Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə50/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   46   47   48   49   50   51   52   53   ...   65
2016-2403

****    ******    ****** 
 
Bu  hiss  ikinci  dəfə  onu  öz  evlərinin  pilləkanlarından 
enmək  istəyəndə  qapladı:  pəncərədən  Nərgizgilin  maşınını 
görüb 
Zaur  üçün  yüyürdü  təngimiş,  pilləkən  üstündən  baxıb 
gördü,  Nərgizin  hər  yanında  bir  lazer  gözlü  şəhər  xanımı  da 
dayanıb. Əlini pilləkanın tutacağına atdı: görsün tutub saxlaya 
bilərmi lərzəyə gəlmiş daş pilləkanları, evlərini, darvazalarını? 
Bir  qız  gücümü  çatardı  əsib  titrəyən  dünyaya,  əsələnib, 
ucalanan  daş  evlərə,  dəmir  darvazalara?  Ayaqları  altında 
dayanıb  durmaq  istəməyən  qaçqın  pilləkanlara,  uçqun 
divarlara? Zakirin taybatay açdığı darvazalarından dalbadal iki 
maşın  girdi  içəri,  bir  “moskviç,”  bir  “jiquli.”  Ikinci  maşın 
görünür  xanımgillərinkiydi.  Anası  Nərgizin  üzünə  baxa-baxa 
danacaq qalmışdı. Böyük bacı arvadı lap əvvəldən sözlə tutmaq 
istəyirdi: 
-
Gözləmirdiniz ay ana bizi? 
-
Niyə  başınıza  dönüm?  Nərgizin  həməşə  gəlib  getdiyi 
qapıdı bura.  
-
Nərgizin eltiləriyik ay ana biz də! 
-
Nərgizə də qurban olum eltilərinə də, gəlin bəri! 
-
Ə Elbar sən də orda dim-dik dayanıb darıxdırma bizi. 
-
Məndən  olman  narahat,  Ramizlə  maşınların  şinlərini 
doldururuq. 
Nərgiz qabaqca gəlib onu pilləkandan tutub araladı, çəkib 

əri apardı, beyməzləməyə başladı: 


 
261 
-
Nə  qırlaşıb  tutmusan  pillkandan,  demirsən  heç  ayıbdı, 
gəlib belə görərlər səni? 
-
Başım  hərlənən  kimi  oldu  Nərgiz,  qəfil  gördüm  səni, 
Zaur  üçün  yüyürdüm,  burda  ürəyim  acıdı.  Bəs  Zauru  niyə 
gətirməmisən?  
-Bunlar qoymad
ı. 
Şəhərlilər  eyvana  çıxıb  içəri  girmək  istəməyərək,  stol-
kürsü  tələb  edirdilər.  Nərgizlə  kürsü  aparıb  eyvana  qoydular, 
sonra  stol  gətirdilər.  Gülsüm  arvadı  bərk  söhbətə  tutmuşdu 
şəhərlilər, həyət-bacasını, səliqə-sahmanını öyüb tərifləyirdilər. 
Sonra balaca b
acı  durub  maşından  şirniyyat  şeyləri  gətirdi. 
Gülsüm arvad dil ağız etmək istədikdə dilavay bacılar hərəsi bir 
tərəfdən tökülüşdülər arvadın üstünə:  
-Yox ana, dil-
hüzürlə  keçməyəcək,  biz  yeyib  içməyə 
gəlmişik bura.  
-
Özü də çolpa-zad nədi? Quzu kababı yeyəcəyik! 

Zakir,  Zakir,  yeri  o  bozkərə  quzunu  gəti  kəs,  başına 
dönüm, qonaqlarımız gəlib. Tez yeri.  

Ay  ana  biz  zarafat  eləyirik,  sən  də  inanırsan.  Vallah 
toxuq heç nəyə iştahamız yoxdur. 

İşində  ol  ağız,  ayda-ildə  bir  yol  gəlmişik  kəndə, 
qoymazsan kava
b  yeyək?  Bu  eyvanda  kavab  yemək  heç 
bilirsən nədi? 
Bacılar Gülsüm arvadı tərpənməyə qoymurlar. Nərgiz də 
Sürəyyadan əl çəkmir, aşağı düşüb samavar qaynadırlar. Zakir 
quzunu  tutub  gətirib  kəsmək  istəyir.  Elbarla  Ramiz  təkər 
doldurmağı  buraxıb  Zakirin  yanına  gəlirlər.  Yuxarıdan  böyük 
bacı yenə etiraz edir: 

Kəsmə qardaş, vallah artıq işdi, ac deyilik. Kəsmə. 
İndi də Elbar qarışır işə: 

Dəymə Səbahət, mən heç görməmişəm necə öldürürlər 
quzunu. 

Öldürmürlər e, kəsirlər de! 

Nu, kəsirlər olsun. Qardaş bir kəs görüm? 


 
262 
Zakir  quzunun  ayaqlarını  bağlayıb  qibləyə  çevirdikdə 
Elbar etiraz etdi: 

Niyə  belə  çevirdin?  Külək  bu  yandan  gəlir.  Qanı 
qaytaracaq üstünə. Bayaqkı kimi qoy kəs. 
Zakir  gülümsünüb  yenə  qibləyə  kəsdi  qoyunu.  Meh 
doğrudan da qanı qaytarıb Zakirin ayaqqabısı üstünə çilətdi. 

Bax gördün, baxmadın sözümə. 

Ə,  Elbar  qibləyə  tutub  kəsərlər  e,  quzunu.  Qoy  işin 
görsün xalx. 

Nə qiblə? Bu yana eləsin qibləni. 
Eyvanda  gülüşmə,  qaqqıltı  qopdu.  Başladılar  Elbara 
qibləni anlatmağa. Elbar əksinə tay da əsəbiləşdi bu izahata: 

Eh,  boş  bir  qaydadı,  kakaya  raznitsa?  Elə  tutma,  belə 
tut! 
Sürəyyagil  samavarı  yuxarı  qaldırıblar,  indi  çay  süzüb 
verirlər qonaqlara. Bacılar Gülsüm arvada qardaşları haqqında 
danışırlar:  "Bu  bizim  qardaşımızdı  ana,  Bakıda  böyük  bir 
zavod
da  baş  mühəndis  işləyir.  Orada  bizim  dədə-babadan 
qalma  beş  otaqlı  gözəl  mənzilimiz  var.  Hərəmiz  bir  cavana 
qoşulub  gəlmişik,  qardaşımız  da  qalıb  orda  tək.  Gedib 
Moskvada  oxuyub  gəlib,  görürsən  uzaqlaşıbdı  eldən-obadan, 
qiblə nədi onu da bilmir. Gözün açandan rusca danışır, görürsən 
öz ana dilimizi nə çətin danışır. Gədə get-gedə uzaqlaşır bizdən. 
Deyirik  buna  elə  bir  qız  alaq  həm  el  adamı  olsun,  buralardan 
olsun, həm də dünya gözəli olsun. Qız başına noxta vurub hara 
istəyir  aparsın.  Gözəl  olmasa  qız,  qardaşımız  belə  bir  təhərdi 
ey,  ana,  qorxuruq  saxlamaya.  Amma  gözəl  olsa  qoymayacaq 
əlini  ağdan  qaraya  vursun.  Çayını  da  özü  qaynadıb  verəcək, 
bişmişini  də  özü  bişirəcək,  hələ  lap  ayağını  da  yuyacaq". 
Gülsüm arvad mat-
mat qulaq asır bacıların danışığına, bir şey 
başa  düşürmü  görən  arvad?  Yoxsa  elə  öz  adəti  qonaqcıllığın-
dandı bu başına dönüm, qurbanın olum? Böyük bacı göz eləyir 
Nərgizə, işarəylə Sürəyyanı göstərir: yəni bunu apar burdan.  
-
Biz gedək əti doğrayaq Sürəyya, çayı özləri tökərlər. 


 
263 

Hə, hə, siz işinizdə olun, çayı özümüz süzərik! 
Sürəyya  aşağıda  Nərgizlə  əti  kəsib  doğramaqdadırlar. 
Zakir  bayaqdan  tonqalı  çatıb  ocağı  hazırlamaqdadı.  Nə  var, 
kömürdü,  elə  bir  ikisinə  od  düşən  kimi  hazırdı  tonqal.  Zakir 
şişləri  çəkib  ocaq  üstünə  qoyarkən  Elbar  pencəyini soyunub 
şişləri Zakirdən istəyir: 

Mən belə şaşlık bişirməyi çox sevirəm, sən kömək elə, 
qoy mən bişirim. 

Yox bala, qonağı əziyyətə salma, özün bişir. 

Dəyməyin sən Allah, qoyun Elbar bişirsin. Bişi qardaş, 
bişi. 

Mən otliçnıy şaşlık bişirənəm! 
Bu 
da  bir  əyləncə:  şəhər  oğlu  incə-mincə  bir  tərpənişlə, 
kitabdan 
oxuma bir ardıcıllıqla kabab bişirməyə başlayır. Fır-fır 
fırlanır  ocaq  ətrafında,  maşından  bir  çılpaq  qadın  şəkilli  iri 
jurnal  gətirib  ocağı  yelləyir,  bütün  diqqəti  kavab  şişlərinə, 
pamidor, ba
dımcan, kartop şişlərinə dikilibdir. Zakirin gözü isə 
jurnaldakı şəkildədi. 
Amma  kavab  bişirməyin  doğrudan  ustasıymış  kişi. 
Bacıları kavabı təriflədikcə də çox xoşhal olur, yuxarı çıxıb özü 
də yeməyə tələsmir, heç yadına düşmür yemək. İşini ciddi bir 
ardıcıllıqla  axıra  çatdırmaq  istəyir.  Bacılar  da  hələ  istəmirlər 
qardaşlarının  yuxarı  çıxmağını,  nəsə  çox  şirin  söhbətdədirlər 
Gülsüm arvadla. Nərgiz də Sürəyyanı qoymur yuxarı çıxmağa, 
bağçaya çəkib izahat işi aparır Nərgiz. 

Elbara  bir  söz  deyilməyib,  heç  nədən  xəbəri  yoxdur, 
onçun belə  gülməli aparır özünü. Onluq bir iş  yoxdu, bacıları 
nə  desə  odu.  Gətiriblər  görəsiniz  necə  oğlandı.  Görürsən  də 
özün, necə gözəl, boylu-buxunlu, özü də sadədi! 

Mən ona heç baxmamışam da Nərgiz. Elə belə formasını 
görürəm,  neyləyirəm  baxa  bilmirəm.  Nə  qədər  edirəmsə 
gözlərim qalxmır baxam... 

Baxacaqsan, elə baxacaqsan ki! 

Nə bilim Nərgiz, elə bil ürəyim üzülüb içimdə. 


 
264 

Axmaq  olma,  bax  pozsan  əhdini,  Zaurun  canı  üçün 
ömrüm olası dindirmərəm səni. 

Əhdimi pozmayacağam Nərgiz, ondan arxayın ol, amma 
sənin bu işin də xoşbəxt eləyə bilməyəcək məni. 

Onu  sonra  görərik.  Günü  sabah  yığılışıb  elçiliyə 
gələcəklər.  İndi  axırda  burda  Elbara  da  deyəcəklər.  Bir  uşaq 
kimi şeydi Elbar. 
Nərgiz  onun  boynunu  qucaqlayıb  hələ  bir  müddət  də 

hbətə  tutdu,  ancaq  tay  eşitmirdi  Sürəyyanın  qulağı,  elə  bil 
batmışdı. Bir Nərgizin yox, heç başqalarının da danışığını tuta 
bilmirdi,  elə  görürdü  ağızlarını  açıb  yummaqdadı  hamı.  Lal 
olmuşdu dünya!  
Nəhayət  qonaqlar  çıxıb  getdilər.  Bir  lal  dünya  götürüb 
ap
ardı  qonaqlar.  Zakir  darvazalarını  bağlamaqla  məşğul  ikən 
ana-
bala həyətin ortasında üz-üzə dayanmışdılar. 

Sənin bu işdən bir xəbərin var, ay bala? 
- Var ana, var!.. 
Anasının  dizləri  əsib  yerə  çökdü,  əlini  torpağa  sürtüb 
üzünə çəkdi: 

Kərəminə şükür xudaya, ölmədik bu günü də gördük! 
Nəsə  Sürəyyanın  içində  elə  bil  pırr  eləyib  alışdı,  üzünü 
çevirib pilləkanla evə qalxmağa başladı. Tez uzaqlaşdı anasın-
dan  görməsin  arvad,  duyuq  düşməsin  onun  bu  halından,  görə 
bilməsin  gözlərində  gilənənən  göz  yaşlarını.  Görməyib  də 
şükürlər  etsin  qoy  Allahına,  umudlara  düşsün,  səadətinə 
qovuşsun.  O  özü  yetmədi,  yetmədi,  barı  anası  yetişsin  qoy 
səadətinə!... 
O  gündən  başlayaraq  elə  bil  zaman  öz  axıcılığını 
yeyinləşdirib  sürətləndirdi.  Hər  gün  yeni  bir  iş,  yeni  bir  söz-
söhbət çıxırdı ortaya. 
Elçilər  ayaq  təpitmədən  gəlib  getməkdə,  təkid  edib  toy 
hazırlığına başlatmaqdaydılar. İki bacı iki hazırcavab dilmanca 
dönüb kim hardan deyirdi ordan bağlayırdılar.  Nayıllıq eləyə-
eləyə,  deyib  gülə-gülə  öz  işlərini  yeridir,  maşın-maşın  adam 


 
265 
y
ığıb gətirirdilər, bu gün "hə" almağa, sabah şərbətə, birisigün 
dəsmal gətirməyə. Bir ayaqları kənddəydi elə. Onda gördün bir 
plaş, bir "sapaşki", götürüb əllərində gətirdilər: bir qız geyinsin 
görək  necə  yaraşır.  Sürəyya  üçün  ən  ağır  dəqiqələr  də  elə  bu 
zaman  olurdu.  Güzgü  qabağında  lazer  baxışlarını  ona  zilləyib 
yemək, içmək, sümürmək istəyirdilər elə bil onu. Hop götürür-
dülər  əllərində.  Hətta  gəlinlərinin  necə  hiss keçirdiyi,  necə 
iztirablara  düşdüyü  belə  əsla  maraqlandırmırdı  onları.  Forma-
sına baxırdılar eləcə, baxıb da bir ah qopurdu sinələrindən. Pul, 
var-
dövlət  nə  təhərsə  bunlarda  bir  xəzəl  kimiydi.  Özlərinin, 
gətirdikləri adamlarının əyin başlarında bahalı-bahalı paltarlar, 
qulaqlarında, barmaqlarında brilliant qaşlı sırqalar, üzüklər, bo-
yunla
rında tros boyunbağılar-barmaq yoğunluğunda, kişilərinin 
də  hamısının  barmağında  üzükləri.  Şərbətdə  tay  50-100 
manatdan aşağı pul saldı da yox. Həmzə kişi nə qədər dedi bu 
kənddə  şərbət  çoxdan  götürülüb,  məni  söyüş  yiyəsi  eləməyin, 
xeyri olmadı. "Hamının xeyrində-şərində başdan oturmuşuq, bu 
da vur-
tut  bizim  elədiyimizdi,  xalqın  dədsinə  borcumuz  ha 
yoxdu. Puldu istəmirsiniz, verin biz özümüz xərcləyək!" 
Heç  nədən  də  utanıb  eləməkləri  yoxdu.  Qızın  cehizi  ilə 
maraqlanırdılar. Kişiyə deyirdilər onlarsız heç bir şey almasın. 
Onlar nəyə barmaqlarını tuşutsalar onu da alsın. Yoxsa aldadıb 
elə  şeylər  verərlər  bir  şeyə  məsrəfi  olmaz.  Atasının  xoşu 
gəlməsə  də  bir  söz  demirdi.  Yəqin  düşünürdü  ki,  bir  qızı  var 
vur-
tut, onun da cehizinə danışıq eləməyəcəkdi ha, özünü qısıb 
əskiltməyəcəkdi ha. Nə desələr hələ bir azda artığını alacaqdı. 
Hər  halda  bu  əşya  hərisliyi,  bu  sərvət  düşkünlüyü,  bu  sövda 
vurmaq işi heç açmırdı kişini. Ona elə gəlirdi bu cer-cehiz söz-
söhbətləri, plaş-mlaş danışıqları alçaldır qızını, əksiklik gətirir 
öz atalıq qüruruna. Bir də görürsən bir sarı dəmirdən ötrü yekə 
bir  mübahisə  açıblar,  nə  bilim  qaşı  belədi,  gözü  belədi,  bu 
mebe
l  flan  ölkədə  düzəldilib  heç  nəyə  dəyməz,  bu  divan  flan 
yerdə qayrılıb lap yaramaz bir şeydi. Bu divan hə, bax bu əsil 
finsk
idi.  “Finski”  sözü  eşidəndə  lap  dəli  oldu  kişi,  tez 


 
266 
papirosunu çıxarıb papirosuna dəm vururdu. “Ay balam bu nə 
finskidi  ey,  vurulmusunuz  buna,  vallah  ikicə  həftəyə  bu 
başından girdik finin o başından çıxdıq. Bu əjdahalıqda sovetin 
qayırdığına  nə  olub  ey  bilmirəm,  başlamısınız  finski,  finski. 
Onlarınkının görkəmləridi elə, vallah dünyanı gəzsəniz sovetin 
qayırdığından  xəlis,  sovetin  qayırdığından  möhkəm  şey 
tapmazsınız.  Nemisin  tankının  təkəri  altında  bir  qumbara 
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin