Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Ana dilinin tədrisi metodikası bir elm kimi



Yüklə 1,54 Mb.
səhifə2/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68
1.2. Ana dilinin tədrisi metodikası bir elm kimi.

Ana dilinin tədrisi metodikası pedaqoji elmlər sisteminin mühüm bir sahəsi, xüsusi didaktikadır. Xüsusi təlim nəzəriyyəsi hesab olunan bu elmə ana dili təliminin vəzifələri və məzmunu, formaları, prinsipləri, vasitələri, metodları və priyomları, şagirdlərin bilik, bacarıq və vərdişlər əldə etmələri üçün ən optimal şəraitin yaradılması, onların qiymətləndirilməsi məsələləri daxildir.

Metodika şagirdlərin təlim materiallarını mənimsəmə şəraitini təhlil edərək daha əlverişli sistemi qurmaqda müəllimə kömək edir. Sistem dedikdə, ana dili kursunun hər bir sinfə müvafiq məzmununu işləmək, oxu və yazı vərdişlərinin yaranması prosesini öyrənmək, çətinlikləri aşkara çıxarmaq, onların başvermə səbəblərini araşdırmaq, vəziyyəti təhlil etmək, nöqsanları aradan qaldırmağa xidmət edən şərait hazırlamaq; ana dilinin optimal tədrisini (az əmək sərf etməklə, şagirdləri yükləmədən onlara çox, yüksək keyfiyyətli biliklərin mənimsədilməsini) təmin etmək, qazanılmış bilikləri təcrübədə tətbiq- etmə bacarığı vermək, şagirdlərin ümumi inkişafını təmin edən yollar və vasitələr müəyyənləşdirmək nəzərdə tutulur.

Təlim prosesinin bir-biri ilə sıx bağlı olan 3 cəhəti var:

1. Tədris fənninin məzmunu

2. Müəllimin fəaliyyəti

3. Şagirdlərin fəaliyyəti

Metodika bir elm kimi təlimin bu üç cəhəti arasındakı qanunauyğun əlaqələri tədqiq edir.

Ana dilinin tədrisi metodikası nəyi (hansı məzmun, hansı həcmdə), kimə (hansı sinif şagirdlərinə), nə vaxt, nə üçün, necə (hansı metod və priyomlarla) öyrətməyi müəyyənləşdirir.

Ana dilinin tədrisi metodikası ibtidai sinifdə ana dili təliminin üsulları və yollarından bəhs edən bir elmdir. Ana dilinin tədrisi metodikasını öyrənən gənc müəllim metod və priyomlar axtarışına artıq vaxt sərf etmir, təlimin rəngarəng metod və priyomlarından müxtəlif hallarda şüurlu istifadə etməyə, yaradıcı fəaliyyət göstərməyə hazır olur.

Öyrədənə də, öyrənənə də hörmətlə yanaş”. (Məhəmməd Peyğəmbər)



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin