Валидейнляримин язиз хатирясиня


Müasir şəraitdə tikintidə smeta qiymətinin formalaşması xüsusiyyəti



Yüklə 2 Mb.
səhifə23/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   19   20   21   22   23   24   25   26   ...   73
tikinti-smeta

2. Müasir şəraitdə tikintidə smeta qiymətinin formalaşması xüsusiyyəti


Müasir dövrə qədər, tikinti obyektlərinin əksəriyyətində smeta qiymətinin müəyyənləşdirilməsinin dürüstlüyünü təmin etmək müəyyən çətinlik törətmişdir. İnşaasına başlanılana qədər tikinti obyektlərinin təyin edilmiş smeta qiyməti tikintinin sonuna qədər bir çox dəyişikliklərə məruz qalırdı. Bu isə əsaslı tikintinin planlaşdırılması və maliyyələşdirilməsində müəyyən problemlər yaratmışdır. Həm də, belə bir şərait stabil norma və qiymətlərin mövjud olduğu dövrdə baş verirdi. Bazar münasibətləri şəraitində isə qiymətlərin artması və inflyasiya prosesinin dərinləşdiyi bir vaxtda smeta qiymətinin formalaşmasının təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir.


Əvvəllər respublikada Dövlət və Memarlıq Tikinti Komitəsinin məlumatlarında qeyd edilirdi ki, əvvəljədən layihələndirilmiş istehsal texnologiyasının avadanlıqla təjhiz və tikinti şəraitinin, həmçinin norma və qaydalarda edilən dəyişikliklər nətijəsində smeta qiymətinin ümumi artımı baş verir (60-70%-ə qədər). Bu dəyişikliklərin hamısı elmi-texniki tərəqqinin inkişaf sürətindən asılıdır. Layihələrin tərtibi və təsdiqi prosesində qəbul edilmiş layihə həllərinin çoxu müəyyən olunmuş vaxt dövrünün qurtarması ilə (3-5 il) köhnəlir və daha mükəmməl həllərlə əvəz edilməsini tələb edir. Əgər bu dövr ərzində obyekt istismara verilmirsə, onda köhnəlmiş texnoloci proseslərin və avadanlıqların daha mütərəqqiləri ilə əvəz edilməsilə bağlı dəyişikliklərin layihələrə daxil edilməsi lazım gəlir. Smeta qiymətinin ümumi artımının az olmayan hissəsini (20%) layihə – axtarış və elmi tədqiqat təşkilatlarının səhvləri təşkil edir. Onlara layihə və axtarış işlərinin aşağı səviyyəli keyfiyyəti, layihə smeta işinin yaxşılaşdırılması haqqında qərarın, layihələndirmədə norma və qaydaların pozulması səbəb olur.
Tədarükçü tərəfindən avadanlıqlara buraxılış qiymətinin artırılması tikintinin smeta qiymətinin ümumi artımının orta hesabla 10%-nə səbəb olur. Layihələrə yenidən baxılması və tikintinin smeta qiymətinin artırılması özü ilə birlikdə əsaslı tikintidə müqavilə qiymətinin təyinindən sonra müəyyən problemlər yaradır. Həm də başlanmış tikintinin başa çatdırılması üçün əlavə maliyyə və material-texniki resursların axtarılmasına zərurət yaranır.
Layihələrin hazırlanması bir qayda olaraq bir mərhələdə həyata keçirilir. Bununla belə texniki-iqtisadi əsaslandırmada nəzərdə tutulmuş müəssisə və obyektlərin tikintisinin əsas texniki-iqtisadi göstərijiləri layihə-smeta sənədləiinn hazırlanması vaxtı lazımı səviyyədə saxlanmalıdır.
Hazırki dövrə kimi, smeta qiymətinin təyin olunmasında mövjud olan metodika texniki-işçi layihə mərhələsində qəbul edilmiş, dəyişməz və sabit layihə həllərinə əsaslanırdı. Yəni yeni iqtisadi şəraitdə tikintinin layihələndirilməsindən sonrakı mərhələdə ki, dövrdən asılı olaraq smeta qiymətinin müəyyən dəyişikliklərə uğraması baş verə bilər.
Təjrübə göstərir ki, əksər hallarda tikilən bina və qurğuların layihə həlləri tikintinin sonuna qədər stabil qalmır və tez-tez jiddi dəyişikliklərə məruz qalır. Xüsusən də bu iri sənaye müəssisələri və obyektlərə aid edilir. İnvestisiya dövrü-layihələndirmə, tikinti və istehsal güjlərindən istifadə – bu obyektlər üçün təsdiq olunmuş normalara uyğun çox vaxt 8-10 il təşkil edir (2-3 il layihələndirmə, 4-5 il tikinti və 1,5-2 il istehsal güjlərindən istifadə).
İnvestisiya dövrünün müddətinə görə hələ də respublikamız inkişaf etmiş ölkələrdən və Rusiyadan geri qalır. (Jədvəl 8.1)

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin