Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Rəsmdə bədənin əsas hissələri çatışmır. 2



Yüklə 277,04 Kb.
səhifə92/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   88   89   90   91   92   93   94   95   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Rəsmdə bədənin əsas hissələri çatışmır.
2.Fiqurun bütün hissələrinin forması pozulmuş olur.
3.Bədən hissələrinin mütənasibliyi kəskin şəkildə pozulmuş olur.
4.Bədən orqanlarının sayı ixtiyari qədərdir.
5.Bədən orqanlarının yerləşdirilməsində ciddi səhvlər var.
6.Əlavə detallar çəkilsə də, əsas hissələr unudulub.
7.Təsvirin şəffaflığı görünür. (məsələn, şlyapanın altında baş görünür).
Uşaq təxəyyülü oyun fəaliyyəti ilə sıx bağlıdır və bu prosesin gedişində üzə çıxır. Müxtəlif yaradıcı oyunlar nəinki uşağın şəxsiyyətinin hərtərəfli inkişafı üçün əhəmiyyəti rol oynayır, həm də dərk edilən gerçəkliyə uşağın bağlılığını təmin edir. Oyun zamanı uşaqlar yalnız gördüklərini əks etdirməklə məhdudlaşmır, təxəyyül vasitəsilə bu situasiyanı canlandırır, ona öz arzularını da əlavə edirlər. Kiçik və orta məktəbəqədər yaşlı uşaqlarda bərpaedici təxəyyül surətləri xeyli inkişaf etsə də, hələ solğun olur. Onlar qarşıya qoyulmuş məqsəddən asılı olaraq təsvirə uyğun dəqiq surətlər yaratmaqda çətinlik çəkirlər. Bu, uşaqlarda həyat təcrübəsinin, təsəvvürlər fondunun kasıb olması və biliklərin məhdudluğu ilə bağlıdır. Uşaqlar yaşlılardan eşitdikləri nağılları söyləyərkən buraya öz əlavələrini edirlər. Uşaqların dinlədikləri nağıllar, hekayələr, müşahidə etdikləri şəkillər onlarda bərpaedici təxəyyülün inkişafına müsbət təsir göstərir. Adətən, hekayə nağıl şəklində uşaqlara çatdırıldıqda, onların bərpaedici təxəyyül fəaliyyəti aktivləşir.
Məktəbəqədər yaşlı uşaqlar təxəyyül surətlərini yaradarkən adətən müəyyən istinad axtarırlar. Tədricən onlarda bu istinadlar aradan qalxır, reallıqda olmayan, fikri planda əşyalarla oyun fəaliyyətinə keçid baş verir. Uşaqlar konkret əşyalarla deyil, onların xəyali modelləri ilə əməliyyatlara qoşulurlar. Bu, artıq xüsusi psixi proses kimi təxəyyülün meydana gəlməsidir.
Məktəbəqədər yaşın sonunda uşaqların bir çoxunda yaradıcı təxəyyül kifayət qədər sürətlə inkişaf edir. Bir çox tədqiqatlar yaradıcı təxəyyülün ilk əlamətlərinin hələ 3 yaşdan etibarən təzahür etdiyini göstərir. Yaradıcı təxəyyül uşağın fəaliyyəti prosesində ən başlıca olaraq oyun prosesində özünü biruzə verir. Onlar quraşdırma, yapma, təsviri fəaliyyət və aplikasiya üzrə məşğələlərdə yaradıcı fəaliyyətə qoşulur, yeni model və fiqurlar hazırlayır, müxtəlif rəsmlər çəkirlər. Bütün bunlar uşağın yaradıcı təxəyyül surətlərindən istifadə etməyə başladığını göstərir.
Təxəyyül idraki funksiyaya aid psixi prosesdir. O, həm də uşaqlarda affektiv-müdafiə funksiyasını yerinə yetirir. Təxəyyülün idraki funksiyası vasitəsilə uşaq ətraf aləmi daha yaxşı tanıyır, qarşısına çıxan məsələni səmərəli və asan şəkildə həll edir. Affektiv təxəyyülün nəticəsində uşağın şüurunda öz “mən”i yaranır, onun başqa adamlardan daxilən ayrılması prosesi baş verir. Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarda obrazlı təfəkkürün və təxəyyülün inkişafının əsas yolu əvəzetmə qabiliyyətlərinin formalaşmasına söykənir. Bu bacarıqlara sahib olan uşaq müxtəlif əqli məsələlərin həllində real əşya və hadisələrin əvəzedicilərini müəyyənləşdirir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin