V
|
+
|
-
|
?
|
Qədim türk abidələridir. Altayda, çayın
kənarında yerləşir.
35 hərfli əlifbadan
istifadə olunub.
Bilgə Xaqanı və s.
|
|
Monqolustan.
|
-Runi əlifbası
-Baykal
-tısbağa
-Yenisey
və s.
|
Birinci V hissəsində mətndən əsаs fikirlər yazılır. Sonra verilən mətn şagirdlərə paylanır. Şagirdlər onu oxuyur və təzə öyrəndikləri + işarəsi olan 2-ci hissədə yazılır. Əvvəllər bilib, yazdığı ilə düz gəlməyənləri - işarəsi olan hissədə yazırlar. Şagirdlərə aydın olmayanları daha geniş öyrənmək istəyirlərsə ? işarəsi olan 3-cü hissədə yazırlar. Məsələn, tısbağa - möhkəmlik rəmzi olaraq götürülüb. Runi - qədim türk əlifbasıdır. Yenisey - yeni söz olub “yeni su” deməkdir. Baykal - “bəy” və “göl” sözlərini bildirir. Bu qədim türk əlifbası daşlar üzərində yazılmış abidədir.
“Ey türk! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!”
Esse üsulu
Sərbəst mövzu, onların duyğuları, fikirlərinə münasibət bildirən qısa yazıdır. Sinifdə 5 dəqiqəyə müxtəlif həcmdə yazıla bilər. Bu üsul bir fərziyyədir və uşaqları fikirləşməyə yönəldir, yaradıcı təfəkkürü inkişaf etdirir.
Ziqzaq üsulu
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
Üsulun sxemi:
Ə sas qruplar
4 nəfərdən ibarət 4 qrup yaradılır və adlar verilir. “Lalə”, “Nərgiz”, “Bənövşə”, “Yasəmən”. Sonra bu qruplardakı uşaqlar rəqəmlərə bölünür: 1, 2, 3, 4. Bu 4 qrupdan aşağıdakı qaydada yeni 4 qrup yaradılır. Вelə ki, hər qrupdakı 1№-lilər bir yerə, 2№-lilər digər bir yerə, 3№-lilər ayrı və 4№-lilər də bir ayrı yerə yığılır və təzə qruplar yaradılır. 1№-lilər yığılan qrup “Birlər”, 2 №-lilər yığılan qrup “İkilər” və beləcə sonra “Üçlər”, “Dördlər” yaradılır. Bu yeni qruplara müəyyən vaxt ərzində bir məlumat verilir ki, öyrənsinlər. Məsələn, “Birlərə”- “Azərbaycanın təbiəti”; “İkilərə” – “Azərbaycanın iqlimi” və s. Elə ki, uşaqlar bu məlumatı öyrənib yadda saxladılar (əvvəlcədən xəbərdarlıq edilməlidir ki, vеrilən məlumatı diqqətlə öyrənin ki, öz əvvəlki qrupunuza dönəndə yeni öyrəndiklərinizi yoldaşlarınıza dəqiq çatdıra biləsiniz), müəllim hər uşağı öz əvvəlki qrupuna qaytarır. Yəni yenidən əvvəlki kimi, əvvəlki uşaqlar qalmaq şərti ilə “Bənövşə”, “Lalə” və digər 2 qrup yaranır. Öz qrupuna qayıdan hər bir şagird öyrəndiyi məlumatı dəqiq yoldaşlarına izah edir. Belə ki, hər qrup 4 yeni məlumat əldə etmiş olur.Vaxt bitdikdə liderlər ya özləri, ya da digərləri bu yeni bilikləri digər qruplara (sinfə) izah edir. Bu zaman hansı qrupun daha diqqətli olmağı, daha dəqiq şəkildə məlumatı öyrəndiyi ortaya çıxır. Qruplar bir-birini qiymətləndirir. Əvvəldən liderlər öz qrup yoldaşlarını qiymətləndirə bilər (hər yeni məlumatı gətirib necə çatdırmasına) və s. Sonda müəllim nəticələri açıqlayı
Dostları ilə paylaş: |