Валидейнляримин язиз хатирясиня


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 2 Mb.
səhifə28/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   24   25   26   27   28   29   30   31   ...   73
tikinti-smeta

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.


Mövzu: TİKİNTİDƏ SMETA

SƏNƏDLƏRİNİN TƏRTİB OLUNMASI QAYDASI

VƏ ONLARIN TƏTBİQİ SAHƏLƏRİ




Məruzəçi: Eyniyev T.T.


MÜHAZİRƏNİN PLANI


1. Smeta sənədlərinin mahiyyəti və növləri

2. Tikinti-quraşdırma işləri üçün lokal smetalar

3. Obyekt smetası (obyekt smeta hesablamaları)

4 .Yekun smeta hesablamaları (YSH)

5. Xərjlər haqqında məlumat

6. Layihə-smeta sənədlərinin ekspertizası, təsdiqi və yerinə yetirilmiş işlərə görə hesablaşmalar.


ƏDƏBİYYAT
1.Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,
2.Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.
3.Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001
Fakültə Elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Bakı-2010 005


1. Smeta sənədlərinin mahiyyəti və növləri


Tikintidə smeta sənədlərinin tərtib olunması «Müəssisələrin, bina və qurğuların tikintisinin layihə sənədlərinin tərtib olunması, razılaşdırılması və təsdiqi qaydaları haqqında (TH və Q 11.01.95)» təlimatına əsaslanır.


Smeta sənədləri istənilən layihənin ayrılmaz tərkib hissəsi olub, onların düzgün tərtib olunmasında zəruri məsələlərdən biridir.
Smeta sənədlərinin növü və tərkibi layihələndirmə mərhələsindən asılı olaraq müxtəlif olur. Müasir şəraitdə, layihələrin texniki-iqtisadi əsaslandırılmasında (TİƏ), işçi layihələrdə və işçi sənədlərdə, adətən aşağıdakı smeta sənədləri işlənilir: lokal smeta hesablamaları, yekun smeta hesabatı, xərjlər haqqında məlumat, layihə-axtarış və elmi-tədqiqat işləri üçün smeta hesabatı, buraxılış kompleksinə daxil olan tikintinin smeta dəyərinin siyahısı. İşçi layihənin tərkibinə daxildir: lokal və obyekt smetaları, tikinti məhsulunun smeta dəyərinin siyahısı.
Bəzi hallarda qüvvədə olan smeta norması məjmuələrində tikinti və quraşdırma işləri üçün vahid qiymətlər haqqında məlumat olmadıqda, bu halda onlar smeta sənədlərində kalkulyasiya tərtib etməklə təyin oluna bilər.
Beləliklə, layihələndirilən bina və qurğuların, ya da onların növbələrinin smeta dəyərini təyin etmək üçün smeta sənədləri aşağıdakı qruplara bölünür: iş növləri və xərjlər üçün lokal smeta hesablamaları (lokal smeta); obyekt smetası (obyekt smeta hesablamaları); yekun smeta hesabatı; xərjlər haqqında məlumat və s.
Lokal smetalar ilkin smeta sənədi olub, işçi layihələr üzrə hesablanmış işlərin həjminə əsasən bina və qurğuların iş növləri və xərjləri, mühəndis şəbəkəsi və s. üçün tərtib edilir.
Lokal smeta hesablamaları bina və qurğular üzrə iş növləri və xərjlər, və ya ümumi meydança işləri üçün tərtib olunur. Bəzi hallarda ola bilər ki, həjmi barədə məlumatlar olmasın, bu halda dəyərin hesablanması iriləşdirilmiş göstərijilər üzrə yerinə yetirilir.
Obyekt smetaları, obyekt üzrə bir neçə lokal smetanı özündə birləşdirir. Obyekt smeta hesablamaları, obyekt üzrə lokal smeta hesablamaları birləşdirməklə, onlar zəruri hallarda işçi sənədlər əsasında dəqiqləşdirilir.
Yekun smeta hesabatları, obyekt smetalar və xərj növləri üçün smeta hesabatları əsasında kompleks obyektlər üçün tərtib olunur. Xərjlər haqqında məlumat, eyni zamanda bir neçə tikinti növü (mənzil, sənaye və s.) və ya onların növlərinin yerinə yeirilməsi zamanı müəssisə, bina və qurğuların əsmeta dəyərini müəyyən edən smeta sənədidir. Xərjlər haqqında məlumat iki və ya daha çox yekun smeta hesabatlarını özündə birləşdirir.
Qeyd edildiyi kimi, smeta sənədlərinin tərkibi işlənilən layihə – smeta sənədlərinin mərhələsindən asılı oalraq müəyyən edilir.
İşçi layihənin tərkibinə (bir mərhələli layihələndirmədə) daxildir: yekun smeta hesabatı, xərjlər haqqında məlumat, obyekt və lokal smetalar, obyekt və lokal smeta hesablamalar, layihə və axtarış işləri üçün smetalar.
Layihənin tərkibinə (iki mərhələli layihələndirmədə) daxildir: yekun smeta hesabatı, xərjlər haqqında məlumat, obyekt və lokal smeta hesablamaları, layihə və axtarış işləri üçün smetalar.
Bundan başqa smeta sənədləri ilə eyni zamanda aşağıdakılar işlənilir:

  • işçi layihənin tərkibində – tikinti obyektlərinin smeta dəyərinin sayahısı, təbiətin mühafizəsi üzrə işlərin smeta dəyərinin siyahısı;

  • işçi sənədlərinin tərkibində buraxılış kompleksə daxil olan tikinti obyektlərinin smeta dəyərinin siyahısı.

Tikintinin smeta dəyəri qüvvədə olan smeta norma və qiymətlərə görə iriləşdirilmiş normativləri tətbiq etməklə, hesablamanın lazımi dəqiqliyini aşağıdakı istiqamətlər üzrə təmin etməklə istifadə edilir:

  • iki mərhələli layihələndirmədə yekun smeta hesablamalarında – iriləşdirilmiş smeta normativləri və analoq-obyektlərin dəyər göstərijiləri üzrə;

  • bir mərhələli layihələndirmədə yekun smeta hesabatlarında tipləşdirilmiş və iqtisadi jəhətdən əlverişli olan fərdi təkrar olunan layihələrlə tikilən bina və qurğuların işçi çertyoclar üzrə tərtib olunan və tikintinin yerli şəraitlə əlaqələndirilən, iriləşdirilmiş smeta normalarından, iriləşdirilmiş vahid qiymətlərdən, preyskurant qiymətlərdən istifadə etməklə.

Təsdiq edilən işçi layihəsinin smeta sənədlərinə izahat vərəqi əlavə olunur və burada aşağıdakılar göstərilir: obyektin tikiləjəyi rayon; smeta sənədlərinin tərtib olunmasında istifadə olunan smeta norma və qiymətlər və onların ili; vahid qiymətlər kataloqu, üstəlik xərjin miqdarı, avadanlıqların və onların quraşdırılmasının smeta dəyərinin təyin olunma ardıjıllığı və s.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin