Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə26/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   22   23   24   25   26   27   28   29   ...   73
tikinti-smeta

Şəkil 8.1 Podrat torqların məlumatlar məkanın
ümumi strukturu.
Torqların elanından əvəl sifarişçi öz güjü ilə və ya mühəndis-məsləhətçilərin köməyi ilə sənədlər dəsti (komplekti) işləyib hazırlayır. Burada torqların əsas ideyasının predmeti və kommersiya şərtinin xarateri göstərilir. Əgər tikinti obyektlərindən söhbət gedirsə, onun sənədləri, texniki tələblər, qrafiki materialların lazımi həjmi, kommersiya şərtləri, kontrakt layihəsi dəqiq işlənilməlidir ki, bunlar da podratçının tikintini düzgün qiymətləndirilməsində, sonra isə işçi sənədləri tərtib etməyə və tikinti işlərini yerinə yetirməyə imkan versin.
Belə sənədlər məjmusu «tender» adlanır. Torqun elanında sifarişçi üçün təklifə baxılmasının dəqiq vaxtı göstərilir. Təkliflərə baxılması üçün sərbəst, yüksəkixtisaslı mütəxəsislərdən ibarət olan müstəqil tender komitəsi yaradılır.
Tender komitəsi aşağıdakıları yerinə yetirir:

  • torqlarda iştirak etmək üçün sifarşçilərin yığılmasını yerinə yetirir;

  • iddiaçıların ilkin peşəsini müəyyən edir;

  • tender sənədlərinin işlənilməsini və paylanmasını təşkil edir və bu sənədlərdə və prosedurda olan dəyişilmə məsələlərini həll edir;

  • iddiaçıları tender sənədləri ilə tanış edir və lazımi izahatlar verir;

  • təqdim olunan ofertlərin qiymətləndirilməsi, saxzlanılması və məlumatların yığılmasını təmin edir;

  • torqun prosedurunun keçirilməsini və onun tərtib olunmasını yerinə yetirir;

  • torqun yekununa görə qalibləri müəyyən edir və onları təsdiq edir;

  • torqun nətijələrini kütləvi informsaiya vasitəsilərində nəşr edir.

Tender komitəsi müstəqil olaraq iş recimlərini özləri təsdiq edir (həmçinin onun tabeliyində olanlarında) və aşağıdakı normativ-hüquqi sənədlər rəhbər tutulur:

  • Azərbayjan Respublikasının qanunları;

  • Azərbayjan Respublikası Prezidentinin fərmanı;

  • Azərbayjan Respublikası Hökümətinin qərarları;

  • Respublika nazirliklərinin və orqanlarının normativ sənədləri;

  • Respublika ərazi subyektlərinin normativ sənədləri.

Qeyd edildiyi kimi, hər bir konkret torqun şərtləri ətraflı surətdə tender sənədində göstərilir və namizədlərə təqdim edilir. Burada torqun keçiriləjəyi yer, gün, açılajağı və başlanajaq saat, aparan təşkilatın adı, həmçinin obyekt barədə bu informasiyalar verilir: obyektin xarakteri, güjü, məhsuldarlığı və s. Əsas texniki-iqtisadi xüsusiyyət haqqında aşağıdakılar verilir: ofertin öz təklifinə (ofert haqqında) hansı əlavə texniki və izahat sənədlərinin əlavə etməsi haqqında məlumat, əsas kommersiya və texniki şərtlər, təminat məbləğinin keçirilməsi, oferentin təklifi, hansı qiymətlərlə verilməsi; daha iri obyektlər üçün sürüşkən qiymətlərin mümkün olub-olmadığı haqqında həmçinin, arbitrac, jərimələr, təminat şərtləri, texniki xidmətlə bağlı alternativ təkliflərin verilməsinin mümkün olub-olmaması haqda informasiyalar verilir.
Ümumiyyətlə tender sənədi iki hissədən ibarət olur:

  • ümumi, torqun ümumi şərtləri, bu adətən ölkədə tikilən bir çox obyekt növü üçün oxşar olur;

  • xüsusi, bu konrket bir obyekt haqqında lazımi məlumatı özündə əks etdirir, bura lazım gələrsə çertyoc və digər sənədlər (spesifikasiyadan başqa) əlavə oluna bilər.

Torqun təşkilatçısı və ya onun göstərişi ilə tender komitəsi torqlar haqqında elan hazırlayır və nəşr etdirir və onun tərkibinə aşağıdakılar daxil edilir:

  • torqun təşkilatçısının və sifarişçinin adı;

  • torqun predmeti və torqun növünün adı;

  • tikintinin yerinin qısa xarakteristikası;

  • işin yerinə yetirilməsi müddəti və təxmni həjm;

  • bir neçə təşkilatların iştirkı ilə müqavilənin ijrası iştirakı;

  • tender sənədinin alınması üçün ünvan, müddət və digər məlumatlar;

  • ofertin təqdim olunması müddəti.

Torqlar haqqında elan ofertin təqdim olunması müddətinə 2-6 ay qalmış veilir. Torqların keçirilməsi prosedurı aşağıdakı mərhələlərdən ibarətdir.

  • sifarişçi namizədlərə özünün sazişə girmək fikri haqqında xəbər verir və «təklif», yaxud «torqa dəvət» adında sənəd tərtib edilir. Bu halda texniki və kommersiya hissələrindən ibarət olan tender sənədi (tender) hazırlanır;

  • namizədlər sifarişçiyə «ofert» adlanan öz təkliflərini təqdim edirlər;

  • torqun qalibinin müəyyən edilməsi və tender komitəsinin protokolu ilə sənədləşdiriir, lakin hüquqi jəhətdən təsdiqlənmə sənədi saziş aktı sayılmır;

  • torqun müvəffəqiyyətlə sona çatması müqavilənin biğlanması ilə müəyyən olunur ki, bu son mərhələ hesab olunur.

Qeyd etmək lazımdır ki, keçirilmə üsullrına görə torqun əsasən iki növü vardır: açıq və qapalı.
Açıq torqda sifarişçi dövrü mətbuatda verilən elanlar vasitəsilə bütün istəyənlərin torqda iştirak etməyə dəvət edir. Bu da peşəkar namizədlərin dəvət olunmasına imkan yaradır və namizədlərin nümayəndəsi müəyyən məbləğə tender sənədini alır ki, burada sifarişin tələbləri hərtərəfli əks olunur. Açıq torqda arzu edən hər bir xariji və yerli firmalar iştirak edə bilər.
Qapalı torqda müyyən dərjədə həmin sahədə tanınmış firmalar dəvət olunur. Qapalı torqda sifarişçi tanınmış firmalardan onun təklifiə daha çox uyğun gələn və daha əlverişli olanı seçirlər. Qapalı torq öz xüsusiyyətinə görə məhdud və ya qapalı olduğu üçün onun nətijələri açıq mətbuatda dərj edilmir. Torqun keçirilməsi prosesi belədir: təyin olunmuş gündə və saatda içərisində təkliflər olan konvert açılır və bu barədə həmin gün torqun bütün iştirakçıların və iddiaçılarına elan olunur, sonra isə onlar jiddi nəzərdən keçirilir. Təkliflərə baxılarkən adətən aşağıdakı məsələlər kompleks surətdə nəzərdə tutulur: kommersiya, maliyyə, texniki, iddaçı formaların vəziyyəti və s.
Torqdan podrat alan firmalar sifarişçi ilə kontrakt bağlayır və burada aşağıdakılar göstərilir: dəyər, valyuta növü, ödəmə şərti, işin yerinə yetiriloməsi müddəti, şikayətlərin tənzimlənmə forması, sığorta növü, xüsusi şərtlər.
Oferentlərin torqda müvəffəqiyyətlə iştirak etməsi üçün, torqun şərtlərində göstərilən bütün tələb və müddəalara jiddi əməl olunması, həmçinin təkliflərin (ofert) müəyyən qaydada tərtib olunması böyük əhəmiyyətə malikdir. Bu tələblərə riayət etmədən torqda udmaq praktiki jəhətdən çətindir. Bazar iqtisadiyyatı şəraitində torqların keçirilməsində sifarişçiləri maraqlandıran əsasən qiymət amilidir ki, bunları aşağıdakı qruplara bölmək olar:

  • texniki parametrlər və məhsuldarlıq;

  • layihə işləmələri;

  • tikinti prosesi.

Birinji qrup adətən ofertlərin təklif etdiyi əmək məhsuldarlığı göstərijilərindən asılı olaraq köməkli xərjləri, yaxud ziyanı hesablamaq üçün istifadə edilir. Bu halda oferentlərin təklif etdiyi qiymət, layihə işləmələrinin və tikinti işlərinin səmərəliliyindən asılı olaraq təhlil edilir.
Qeyd etmək lazımdır ki, müqavilə qiymətinin podratçının mövqeyindən təyin edilməsi aşağıdakı məqsəddən ibarət olur: yəni, birinji növbədə podratçı özü üçün müəyyən etməlidir ki, müqavilənin həyata keçirilməsi onun üçün hansı qiymətə başa gələjək və özünün gələjək məhsulunu (obyekt və ya onun hissəsi, xidmət və s.) o hansı qiymətə sifarişçiyə sata biləjək. Bu halda sərbəst qiymətdən, qəti qiymət həddi üzrə bir neçə əlverişli variant təhlil edilməlidir. Ofertə hansı qimətin qoyulması podratçının vəziyyətdən baş çıxarmaq, müqavilənin əldə etəmk istəyən digər namizədlərin potensial imkanları haqqında məlumatlara malik olmaq bajarığından asılıdır. Əldə edilən bütün məlumatlar diqqətlə təhlil edildikdən və rəqiblərin potensialına müəyyən qiymət verdikdn sonra podratçı müqavilə üzrə öz hesablama qiymətini təklif edir.
Bu halda müqavilənin qiyməti ümumi halda aşağıdakı kimi təyin olunur:

Qmx+Kx (8.1)


İx - istehsalat xərjləri
Kx – həmin təşkilatın kapitalı üzrə əlavə edilən məbləğ man;
İstehsal xərjini təşkil edən xərj elementləri barədə əvvəldə daha geniş toxunulmuşdur.
Tikinti obyektləri bazarında podratçının yerinə yetirdiyi işlərin qiymətləndirilməsi üsulları, iştirak edənlərin məsuliyyət dərəjələrini, tiknti-investisiya prosesinin səmərəi həyata keçməsini nəzərə alaraq, bir çox müqavilə qiyməti madellərindən istifadə edilir. Bunlardan biri, qəti müəyyən olunmuş pauşal qiymətli (məbləğli) müqavilədir. Pauşal qiymət (məbləğ), tərkib hissələrinə bölünmədən ümumilikdə göstərilən qiymətdir. Pauşal almanja «paushal» sözündən götürülüb, dövrə və bütöv sözünə uyğun gəlir. Yəni, eyni və yaxud başqa-başqa mallar (iş, xidmət) üçün ümumi qiymətin qoyulmasından söhbət getdikdə bu anlayışdan istifadə olunur.
Müasir şəraitdə bir çox sifarişçilər pauşal qiymətinə müqavilədə üstünlük verirlər çünki, bu adətən digər müqavilə növləri ilə müqayisədə daha az investisiya sərf edir, əgər sifarişçi üçün əlverişli iqtisadi vəziyyət olarsa. Sonra isə, işin həjminə görə qiymətləndirilən müqavilədir ki, bu müqavilələrdə işin dəyəri işin həjminə və bazar qiymətlərinə əsasən müəyyən olunur.
Əvvəljə nəzərdə tutulan işlərin təxmini həjminə qiymət qoyulur, faktiki həjm ölçülür (dəqiqəlşdirilmir) və iş başa çatdıqdan sonra qiymətləndirilir.
Müqavilə qiyməti modellərindən biri, xərji ödənilən müqavilədir, bu podratçıya onun işi gördüyü vaxtda çəkdiyi xərjlərin ödənilməsinə əsaslanır. Burada həmçinin əlavə işləri (xərjləri) örtmək üçün əlavə ödənişlər də nəzərdə tutulur.
Daha sonrakı müqavilə qiyməti modellərindən biri də, təjili müqavilədir. Burada podratçının müəyyən bir işi göstərilən müddətdə yerinə yetirməsi üçün nəzərdə tutulur, burada ödəniş sona çatdırılan işin həjminə görə, ya da mərhələləyə görə aparıla bilər.
Qeyd edilən müqavilə qiyməti modelləri üzrə müqavilələr qəti şəkildə müəyyənləşdirilən və yaxud təshih oluna bilən qiymətli olur, yəni qəti şəkildə müəyyən olunmuş qiymətli müqavilədə onun qiyməti razılaşdrılır və imzalanma zamanı onun çətinliyi müəyyən edilir. Bu halda razılaşdırıan məbləğ, təzədən müzakirə edilə bilməz (bəzi hallar, istisna olunmaqla məs:jizgilərdə və spesifikasiyalarda dəyişklik, faktiki işlərin həjmində kənarlaşma və s. olarsa).
Bu, müqavilə növündə, podratçı işin dəyərinin inflyasiyaya görə artması ilə bağlı riski öz üzərinə götürür. Odur ki, o çalışır ki, müqavilədə nəzərdə tutulmayan xərjlərlə bağlı əlavə məbləğlər öz əksini hərtərəfli tapa bilsin. Beləliklə, torqun sonunju mərhələsi torqda qalib çıxan ofertlə müəyyən olunur. yəni torqda və yaxud digər üsulla podrat qazanan firma ilə sifarişçi müqavilə (kontrak) bağlayır. Müqavilənin forması əsasən tikiləjək obyektin xarakterindən asılı olub, onun tərkibində əsasən aşağıdakılar göstərilir: giriş hissə, müqavilənin predmeti, müqavilənin əlavə şətləri, müqavilənin digər şərtləri.
Müqavilənin qüvvəyə minməsində o, hökmən hüquqi jəhətdən əsaslandırılmalıdır. Torqun nətijəsini tender komitəsi protokol şəklində üç gün ərzində (uyğun qərar qəbul etdikdən sonra) təsdiq etmək üçün torqun təşkilatçısına təqdim edir. Torqun təşkilatçısı bir həftə ərzində təqdim edilən sənədlərə baxır və torqun nətijəsinin təsdiqi barədə qərar qəbul edir.
Beləliklə, tikinti bazarının formlaşmasında müasir dövrdə tikinti məhsulunun qiymətinin müəyyən olunmasının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri bazar qiymətlərini nəzərə almaqla, müqavilə qiymətinin podrat torqlar vasitəsilə həyata keçirilməsini, torqların təşkili və onun idarə edilməsinin daha da təkmilləşdirilməsi məqsəduyğun hesab olunur.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin