Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə9/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

Yalnız bu mühazirəyə aid ədəbiyyat :


1.A.Abdullayev, Y.Ş.Kərimov “İbtidai siniflərdə ana dili tədrisinin metodikası”. “Maarif” 1968.

2. Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2005


Mühazirə 3: Kurikulum. Ana dili fənn kurikulumu

Plan: 1. Kurikulum nədir?

2.Ana dili fənn kurikulumu



3.1. Kurikulum nədir?


Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya yolunda böyük uğurlar qazanıb. Ona görə də Azərbaycanda təhsilin məzmunu yeniləşməli və keyfiyyəti yüksəldilməlidir” fikrinin davamı kimi, 1995-ci il iyunun 15 də “Azərbaycan Respublikasının təhsil sistemində İslahat Proqramı’’ qəbul olundu və Heydər Əliyev tərəfindən imzalandı. “İslahat”- dəyişiklik, yeniləşmə deməkdir. Dünyanın ən böyük təhsil proqramı insanı davamlı təhsilə hazırlamaqdan ibarətdir, yəni insan, şəxs elə formalaşdırılmalıdır, elə bacarıqlara sahib olmalıdır ki, həyatı boyu o bacarıqlara istinad edərəк bacardığını tətbiq edə bilsin.

Kurikulum fənlər üzrə kurikulum siyasəti, tədris və təlim siyasəti, qiymətləndirmə siyasəti, təhsil almaqla hamı üçün bərabər imkanların yaradılması siyasəti, təhsildə informasiya-kommunikasiya texnologiyaları siyasətini ehtiva edir.

Azərbaycanda “kurikulum” termini keçən əsrin 90-ci illərinin axırlarından istifadə olunmağa başlanmış, 2006-cı il oktyabrın 30-da isə Milli Kurikulum qəbul edilmişdir.

Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri kimi hazırda geniş miqyaslı tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır.

“Kurikulum” latın sözü olub, lüğəvi mənası “kurs”, “elm” deməkdir. Kurikulum – yeni təhsil proqramıdır, həyat tərzi, yanaşma, təhsil ilə bağlı bütün məsələləri özündə əks etdirən bir sənəddir. Buraya plan, proqram, qiymətləndirmə, müəllimin fəaliyyəti, şagirdin fəaliyyəti, müxtəlif fənlər üzrə islahatlar, yeniliklər daxildir. Kurikulum nəyin, necə, hansı formada, hansı ardıcıllıqla tədris olunması və hansı nəticələrə nail olmağın qarşıya qoyulması və s. kimi məsələləri özündə birləşdirən təhsil - təlim formasıdır.

Bu gün təhsil sistemində kurikulumun hazırlanmasında məqsəd cəmiyyət üçün yararlı olan insanın formalaşdırılmasından ibarətdir. Odur ki, dünyada belə kurikulumlar şəxsiyyətyönümlü kurikulumlar adlanır. Bu kurikulumlar əvvəlki proqramlardan ciddi fərqlənir. Əvvəlki proqramlar fənyönümlü, daha çox ifrat dərəcədə biliklərin şagirdlərə aşılanmasını qarşıya məqsəd qoyurdusa, bu kurikulumlarda ən zəruri biliklərə əsaslanmaqla şagirdlərdə həyat üçün, şəxsiyyətin normal fəaliyyəti üçün lazım olan bacarıqların formalaşdırılması diqqət mərkəzində dayanır və şagirdlərin nailiyyəti, onların əldə etdikləri bacarıqlarla, səriştələrlə ölçülür.

Kurikulum fənnin məzmunu, onun təliminin təşkili və təlim nəticələrinin qiymətləndirilməsini özündə əks etdirən konseptual sənəddir.

Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya, qiymətləndirmə və s. məsələlər əhatə edilir.

Milli Kurikulum müxtəlif xarakterli və eyni zamanda bir-biri ilə bağlı olan nəticələrdən (sənədlərdən) ibarətdir.

Təhsil kurikulumu 2 yerə ayrılır: Fənyönümlü və şəxsiyyətyönümlü kurikulumlar.



Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə, bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır və məlumatlılıq səviyyəsi çoxalır.

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlərin, əqli fəaliyyətlə bağlı qabiliyyətlərin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minumum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. Burada tələb olunan bacarıq və vərdişləri formalaşdırarkən şagird fəallıq göstərir və şəxsi fəaliyyətini nümayiş etdirir. Müəllim isə bu prosesdə bir bələdçi rolunu ifa edir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir.

Şəxsiyyətyönümlülük - təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə, onlarda milli və bəşəridə yerinin formalaşdırılmasıdır.

Şagirdyönümlülük - təhsil sahəsində fəaliyyətlərin təhsil alanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.

Kurikulumda ibtidai təhsilin məqsədi aşağıdakı kimi verilib:

1. Uşaqlarda oxu, yazı vərdişləri yaratmaq və möhkəmləndirmək;

2.Uşaqlara insan cəmiyyəti, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək;

3.Uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;

4.Uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünə xidmət bacarıqları aşılamaq.

Kurikulumda ibtidai təhsil üzrə ümumi təlim nəticələri aşağıdakı kimi verilib:


  1. Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi;

  2. Yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi;

  3. Öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi;

  4. Tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;

  5. Ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi;

  6. Müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi;

  7. Kompyüter texnikasından istifadə etməyi;

  8. Müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

  9. Mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi;

10.İnsanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi olduğu kimi qavramağı öyrənməlidir.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin