Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə30/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
İş formaları

İş formaları dedikdə, fərdi, cütlərlə, böyük və kiçik quplarla iş nəzərdə tutulur.

1. Cütlərlə iş (cütlük şəklində iş) - Dərs prosesində işin bu forması zamanı şagirdlər iki-iki işləyirlər ki:



  • Hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birinə kömək etsinlər.

  • Öz işlərinin (sinif və ya ev tapşırıqları) nəticələri barədə fikir mübadiləsi aparsınlar.

  • Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.

Bu hallarda şagirdlərin müxtəlif nöqteyi-nəzərlərinin müqayisəsi və əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü cütlük-zəif şagird) tələb olunur. Cütlük şəklində iş şagirdlərin bir-birinin baxışlarını daha yaxşı başa düşməsinə, əməkdaşlıq etməsinə, bir-biri qarşısında öz məsuliyyətlərini dərk etməsinə imkan yaradır.

2. Qruplarla (qrup şəklində)iş - Şagirdlər (3-6 nəfər) kiçik qrupda birləşir və hər hansı problemi həll etmək üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup şəklində təlim “müəllim-şagird” dialoqundan imtina edilməsini və “müəllim-qrup-şagird” üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti onlara əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir. Qrup işi şagirdlərə öz fikrini söyləməyə və başqalarını dinləməyə, özünün və digərlərinin işini qiymətləndirməyə imkan yaradır. Bundan başqa, şagirdlər eyni bir məsələ ilə bağlı müxtəlif baxış və yanaşmaların olması barədə təsəvvürə yiyələnirlər. Qrup şəklində təlimin müxtəlif formaları mövcuddur. Birinci halda, sinif tərkibcə kiçik və çevik qruplara bölünür və onların hər biri təlim materialına müxtəlif metodlarla yiyələnirlər. İkinci halda, qruplar eyni bir problemi müxtəlif materiallar əsasında öyrənir, onu müxtəlif mövqedən qiymətləndirirlər. Qrupla iş zamanı hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi, özünə inamın artması, özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.

Qruplarla iş qaydaları:

1) Demokratik, obyektiv şərait olmalıdır.

2) Sinifdə qrupların sayı 2-6 qrupa qədər olmalıdır.

3) Hər qrupda isə 3-6 şagird olmalıdır (Sinfin şagirdlərinin sayına görə).

4) İş zamanı qrup lider-komandir seçməlidir.

5) Hər dəfə iş zamanı qrupun lideri dəyişməlidir.

6) Sinfi “zəif” və ya “güclü” qruplara bölmək olmaz.

7) Dostu dostdan ayırmaq prinsipi.

8) İş zamanı işgüzar səs-küyün olması labüddür.

9) Müəllim mütləq bu səs-küyü tənzimləməlidir.

Sinfi qruplara bölməyin üsulları:

I. Sadə qrup bölgüsü üsulları:

1) Rəqəmlərlə 2) Rənglərlə 3) Həndəsi fiqurlarla 4) Şəkillərlə: çiçək, ağac, heyvan, quş, meyvə, tərəvəz, konfetlərlə, konfet kağızı ilə.

II. Mürəkkəb qrup bölgüsü üsulları:

1) Nitq hissələrinə aid sözlərlə bölürük. Məsələn: Əşyanın adını bildirən.............uşaqlar gedib “İsim”də oturacaq.

2).......................................................................... və s.

Qrup üzvlərindən tələb olunanlar:

1) Müəllimi diqqətlə dinlə!

2) Dərsdə astadan danışmağa çalış!

3)Yoldaşının fikrini diqqətlə dinlə!

4) Dərsdə zəif yoldaşına kömək etməyə çalış!

5) Dərsdə fəal olmağa çalış!

3. Bütün siniflə birgə iş - Вu iş formasının fəal (interaktiv) təlimdə istifadəsi də zəruridir. Motivasiya mərhələsində qoyulan tədqiqat məsələlərini bütün siniflə araşdırmaq zərurəti olduqda müəllim böyük qrup şəklində iş formasını seçir. Bu zaman bütün siniflə işləmək üçün o, müvafiq interaktiv təlim texnikalarından istifadə edir (məsələn, BİBÖ, “Əqli hücum” və s.). Ənənəvi frontal sorğudan fərqli olaraq, bütün siniflə birgə tədqiqat işi zamanı şagird öyrənilmiş dərslərin xatırlanması ilə kifayətlənə bilmir və o əldə olunmuş məlumatlardan istifadə və ya tətbiq edərək yeni biliklərin kəşfinə yönəldilir. Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyət yaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

4. Fərdi iş forması - Şagirdlərin fərdi həyat təcrübəsini, maraqlarını və ya öz yaradıcılığını tələb edən tədqiqat işlərində daha çox istifadə olunur.

Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkan yaradır. Bu zaman:

1) Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir.

2) Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və köməkçisi kimi çıxış edir.

3) Problemin həlli prosesində şagird fəal tədqiqatçı olur.

4) Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir.

5) Müəllim-şagird, şagird-şagird arasında əməkdaşlıq üçün şərait yaranır.

6) Dərslərin interaktiv təşkilinə üstünlük verilir.

7) Qeyri- standart dərslərin tətbiqinə geniş yer verilir.

Fəal (interaktiv) dərsin quruluşu iş formasından asılı olaraq dəyişə bilər.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin