Mövzu: Məktəbdaxili qiymətləndirmə və onun növləri
Ədəbiyyat siyahısı: Zülfiyə Veysova, Fəal interaktiv təlim, Bakı 2008. UNİCEF. 1. A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014 Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008. Kurikulum jurnalı Bakı 2008.
Şagird nailiyyətinin qiymətləndirilməsi prinsiplərini aşağıdakı kimi şərh etmək olar.
Qiymətləndirmə məktəbin fəaliyyət keyfiyyətini müəyyənləşdirən fasiləsiz prosesdir, təhsil prosesinin real göstəricisidir. Şagird fəaliyyətində əsas diqqəti təlim nəticələrinə yönəltmək qiymətləndirmənin əhəmiyyətli xüsusiyyətlərindən hesab olunur.
Qiymətləndirmədə təlim nəticələri və məqsədləri, bilik, bacarıq, vərdiş, dəyər, səriştə ilə bağlı məqamlara nəzarət olunur.
Qiymətləndirmə dövlət standartlarına əsaslanır (standarrt kompetensiyaları – şagird hansı bilikləri əldə edəcək, hansı bacarıqlara malik olacaq, məktəbi bitirəndə hansı nəticələri əldə edəcək) və şagirdə məlum olan konkret meyarlarla aparılır.
Qiymətləndirmə təlim prosesinin tərkib hissəsi kimi əvvəlcədən dəqiqləşdirilmiş plan əsasında ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Qiymətləndirmə şagirdlərin dəstəklənməsinə və inkişafına yönəlmiş şagird – müəllim əməkdaşlığı üçün şərait yaradır, onları müvəffəqiyyətə hazırlayır.
Səmərəli qiymətləndirməyə nail olmaq üçün müəllimlər qiymətləndirmənin növləri, hər bir növün ayrılıqda məzmunu, mexanizmi və məqsədləri haqqında biliklərə malik olmalıdır. Bu parametrlər baxımından qiymətləndirmə üç növə ayrılmışdır: diaqnostik, formativ summativ.