Verilənlərin emalı dili (DML) SQL-in bir hissəsi olub istifadəçinin relyasiya modelli verilənlər bazasında real dəyişikliklərin aparılmasını təmin edir. SQL verilənlərin emalı dilinin əsas operatorları bunlardır: SELECT, İNSERT, UPDATE, DELETE. Seçmə əməliyyatı SELECT operatoru təkcə istifadə olunmur və məcburi (əsas) açar sözlərinin köməyi ilə bir neçə parametrik göstəricilər tələb edir. SELECTəmri üçün məcburi açar söz FROM-dur.
–Cədvəldən bütün sütunları və müvafiq sətirlərin hamısını gətirir.
SELECT * FROM table_name ; –Cədvəldən adlarını qeyd etdiyimiz sütunları göstərilir.
SELECTcolumn1 , column2, ... FROM table_name ;
ALIASES sütun və ya cədvəllər üçün müvəqqəti ad yaratmaq məqsədi ilə istifadə edilə bilər. Sintaksisi aşağıdakı kimidir:
SELECT Column_name [ AS ] alias_name
FROM table_name ;
DISTINCT Cədvəlin qeyd edilmiş sütununa görə fərqli sətirləri qaytarır
ORDER BY təlimatı sorğularda çıxış nəticəni nizamlamaq üçün istifadə olunur. Onun yazılış sintaksisi aşağıdakı kimidir:
SELECT column1, column2
FROM tablename
ORDER BY column1 [ASC|DESC] ;
Standard halda ASC qəbul olunur.
Şərt-sorğunun bir hissəsi olub, seçiləcək verilənlər haqqında informasiyadan ibarətdir. SQL-də şərt WHERE təlimatı vasitəsilə ilə ifadə olunur. WHERE ifadəsində bir neçə şərt iştirak edirsə, onlar bir-birilə AND və ya OR əməliyyatları ilə əlaqələndirilirlər.