oğlan,  ardınca  bir  belə  gedib  gəlir?  Nə  cavab  verər  onda 
Bakılı  qız?  Saf  məhəbbət?  Ideal  sevgi?  Gülüb  lağa  qoyarlar 
qızı,  ələ  salıb  oynadarlar,  itlərini  fişlədərlər  üstünə,  rüsvay 
edərlər  qızı.  Sataşarlar,  pozğun  hesab  edərlər,  tüpürərlər  ona. 
Avropada ancaq kimin nə işinə qalıb? Lap Leninqradın özündə 


 
257 
də.  Belə  olduğu  halda  niyə  də  qayıdıb  getməsin  Leninqrada, 
İqorla qoşalaşıb davam etdirməsin də elmi axtarışlarını? 
Lakin ülvi bir məhəbbət hesab edib bunca sevdiyi Remark 
qəhrəmanlarının  o  yaşayış  tərzi  daxilən  onu  çəkib  aparırmı, 
dartırmı özünə? Yaşaya bilərmi Orxan bu həyatı, keçirə bilərmi 
o ideal sevgi kimi anlayıb başa düşdüyünü? Bir gün də keçirə 
bilməz Orxan bu hissi, bir an da yaşaya bilməz! Əvvələn, lap nə 
qədər  təmiz  bir  münasibətdə,  ülfətdə  ola  bilsə  də  bir  qadınla, 
onun  qəlbində  bir  daha  məhəbbət  alovu  alışmayacaq.  Alışıb 
sönüb  qəlbi,  keçib  kül  olub  qəlb  ocağı.    Ikincisi,  lap  tutalım 
sevdi  də  birisini,  alışdı  da  qəlbi,  həmin  həyat  tərzinə,  həmin 
aşiq-məşuq  münasibətlərinə  uyuşa  bilərmi  heç?  Həftənin  altı 
gününü  öz  elmi  axtarışları  ardınca  düşüb  öz  sevdiyi  qadının 
neylədiyiylə,  nə  işlə  məşğul  olduğuyla  maraqlanmaya  bilərmi 
heç?  Dözəmi  bilər  o  bu  vəziyyətə,  dayanamı  bilər?  Fərqinə 
varmayamı bilər? Qoyarmı heç gözdən onu? Dolaşıq məsələdir. 
Görünür, məsələ geridə qalmaqda, irəli getməkdə deyil. Yüz il 
sonranın  Orxanı  başqa  cürmü  olacaq?  Beş  yüz  il  sonranın 
Orxanı  maraqlanmayacaqmı  Sürəyyasının  qalan  altı  gündə 
neylədiklərilə?  Gözündən  itirib  bir  də  o  vüsal  gününün  gəlib 
çatmasını dinc bir ürəklə, soyuq bir başla gözləyə biləcəkdimi? 
Minbeşyüz il sonranın Orxanı edə biləcəkmi bunu? Minbeşyüz 
il  sonranın  Orxanı  beləcə  ayrı-ayrılıqda  yaşaya  biləcəkdimi 
yerini-
yurdunu bilib bir şəhərdə  yaşadığı öz Sürəyyasıyla? Ya 
elə  bir  ideal  məhəbbət  duyğusu  doğulişdan  yaddır  Orxan  adlı 
adama? 
Sürəyya  ilə  onun  arasındakı  münasibətdə  bir  ideallıq 
yoxdumu?  Hansı  asılılıq,  təmənna,  fayda  güdmək  düşüncəsi 
vardı  onların  arasında?  Ya  bir  mülahizə,  zövq-səfa  duyğuları 
qarışmışdı  münasibətlərinə?  Ideal  hesab  edilə  bilməyən  hansı 
nöqtə vardı onların sevgisində? Demək onda geri qalmaq, irəli 
getmək  axmaq  sözmüş.  Demək  məsələ  ondaymış  ki,  kim 
kimdir, kim necə  yanaşır, necə baxır məsələyə.  Hər xalqın öz 
ideal  məhəbbət  duyğusu  var,  hər  örf  bir  cür  yanaşır  bu 


 
258 
məsələyə,  hər  kəs  öz  arşınıyla,  öz  ölçüsüylə  yanaşır,  öz 
örkəniylə ölçür. Intəhası elə bir nöqtə də vardır bütün xalqların 
ideal  məhəbbət  haqqındakı  təfəkkürləri  birləşir  bu  nöqtədə, 
tapışır  bu  nöqtədə:  təmənnasız  olsun  gərək,  asılılıqsız  olsun 
ideal  məhəbbət,  fayda  güdülməyən,  zövq-səfa  duyğuları 
qarışılmayan, mülahizəsiz bir duyğu olsun, təmiz, saf, şəffaf bir 
istək  olsun.  Yada  düşməsin  bunlar,  ortaya  çəkilməsin,  gözə 
görünməsin. Hər iki aşiqə bəlkə lap faydalı da olsun, əlverişli 
bir  şərait  də  yaratmış  olsun,  hələ  zövq-səfa  da  verəcək  olsun, 
lakin  bütün  bunlar  sevən  ürəklərin  duyğusuna,  düşüncəsinə 
gəlməsin gərək, eyninə-fikrinə düşməsin gərək. 
Sürəyya  ilə  arasındakı  münasibət  məhz  belə  münasibət 
idi, belə duyğu idi, onunçun da bütün ömrü boyu, bütün həyatı 
uzunu unuda bilməyəcəkdi Sürəyyanı, onu qoyub bir başqasına 
mehr sala bilməyəcəkdi qəlbi. Harda olur olsun, harda yaşayır 
yaşasın  unuda  bilməyəcəldi  öz  Sürəyyasını.  Leninqradda da 
olsa, lap Almaniyada da olsa, harda olsa dünya ona bir 
darıxqanlıq  məkanı,  bir  iztirab  məskəni  olacaqdı,  heç  yerdə 
qərar  tuta  bilməyəcək,  heç  yerdə  bir  kül  töküb  otura 
bilməyəcəkdi,  dönüb  bir  Remark  qəhrəmanı  ola  bilməyəcəkdi 
Orxan. 
Remark  qəhrəmanlarının  bir-birinə  olan  təmənnasız  mə-
həbbətləri,  sədaqətləri  misilsizdir,  əvəzsizdir,  sonsuzdur,  müt-
ləqdir.  Onları  sevməmək,  alqışlamamaq,  onlara  vurulmamaq 
heç  olarmı?  Bakıda  ideal  məhəbbət  ancaq  o  şəkildə  heç  cürə 
mümkün deyil, olası deyil. Bakının öz adamları, öz həyat tərzi 
var.  Baknın  öz  məhəbbət  idealları  var.  Bakı  onun  üçün  bir 
Vətəndir. Vətən təkcə elə bir itirilmiş məhəbbət ha deyil? Onun 
“sabahın  xeyir”dən  başlamış,  “gecən  xeyrə  qalsın”adək  sürüb 
gedən  minbir  işdəkləri,  olayları,  sorğu-sualları  var.  Yaxşısı, 
pisi, görüb sinən qabaranı, bilib qəlbin bulananı var. Radiosu, 
televiziyası,  küçəsi,  çayxanası  var.  Dürlü-dürlü  istəklənən, 
arzulananları  var.  Acılı-  şirinli  əhvalatları,  söz-söhbətləri  var. 
Adill
əri, Natellaları var Vətənin! 


 
259 
Yox, Bak
ıdan  heç  yana  getməyəcək!  Nə  qədər  də  olsa 
doğma  mühitdə  iş  qabiliyyətini  artıran  bir  ana  nəfəsi  duyur 
insan. Bu nəfəs gücünü, qüdrətini, işləmə qabiliyyətini, beynini, 
zəkanı cana gətirir, həvəsə gətirir, ovqata mindirir. Öz əzabını 
çəkə-çəkə,  öz  oduna  yana-yana  elə  burda  qalacaq,  burda 
yaşayıb  yaradacaq.  Bir  kədər  tıxcanağı  qəlbinə  dolub  onu 
boğmaq  istəyəndə  də  bax  beləcə  bir  paçka  siqaretlə,  bir  “Qız 
qalası”  alışqanıyla,  bir  topa  da  qəzet  alıb  əlinə  gəlib  beləcə 
çayxanada  əyləşəcək,  siqaret  çəkə-çəkə  limonlu  çay  içə-içə 
özünə,  öz  aləminə  qapılacaq.  Əgər  bir  zaman onun bu 
iztirablarına bir son veriləcəksə, o da yalnız bu doğma mühitdə 
baş verə bilər! Axı onun Sürəyyası hardasa bu doğma mühitdə, 
bu vətən torpağındadı. Bəkə elə rastlaşacaqlar bir gün, qovuşub 
xoşbəxt  olacaqlar  elə?  Hər  yerdə  mümkündü  rastlaşmaları, 
küçədə,  yolda,  avtobusda,  qatarda,  şəhərdə,  kənddə.  Radioda, 
televiziya ekrannda hətta. Gec-tez tapışa, rastlaşa bilərlər. Təki 
tapsın Orxan onu, təki rastlaşsın onunla. Lap ərə getmiş olsun 
Sürəyya, ailə, ev-eşik yiyəsi kimi tapsın Sürəyyanı, təki tapsın 
ancaq. Bilsin necə dolanır, necə yaşayır. Ən başlıcası da görsün 
unutmayıb onu, yadırqamayıb? Zehnindən, hafizəsindən çıxarıb 
atmayıb? Tanıyacaqmı görəndə, titrəyib əsəcəkmi, bir həyəcan 
keçirəcəkmi onu görəndə? Bunu biləndən sonra bu içini sarmış 
səbatsızlıq  da,  bu  atmirçəyi  darıxmaqlıq  da  yox olub  gedəcək 
ondan.  Əlbəttə  heç  vaxt  pozmaz  Orxan,  pozmaq  istəməz 
Sürəyyanın ailə rahatlığını, səadətini. Özü də lap ürəklə evlənər 
onda.  Hələ  Sürəyyanı  toyuna  da  çağırar,  oynayar  da  onunla 
toyunda. Amma heç üzə vurmaz, heç özünü o yerə qoymaz. Öz 
elmi axtarəşları ardaınca da dəli bir ehtirasla qoşar, əsil bir kişi 
iradəsiylə atılar. Nə qədər uca mərtəbələrə qalxarsa Sürəyyası 
da  bir  o  qədər  dərindən  sevər  onu,  ürəkdən  alqışlayar  onu. 
Sevgi  cüt  yaşamaq  ehtirası  deyil,  sevgi  görə-gprə  yaşamaq 
həvəsidir.  Görmək-görünməkdi  insan  sevgisində  baş  olan 
hədəf, toxunmaq, dəymək, təmasda olmaq deyil. Cüt yaşamaq 


 
260 
yox,  bir  eldə,  bir  oymaqda  yaşamaqdı  məhəbbətin  cövhəri, 
kökü, bünyəsi! 
Bu  düşüncələr  içində  çabalayarkən  bir  gün  rayondan bir 
teleqram aldı:” Atan ağır yatır, tə”cili kəndə gəl!”  
D
ərhal qatara bilet alıb kəndə yola düşdü. 
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin