Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə22/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   18   19   20   21   22   23   24   25   ...   218
Küfr Və Nifaq Arasında Olan Fərq - Lüğəti Mənası Nəfaqdan törənmişdir. Nəfaq yerin içində gizlənən tunel mənasındadır. Nifaqın bu cür adlanmasına səbəb münafiqin küfrünü gizləməsi və onu göstərməməsidir. Bir görüşə görə də bu kəlimə tarla siçanının yuvası mənasına gələn Nafikaul Yərbu -dan törənmişdir. Çünki bu yuvanın üstü yer üzü ilə eyni səviyədədir. Altında isə gizli bir çuxur vardır224.

İstilahi Mənası Nifaq batinin zahirə müxalifətidir. Açıqdan söylənən sözlərin və əməllərin qəlbdəki inancın tərsi, ziddi olmasıdır. İslamı və xeyiri açığa çıxarmaq, küfrü və şərri gizləməkdir. Yəni qəlbən inanmadığı və rədd etdiyi halda zahirdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu şeylərə uyduğunu göstərməkdir. Münafiq imanı açıqlayan, küfrü isə gizlədəndir. Münafiq sözü əməlinə, içi də çölünə zidd olan kimsədir. O, İslama bir qapıdan girər, digər qapıdan çıxar. Zahirən imana girər, batinən ondan çıxar225. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «(İslamı) imanı izhar edib, küfrü isə özündə gizlətməkdir. Bu da artıq nifaq sayılır». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə imanı izhar edir, qəlbində isə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in nübuvvətini, Quranı təkzib edir».

Küfr ilə nifaq arasında olan fərq: Kafir küfrə etiqad edir, küfrdə izhar edir. Münafiq isə küfrə etiqad edir, İslamı isə izhar edir. Bu baxımdan küfür ilə nifaq arasında birləşmə və ayrılıq var. Birləşmə odur ki, hər ikisi də küfrü qəlbində etiqad edirlər. Bu məsələdə nifaq ilə küfür cəm olunur. Ayrıldıqları məsələ isə: kafir zahirdə də küfrü izhar edir, münafiq isə zahirdə İslamı izhar edir. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və Axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). İbn Abbas - radıyallahu anhu – deyir ki: «Onların Cəhənnəmin ən aşağı təbəqəsində əzab çakmələrinə səbəb çox şiddətli küfür etmələridir». Kafir küfrü etiqad edir və izhar da edir. Münafiq isə malını, canını qorumaqdan ötrü küfrü etiqad edir, imanı isə izhar edir. Bu da şiddətli küfr sayılır. Dəhhaq – rahmətullahi aleyhi – deyir ki: «Cəhənnəmin ən yuxarı təbəqəsində Muhəmmədin ümmətindən asi olanlar olacaqdır. Onlar Cəhənnəmin ən yuxarı hissəsində müəyyən müddət öz əzablarını çəkib sonra isə Cənnətə daxil olacaqlar. Onlardan aşağı 2-ci təbəqədə Nəsranilər, 3-cü təbəqədə Yəhudilər, 4-cü təbəqədə Əshabiunlar, 5-ci təbəqədə Məcusilər, 6-cı təbəqədə müşrik ərəblər, 7-ci təbəqədə isə münafiqlər olacaqlar».



İnsanın Mürtəd Olması 3 Şey Üzərində Cəm Olur - 1) Etiqadlar. 2) Əməllər. 3) Sözlər. Çünki küfrün 6 qismini edən kimsə kafir olur. Onların etiqadla, əməllə, sözlə bağlı olanı da var.

Etiqadda Olan Küfr Sələflər qəlbin küfrünü çox zaman etiqad ilə bağlayırlar. Çünki etiqad (əsas) insanın qəlbində mühüm olandır. Əgər insan küfrə etiqad edirsə (qəlbdə), zahirən İslamı izhar etsə belə o artıq kafirdir. Alimlər deyirlər ki: «Zahirdə saleh olan batində də salehdir, qəlbində saleh olmayan kimsə zahirə də biruzə verir”. Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «… Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah olarsa bütün bədən islah, əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»226. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Qəlbin bu cür olması onun bədənin əmiri olmasına görədir. Əmirin düzəlməsi ilə ətrafdakılar da düzəlir. Əmirin pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»227. Ona görə də əgər insan qəlbində kafirdirsə, bu onun zahirinə də çıxacaqdır, Xristinalar və Yəhudilər kimi. Zahir ilə batin arasında birləşmə vardır.

Belə bir söz vardır: Küfr yalnız etiqaddadır – bu sözün nə qədər doğru olub–olmadığına baxaq. Baxır bu sözə hansı tərəfdən yaxınlaşırıq? Bu sözü həm Əhli Sünnə işlədib, həm də Əhli bidət. Əhli Sünnə bu sözü deyəndə nə qəsd edir? Əgər bir kimsə Quranı murdar yerə atırsa, cırarsa, Peyğəmbəri və dini ələ salarsa belə bir kimsənin qəlbində də küfrdür. Əgər qəlbində küfr olmasaydı heç vaxt bunu etməyə icazə verməzdi. Bu söz Sələflərdən varid olmuşdur228. Əhli bidət bu sözü necə başar düşür? Murciyə – sözlər və əməllər küfr ola bilməz. O, kəs ki, Quranı murdar yerə atır, Peyğəmbəri söyür əməli ilə etdiyinə görə küfr etmir, əgər qəlbi təsdiq etmirsə. Münafiq isə imanı izhar edib və qəlbində küfrü etiqad edirsə artıq kafirdir. Onun dərəcəsi kafirdən də aşağıdır. Küfr insanın qəlbində etdiyi etiqadlardır. Şərt deyil ki, insan etiqadını zahirdə göstərsin. O, qəlbində nəyi etiqad edirsə, Peyğəmbər – səllallahu aleyhi və səlləm – i yalan saymaq, onun gətirdiyi əməllərdən birini yalan saymaq, onun sadiqliyinə şəkk etmək, Allahın haram buyurduqlarını insanın halal etiqad etməsi, bu cür əmllər etiqadi küfr sayılır. Həqiqətən də onun qayıdışı etiqadı ilə bağlıdır.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin