Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


PAYLANMIŞ VERILƏNLƏR BAZALARI



Yüklə 0,95 Mb.
səhifə27/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
mühazirə VBİS-qisa(1)

PAYLANMIŞ VERILƏNLƏR BAZALARI


Əsas konsepsiyalar. Verilənləri mərkəzləşdirilmiş və paylanmış emaletmə sistemləri. Homogen və heterogen VB-lər.


Paylanmış verilənlər bazası (Distributed DataBase - DDB) –məntiqi əlaqəli verilənlərin (və onların təsvirlərinin) yığımıdır ki, onlar kompüter şəbəkələrində fiziki paylanmışdır.
Paylanmış VB-nı idarəetmə üçün nəzərdə tutulmuş və son istifadəçi üçün informasiyanın paylanmasıını şəffaf etməyə imkan verən proqram kompleksinə paylanmış VBİS deyilir.
Fərz edək ki, şəbəkə əsasında bank əməliyyatlarını emal edən sistem mövcuddur. A şəhərindəki kliyent sistemlə lokal sorğuların (coğrafi lokallıq) köməyi ilə işləyir. Əgər kliyent B şəhərinə köçərsə və bu şəhərin bankında əmanətini almaq istəyərsə, A şəhərində onun hesabının yoxlanması üçün B şəhərindən məsafədən sorğu verilməlidir. Bundan başqa baş müəssisənin əksər sorğuları məsafədən sorğu (qlobal məsafəlilik) olur. Onların əsasında bütün sistemlə iş protokolu qurulur.
Bir rayonun bankları arasında da informasiya mübadiləsi aparıla bilər. Bu lokal sorğular əsasında yerinə yetirilir (funksional lokallıq).
Şəkildə istifadəçinin məntiqi sxemi göstərilmişdir. Bu səviyyədə VB-nin paylanması lokal və məsafədən (paylanmış) verilənlərin məntiqi yığımından ibarətdir.
Beləliklə, deyə bilərik ki, paylanmış VB informasiya şəbəkəsinin müxtəlif qovşaqlarında yerləşmiş relyasiya münasibətləridir və onlar məntiqi elə əlaqələndirilmişlər ki, verilənlərin vahid yığımını təşkil edir.
Paylanmış VB-nı idarəetmə sistemi (PVBİS) bir neçə fraqmentə ayrılmış, vahid məntiqi VB-dan ibarətdir. VB-ın hər fraqmenti bir və ya bir neçə kompüterdə saxlanır, onlar öz aralarında əlaqənin xətləri ilə birləşdirilmişdir və onların hər biri ayrı VBİS-in idarəsi altında işləyir. Saytların hər biri lokal miqyasda və ya şəbəkənin digər kompüterlərində saxlanmış verilənlərə istifadəçilərin sorğularını sərbəst olaraq emal etməyi bacarır.

Şəkil. Paylanmış VB-də müdaxilə metodları
İstifadəçilər paylanmış VB ilə əlavələr (proqramlar) vasitəsilə qarşılıqlı təsirdə olurlar. Lokal əlavələr (proqramlar) başqa saytlarda olan verilənlərə müdaxilə etmir, qlobal əlavələr (proqramlar) isə müdaxilə edir. Paylanmış VBİS-də heç olmasa bir qlobal əlavə (proqram) mövcud olmalıdır, buna görə istənilən PVBİS aşağıdakı xassələrə malik olmalıdır:
1. Məntiqi əlaqəli ayrı-ayrı verilənlər yığımına malik olmaq.
2. Saxlanan verilənlər bir neçə fraqmentlərə bölünməlidir.
3. Fraqmentlər arasında verilənlərin replikasiyası təşkil edilməlidir.
4. Fraqmentlər və onların replikaları müxtəlif saytlar üzrə paylanmalıdır.
5. Saytlar öz aralarında şəbəkə ilə əlaqələnməlidir.
6. Hər saytda verilənlərlə iş VBİS-lə idarə olunur.
7. Hər saytda VBİS lokal əlavələrin (proqramların) avtonom işini dəstəkləməlidir.
8. Hər saytın VBİS-i heç olmasa bir qlobal əlavəni (proqramı) dəstəkləməlidir.
Sistemin hər saytında məxsusi lokal VB-nin mövcud olmasına ehtiyac yoxdur.
PVBİS-in üstünlükləri bunlardır:
1) təşkilat strukturunun əks edilməsi;
2) ayrıla bilmə və lokal avtonomluq;
3) verilənlərə müdaxilə imkanını yüksəltmək;
4) etibarlılığın yüksəldilməsi;
5) məhsuldarlığın artırılması;
6) iqtisadi mənfəət;
7) sistemin modulluğu.
PVBİS-in çatışmazlığı bunlardır:
1) mürəkkəblik artır;
2) maya dəyəri artır;
3) mühafizə problemləri;
4) verilənlərin tamlığına nəzarətin çətinliyi;
5) standartların yoxluğu;
6) təcrübənin çatışmazlığı;
7) verilənlər bazasının hazırlaması prosedurunun çətinliyi.
Paylanmış VBİS homogenheterogen sistemlərə bölünür. Homogen sistemlərdə bütün saytlar eyni tipli VBİS istifadə edir. Heterogen sistemlərdə saytlarda müxtəlif verilənlər modellərindən istifadə edən müxtəlif tipli VBİS-lər işləyə bilər.
Homogen (bircins) sistemlər asanlıqla layihələndirilir və daşınır. Bundan başqa, belə yanaşma artıq mövcud olan paylanmış sistemə yeni saytları ardıcıllıqla əlavə edərək mərhələlərlə sistemin ölçülərini artırmağa imkan verir. Müxtəlif saytlarda verilənlərin paralel emalının təşkili hesabına sistemin məhsuldarlığını yüksəltmək mümkün olur.
Heterogen (bircins olmayan) sistemlər o hallarda yaranır ki, özlərinin şəxsi VB sistemlərini artıq istismar edən müstəqil saytlar yenidən yaradılan paylanmış sistemə inteqrasiya edir. Burada VBİS-in müxtəlif tipləri arasında qarşılıqlı təsirin təşkili üçün ötürülən xəbərlərin translyasiyasını təşkil etmək lazım gəlir. Bu zaman istifadəçi bu saytda istifadə edilən VBİS-in dilində sorğu verməlidir.
Paylanmış VBİS-in növlərindən biri multibaza sistemidir. Multibaza sistemi – idarəetməni hər saytın tamamilə avtonom həyata keçirdiyi paylanmış VBİS-dir. Multibaza VBİS-i şəffafdır: o mövcud verilənlər bazalarının və fayl sistemlərinin üzərində yerləşir və onları öz istifadəçilərinə vahid bir VB kimi təqdim edir.
Qeyri-federal (lokal istifadəçiləri olmayan) və federal multibaza sistemləri mövcuddur. Federal sistem paylanmış və mərkəzləşdirilmiş sistemin hibridindən ibarətdir. Belə ki, o uzaq məsafədəki istifadəçilər üçün paylanmış, lokal istifadəçilər üçün isə mərkəzləşdirilmiş kimi görünür.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin