Şahlar həSƏNOĞLU


partlayan  kimi  sepi  dağılıb  tökülürdü,  amma  sovetin  tankının



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
2016-2403


partlayan  kimi  sepi  dağılıb  tökülürdü,  amma  sovetin  tankının 
altında Allahvara on beş qumbara birdən partlasın, heç urfu da 
incimirdi!  Hətta  bir  gecə  Sürəyya  atasının  anasına  xəlvəti 
elədiyi belə bir gileyini də eşitdi: 

Arvad  əlacım  olsa,  belim  bağlı  olsa  qızımdan,  vallah 
bunun altın altda, üstün üstdə qoyaram. 

Ay Həmzə nə danışırsan, Allah Allahnan day öyrədirik... 
Qızının taylarının bu saat səkkiz uşağı var. 

Belimi qıran bu deyilmi arvad. Südünə nəhlət sənin, nə 
var  sənin  o  südündədi.  Xalxın  uşağı  kimidi  səninki  də,  nə 
deyərlər  ona  baxa?  Qorxuram  elə  bekarca  narazılığımı  bildi-
rəm,  altını  altda  qoya,  üstünü  üstdə.  Qoyar  da  Gülsüm. 
Baxıram, məndən çox ona yer eləyir. 

Sənin özünə çəkib Həmzə, günahı mənim üstümə yıxma. 
Səfərovu  bu  kənddən  qovdurmayınca  yorulub  oturmadın, 
Maskvayaca sürüb getdin
.  Axırda  öz  dediyini  elədin.  Indi  də 
fikir  vermə.  Pis  adam  da  deyillər  vallah,  lap  yaxşı  adamlardı. 
Bir  az  şəhərlidilər  dayna,  şəhərlilər  də  belə-belə  şeylərlə 
öyünürlər. 
Sürəyyanın  özünün  də  xoşu  gəlmirdi  bu  əşya,  mal-mülk 
hərisliyindən.  Lakin  bütün  bu  işdəklərdə  nədən  xoşlanırdı  ki, 
Sürəyya?  Məyər  ərə  getməyinin  özündən  xoşlanırdımı, 
açılırdımı? Yatırdımı ürəyinə? Bu da bir borc deyildimi bir qız 
üçün,  bir  qızılca  kimi,  çiçək  çıxarma  kimi  bir  qaçınılmazlıq 
deyildimi? Toyu olmalıdı axır bir gün, ərə getməlidi qız. Toyu 
olub  ər  evinə  köçənəcən  də  bütün  bu  işdəkilər  hamısı  da  baş 
verməlidi.  Bu  sövda  vurmaq, bu  gediş-gəliş,  deyiş  qoyuş, 


 
267 
bağlaşma, bitişmə mütləq olmalı, mütləq edilməliydi. Bunlarsız 
olmaz ha. Xoşuna istər gəlsin, istər gəlməsin!.. 
Elə  bil  bir  gözəgörünməz  sərəncamçı  əyləşmişdi  içində, 
dərk edib anlamadığı bu naməlumluğa itələməkdəydi Sürəyya-
nı.  Hər  yerdə  çalışırdı  atası  güzəştə  getsin  şəhərlilərə.  Nə 
deyirlər,  nə  istəyirlər  o  saatca  qəbul  etsin  atası,  təki  tez 
qurtarsın  bu  mərasim,  bu  hazırlıqlar.  Tez  gəlib  yetişsin  o 
naməlumluq, görə nə diyardı bu yer, nə var burda, nə gözləyir 
onu burda? Sakitləşdirib ovudacaqmı bu naməlumluq onu, son 
verib  söndürə  biləcəkmi  qəlbinin  iztirablarını,  od-alovlarını? 
b
arı bir soyuyacaqmı dəli duyğularını, düşüncələrini, rahat olub 
bir insan kimi yaşaya biləcəkmi o da? 
Toy  yiyələri  təkid  edirdilər  gərək  Noyabrın  7-si günü 
mütləq  aparalar  gəlinlərini,  onunda  da  gəlinin  üçünü  keçirdib 
elə  o  gecə  də  Bakıya  yola  salalar.  Onbirində  işində  olmalıdı 
qardaşları. Böyük bir zavod ondan asılıdı. Həmzə kişi üçün bu 
zavod  söhbəti  boş  bir  şeydi.  Onun  öz  dədə-baba  günü  vardı 
məhz  bu  gündə  də  qızının  paltarbiçdisini  keçirməliydi.  Tək 
günündən  başqa  heç  bir  günə  razılaşa  bilməzdi.  Bu  tək 
ötmüşdü, o biri tək də 7-sindən sonraya düşürdü. Kişinin burda 
heç kəsə  güzəştə getmək fikri  yoxdu. Toy eləyən oğlan  gərək 
əməlli-başlı  iş  yerindən  icazə  ala,  darıxmaya,  xalxı  darıx-
dırmaya, elə götür apar deyil ha bu? Mal-qoyun almaq dəyil ha 
bu, bazarda pulunu verib götürüb aparasan. Can alveridi bu. El-
oba  yığışa  gərək,  ölçüb-biçəsən  gərək!  Şəhərlilər  üçün  duz 
günü,  tək  günü  söhbəti  gülünc  gəlirdi,  keçmişin  qalığıdı 
deyirdilər.  Qohum-əqraba  hərə  bir  təhər  tökülüşüb  kişini  razı 
saldılar: eybi yox, cümədə-şənbədə eləsin qız toyunu. Onda da 
başqa bir iş çıxdı ortalığa: Həmzə kişi tələb elədi gərək kəbin 
kağızı  gətirilə.  Yalnız  bundan  sonra  o  da  arxayın  toyuna 
başlayar.  Şəhərlilər  sevincək  olub  qızı  da,  sənədlərini  də 
götürüb  apardılar  şəhər  ZAQS  idarəsinə.  Lakin  orada 
qeydiyyata alıb ancaq hələ kəbin kəsmədilər. Yalnız bir aydan 
sonra gəlib kəbin kağızını almaq olardı. Təzə qanun var, kəbin 


 
268 
qeydiyyata alınandan yalnız bir ay sonra kəsilə bilər. Statistika 
göztərir  ki,  ölkə  üzrə  boşanmaların  böyük  bir  faizi  ilk  birinci 
aydakı birgəyaşayış müddətinə düşür.  Bəlkə bir  ay içində heç 
cavanlar bir-
birinə öyrəşə bilməyəcəklər, on gündən sonra gəlib 
deyəcəklər ayırın bizi! 
Şəhərlilər  qayıdıb  bunu  Həmzə  kişiyə  söyləyəndə  dəli 
oldu kişi: “A balam, bura haradı? Bizə də gəlib bu sərəncam, o 
bizdən ötrü dəyil! Harda görülüb belə şey? Hansı toy pozulub 
bu səbəbdən? Belə də şeymi olar? Mən qızımı verim apar, on 
beş gündən sonra da gətir qaytar üstümə, nədi, yola getmirlər, 
öyrəşə bilmirlər? Ala qızını! Işə bax bir! Bundn sonra kim yiyə 
durar  mənim  qızıma?  Bilmirəm,  gedin  kəbin  kəsdirib  kağız 
gətirin mənə. Yoxsa toyun altı altda, üstü üstdə qalacaq!” 
Kişini  tovlamağa  başladılar;  "heç  belə  şey  olar,  alıb 
aldatmadı  bu?  Bizim  qardaşımız  da  elə  qardaş  dəyil  deyəsən 
sındırar,  xar  edər  bizi,  uşaq  kimi  bir  şeydir,  hara  desən  ora 
ge
dəcək, nə desən onu eləyəcək. Nə danışırsınız, Həmzə kişi, el 
dəyilik, oba dəyilik?" 
Xeyri  yoxdu,  Həmzə  kişi  öz  dediyini  yeridəcəkdi. 
Şəhərlilər  kor-peşman  qayıtdılar  geri.  Axırda  Sürəyya  özü 
qarışıb işə, anasına dedi yaxşı olar lap pozalar bu qohumluğu, 
nəsə heç onun ürəyinə yatmır bu adamlar. Qızının fikrini bilcək 
Həmzə  kişi  tez  Zakiri  şəhərlilərin  ardınca  göndərdi:  “Axunda 
kəbin kəsdirib kağızını gətirsinlər, qızı da götürüb aparsınlar!” 
Bacılar  tökülüşüb  qaçılı  bıçaqlı  gəlinlərini  bəzəməyə 
gələndə də Gülsüm arvadla tutaşası oldular. Qayçını, manikür 
əşyalarını  görüb  dəli  oldu  arvad.  “Mənim  qızıma  heç  kəs  əl 
vura bilməz, qızımın bəzəyi, boyası özündəndi. Qaş nədi, göz 
nədi?  Öldürrəm  özümü  o  saat!”  Manikür  əşyalarını  qolu 
getdikcə  fırqıtdı  arvad!  Bacıları  gülmək  tutmuşdu.  Ordan 
burdan  hücum  çəkib  qızı  bəzəyib  boyamaq  üçün  dartınırdılar. 
Onlar belə dartındıqca Gülsüm arvad daha da ciddiləşir, söyüş 
söyür, əsəbiləşirdi. Şəhərlilərə də xoş gedən arvadın bu söyüşü, 
əsəbiləşməsiydi. Oynadırdı şəhərlilər Gülsüm arvadı. 


 
269 
...Qapılarında  artıq  mağar  quruludu,  camaat  gəlib 
getməkdə,  yeyib içməkdədi. Amma nəsə elə bil bir ölü  yeridi 
bura.  Bir  qəmginlik,  bir  hüzn  vardı  hər  tərəfdə.  Ya  bəlkə  bu 
hüzn Sürəyyanın öz içindəydi? 
Son  yır-yığış  aparmaq  gərək,  gündəliklərini  bir kiçik 
çamadana qoyub zirzəmidə gizləmək gərək.  
Qızlıq  dünyasından,  keçmiş  günlərindən  təkcə  bir 
bağlancaq saxlayacaq özündə. Bütün ömrü boyu bu bağlancaq  
olacaq ürəyinin həmdəmi könlünün can sirdaşı. Öləndə özü ilə 
qəbrə  aparacaq  bağlancağı:  içində  yerli  tikişli  bir  cins  yubka, 
bir yaşıl Bakı jaketi, bir idman ayaqqabısı, bir də üstü pışpışalı 
bir  pambıq  fartuğu.  Vəsiyyət  edəcək  lap  başının  altına 
qoysunlar. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin