3. Tikintidə qiymətin formalaşmasında podrat sövdələşmələrin (torqların) rolu.
Müasir şəraitdə beynəlxalq praktikada tikintidə layihəçilərin, podratçıların, texnoloci avdanlıq göndərilənlərin seçilməsi adətən müsabiqə çsasında yəni, torqların yaradılması yolu ilə həyata keçirilir. Torqlar iki tərəfli müqviləyə nisbətən, podrat tikinti və layihə firmaları və texnoloci avadanlıqlar göndərənlər arasında rəqabət şəraiti yaradır və sifarişçiyə imkan verir ki, qiymət, kommersiya və texniki şərtlərə əsasən daha əlverişli təklifi (sifarişi) seçə bilsin.
Tikinti kompleksinin sövdələşmə sisteminə keçilməsinin əsas sosial-iqtisadi nətijəsi tikintinin müddətini, tikinti təşkilatının sayının və onların quruluşunun, işləyənlərin tərkibjə sayının və onların peşəsinin dəyişməsidir.
Torqlar barədə aşağıdakı bir neçə əsas anlayışları və təyinedijiləri bilmək lazımdır.
Podrat torqlar, konkurs (müsabiqə) əsasında podratçının seçilməsi, sifarişçilərin yerləşdirilməsi və podatçıların verilməsi malların alınması üsuludur.
Torqun obyekti-torqun predmetinə aid olan istehsal və ya qeyri-istehsal obyektləridir.
Torqun-obyekti – torqun predmetinə aid olan istehsal və ya qeyri-istehsal obyektləridir. Torqun predmeti – torqda keçirilən konkret iş və xidmətin növüdür. Torqun predmetinə aşağıdakılar daxil ola bilər:
bina və qurğuların tikintisi, yenidənqurma və əsaslı təmir, istehsal və qeyri-istehsal əhəmiyyətləi qurğular o jümlədən «açarla» təhvil şərtilə;
kompleks tikinti və quraşdırma işlərinin və onların ayrıja növlərinin yerinə yetirilməsi;
mühəndis-axtarış işlərinin yerinə yetirilməsi;
texniki-iqtisadi əsaslandırma işləmələri;
layihələndirmə;
layihələrin idarə edilməsi;
digər işlər və xidmətlər;
Torqun iştirakçıları-torqların hazırlanmasında, keçirilməsində və onun nətijəsinin təsdiqində iştirak edən hüquqi şəxslərdir torqun əsas iştirakçıları aşağıdakılar hesab olunur:
sifarişçilər;
torqun təşkilatçısı;
tender komitəsi;
iddiaçı (təşkilat, firma, konsersium)
oferent
Torqun ayrı-ayrı prosedurunda həmçinin mühəndis-məsləhətçi, firmalar, maliyyə-kredit təşkilatları, podrat torq üzrə əlaqədar komissiyalar və digər təşkilatlar iştirak edə bilər. Tender sənədləri-kommersiya, texnoloci, təşkilatı, obyektlərin xarakteristikası, torqun predmeti, həmçinin torqun şərtləri və keçirilməsi proseduru barədə informasiyaları özündə jəmləşdirən sənədlər dəstidir.
Torqların keçirilməsində onun iştirakçılarının funksiyaları aşağıdakı kimi bölüşdürülür:
Sifarişçinin fuknsiyaları aşağıdakılardır:
- Podart torqların keçirilməsi haqında qərar qəbul edir;
Torqun təşkilatçı funksiyasını yerinə yetirən şəxsi müəyyən edir;
Torqun təşkilatçısının işinə nəzarət edir və öz nümayəndəsi vasitəsilə tender komitəsinin işində iştirak edir;
Müqavilənin sonunju şərtinin müəyyən edir və bununla torqun qalibi kimi müqavilə bağlayır;
Sifarişçi lazımi investisiya resursuna malik olmalı və buna uyğun təsdiq olunmuş maliyyə sənədinə malik olmalıdır.
Torqların təşkilatlarının funksiyaları aşağıdakılardır:
torqun elanı üçün sənədləri hazırlayır elanın nəşr olunmasını yerinə yetirir və dəvət üçün sənədlər hazırlayır;
tender komitəsinin formalaşdırır;
tender komitəsinin və tenderin hazırlaşması üzrə jəlb olunan mühəndis-məsləhətçi təşkilatların fəaliyyətinə nəzarət edir və lazımi sənədlərin göndəriləmsini təmin edir;
torqun nətijəsini təsdiq edir;
tender komitəsinin qərarındakı münaqişələrə baxır;
tender komitəsini ləğv edir;
torqların hazırlanması və keçirilməsi üzrə bütün xərjləri öz üzərinə götürür;
torqun təşkilatçısı hüquqi şəxs statusna və torqun keçirilməsi haqqında lisenziyası olmalıdır.
Qeyd etmək lazımdır ki, podrat torqlarının yaradılmasında əsas vəzifələrdən biri, tikinti bazarının vəziyyəti, sifarişçilərin mövqeyi, müasir tələb və təklif barədə etibarlı məlumatlar bazasının yaradılmasıdır.
Beləlilklə, podrat torqların idarə edilməsinn informasiya texnologiyasının əsas vəzifəsi aşağıdakılardır: məlumatları axtarmaq, yığmaq, podrat barədə aktual-işçi vəziyyəti üzrə məlumatların təminatı vəziyyəti üzrə məlumatların təminatı (torqun iştirakçıları, torqun şərtləri, məqsədi, tikinti məhsulu bazarı, hansı ki, torqun predmetini təşkil edir, hüquqi təminat və s.). podrat torqlar işgüzar əməliyyat növündə sifarişçinin aləti kimi hesab olunur.
Bununla əlaqədar olaraq, podrat torqların idarə edilməsinin informasiya texnologiyasının mahiyyətinin geniş surətdə açıqlması və onun təhlil edilməsi əsas məsələlərdən biri hesab olunur. Beləliklə, podrat torqalrın idarə edilməsinin informasiya texnologiyasının idarəetmənin beş əsas anlayışınına əsaslanır və bunlara aşağıdakılar daxildir:
iddiaçı torqlarda idarəetmə obyekti-bu torqların təşkili və keçirilməsi prosedurlarını, əməliyyatlar, işgüzar rəqiblərin, alqoritmi üzrə dəyişiklikləri nəzərə alaraq axtarışları və digər tərəfdən isə sifarişçinin podratçılarla müqavilə bağlanılması ilə əlaqədardır.
İddiaçı torqlarda idarə etmə obyektinin vəziyyəti, bu torqların keçirilməsi prosedurunun vəziyyətini, bu prosedurun məkanja vəziyyətinin dəyişilməsini xarakterizə edən çoxsaylı kəmiyyət və keyfiyyət parametrlərinin əhatə edir. İddiaçı torqlarda idarə etmə obyektnin vəziyyətini çoxsaylı xariji parametrlərlə (bazar, hüquqi baza, torqun iştirakçıları və s.) və çoxsaylı daxili parametrlərlə (müsabiqə sənədlərinin sifarişçinin tələbləri və şərtləri, iddiaçıların imkanı, torqun iştirakçılarının təşkilatı sturkturu və s.) müəyyən edilir. Torqun prosedur vəziyyəti, çoxsaylı kəmiyyət və keyfiyyət parametrləri olan informasiya məkanı ilə sıx əlaqədar olub, idarəetmə obyektinin vəziyyətinin dəyişilməsinə təsir göstərir. Podrat torqların keçirilməsində məlumatlar məkanının ümumi quruluşu şəkil 8.1-də göstərilmişdir.
Podrat torqların idarəetmə subyekti, bu son məqsədə çatmaq üçün idarəetmə obyektinin vəziyyətinin dəyişilməsi üzrə təşkilatı sturktura bölmələr vəzifəli şəxslərin qəbul etdikləri qərarla müəyyən olunur. Podrat torqların idarəetmə subyektləri aşağıdakılar ola bilər:
bilavasitə sifarişçilər;
sifarişçinin müsabiqə komissiyası;
konsaltinq firma podrat torqların keçirilməsi və təşkili üzrə ixtisaslaşdırılmış firmalar;
direktorlar şurasının ijraçı orqanları, kompaniyanın rəhbəri;
ayrıja mütəxəsisslər və s.
İdarəetmə prosesi – podrat torqların təşkili və keçirilməsi vəziyyətinin dəyişilməsinə yönəldilmiş əməliyyatlardır. İdarəetmə prosesi bilavasitə axtarışla, müşahidə etməklə, saxlamaqla, yığmaqla, dəyişməklə, informasiyaların ümumiləşdirilməsi, qərarların qəbulu, nətijə, sənədlərin tərtibi və s. əlaqədardır
Fəaliyyətin məqsədyönlüyünü – bu iddiaların seçilməsinə, müsabiqə təkliflərin qiymətləndirilməsinə, torqun qalibinin təyin olunmasına, torqun qalibi ilə müqavilənin (kontraktın) bağlanılmasına yönəldilən idarə etmə prosesləridir (əməliyyatlardır).
Dostları ilə paylaş: |