Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Məktəbəqədər yaş dövründə təfəkkürün



Yüklə 277,04 Kb.
səhifə89/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   85   86   87   88   89   90   91   92   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

22. Məktəbəqədər yaş dövründə təfəkkürün
inkişaf xüsusiyyətləri.
Plan:
1. Əyani-obrazlı təfəkkür
2. Qərb psixoloqların təfəkkür haqqında düşüncələri
3. J.Piajenin sərbəst söhbət metodu
4. Əqli fəaliyyətin inkişaf istiqamətləri
5. Uşaqlarda təfəkkür əməliyyatlarının inkişaf səviyyələri
Məktəbəqədər yaş dövründə uşağın xarici aləmi dərketmə imkanlarında əhəmiyyətli dəyişikliklər baş verir. Onun qazandığı sosial təcrübə yeni məzmun daşımağa başlayır, əyani-əməli təfəkkürdən tədricən əyani-obrazlı təfəkkürə keçid baş verir. Əgər ilk uşaqlıq dövründə o, əşyaların xassələrinə bələd olmaq üçün oyuncaqları sındırmaq üsulundan istifadə edirsə, məktəbəqədər yaşda o, öz idrak tələbatını yaşlılara unvanladığı suallara aldığı cavablarla təmin edir. Bu dövrdə uşaqlarda dünyanı, həyat hadisələrini, onlar arasındakı daxili əlaqə və asılılıqları dərketmə tələbatı artır.
Təfəkkürün inkişafını yaşın funksiyası hesb edən bəzi Qərb psixoloqları belə hesab edirlər ki, məktəbəqədər yaşlı uşaqların təfəkkürü öz təbiətinə görə fantastik xarakter daşıyır. A.Vallon, J.Piaje və E.Mişo kimi psixoloqlar məktəbəqədər yaşlı uşaqların onlara verilən suallara verdikləri cavablara istinad edirdilər. Məsələn, beş-altı yaşlı uşağa belə suallar verilir: “Nə üçün Ay göydən düşmür?” Uşağın cavabı: “Ona görə ki, o mıxla bərkidilib”. “Nə üçün böyük gəmi batmır?” Uşağın cavabı: “Ona görə ki, o güclüdür”.
Məktəbəqədər yaş dövründə uşaqların təfəkkürü əsasən əyani-obrazlı xarakter daşıdığı üçün onların fikri fəaliyyəti bilavasitə praktik əməliyyatlarla, gözləri qarşısında olan cisim və hadisələrlə bağlı olur. Uşaqlarda nitqin inkişafı üçün əlverişli imkanlar yaranır, söz ehtiyatı sürətlə artır. Bu isə, öz növbəsində tədricən sözlü mücərrəd təfəkkürə keçid üçün yeni imkanlar açır. Doğrudur, məktəbəqədər yaşlı uşaqların ümumiləşdirmələri əsil məntiqi əlamətlərdən xeyli uzaq olur. Burada cismlərin xarici və əyani əlamətləri əsas götürülür. Təfəkkürün bu yüksək pilləsi təlim-tərbiyə və ictimai fəaliyyət prosesində inkişaf edir və öz növbəsində biliklərə yiyələnməyə, məfhumlar sistemini mənimsəməyə geniş imkan yaradır.
Görkəmli İsveçrə psixoloqu J.Piaje uşaq təfəkkürünün özünəməxsus xüsusiyyətlərə malik olması haqqında özündən əvvəlki təsəvvürlərə yeni baxış gətirmişdir. J.Piaje uşaqlar üzərində apardığı tədqiqatlarda sərbəst söhbət metodunu tətbiq etməklə, elə suallardan istifadə edirdi ki, o, uşağın maraq dünyasına və mühakimə qabiliyyətinə uyğun olsun. Rus psixoloqu L.Vıqotski yazırdı: “Piajenin tədqiqatları uşağın nitqinin və təfəkkürünün inkişafı haqqında, onun məntiqi və dünyagörüşü haqqında bütöv bir dövrü təşkil edir”.
Məktəbəqədər yaş dövründə uşaqlarda təfəkkürün fəal formaları əhəmiyyətli rol oynayır, onların fikri fəaliyyət prosesində müsbət dəyişikliklər baş verir. Bu yaş dövründə uşaqların qarşısına qoyulan fikri məsələlərin dairəsi sürətlə genişlənir. Uşaqlar gündəlik həyatlarında müxtəlif fəaliyyət növləri ilə məşğul olurlar ki, bu da onların əşyalar haqqında biliklərini zənginləşdirir. Onlar qarşılarına qoyulan praktik məsələlərin həlli yollarını müstəqil olaraq seçirlər. Böyük məktəbəqədər yaşlı uşaqlarda təfəkkür fəaliyyəti praktik-məntiqi istiqamətə doğru inkişaf edir. Hər hansı süjetli şəklə baxan uşaq fikrən hadisələrin məzmununu anlayır və öz nitqində onların kombinasiyasını yaradır. Fiqurlarla tapşırıqları yerinə yetirən böyük məktəbəqədər yaşlı uşaqlar təlimatı anlamaqla yanaşı, həm də tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə nail olurlar. Bu dövrdə uşaqlar tapşırığı əvvəlcə əqli səviyyədə (interiorizasiya), daha sonra isə praktik səviyyədə (eksteriorizasiya) icra edirlər. Məktəbəqədər yaş dövründə uşaqlarda əqli fəaliyyətin inkişafı aşağıdakı istiqamətlərdə baş verir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin