Şlamın öyrənilməsi. Qazma prosesində süxurlar yer üzərinə çıxarılır. Gil məhlululunun içərisindəki qırıntıların öyrənilməsi quyu kəsilişindəki süxurlar haqqında fikir söyləməyə imkan verir. Quyu kəsilişlərinin öyrənilməsinin dəqiqliyindən asılı olaraq, şlamın öyrənilmə intervalı müxtəlif olur. Əgər quyudan ardıcıl kern nümunə götürülmüşsə, şlam hər 5 m-dən bir götürülür, götürülməyibsə hər 1-2 m-dən bir şlam toplanır. Şlam diamteri 1-10 mm olan müxtəlif ələklər yerləşdirilmiş qutudan keçirilir. Təxminən 50 litr məhlul ötürülür. Ələklərin gözü tutulmasın deyə, gil məhluluna bir qədər su əlavə olunur. Sonra ələkdən keçən süxur qırıntılarını ehtiyatla yuyub, qurudulub, kağız paketlərə, yaxud da sınaq şüşələrinə qoyub etiket yazırlar. Şlam nümunələrində gil, qum, qumdaşı və s. miqdarını ya çəki üsulu ya da, böyüdücü linza vasitəsilə təyin edilir. Xarici əlamətlərinə görə süxurların litoloji tərkibini müəyyən etdikdən sonra şlam mikroskopla öyrənilir.
Qeyd etdiyimiz kimi, quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasiləsiz öyrənilməsi məqsədilə aparılan tədqiqatlar karotaj adlanır. Bakı neft mədənlərində birinci dəfə quyuların karotaji 1930-cu ildən başlamış və tez bir zamanda geniş sürətdə yayılmışdır. Quyuların karotaj edilmsinin əsas vəzifəsi qazılan quyunun kəsilişində olan süxurların neftliliyini, litologiyasını və başqa xüsusiyyətlərini öyrənməkdir. Quyu kəsilişlərinin karotajlarla öyrənilməsi geofiziki üsullar adlanır. QGT-nin 50-dən çox modifikasiyaları mövcuddur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsusiyyətlərindən və növündən asılıdır.
Şəkil 1. Quyuların geofizki tədqiqat üsulları
Elektrik karotajı – bu karotaj süxurların xüsusi elektrik müqavimətini və quyuda yaranan təbii elektrik sahəsini ölçməyə əsaslanır. Bu karotajın modifikasiyası olan Yan karotaj zond vasitəsilə kəsiliş boyu süxurların xüsusi müqaviməti və gil məhlulunun quyu gövdəsinə perpendikulyar istiqamətdə nə qədər hopması müəyyən olunur;
Elektrik (standart) karotajı Süxurların xüsusi elektrik müqaviməti (ölçü vahidi Omm) süxurun elektrik müqavimətindən, quruluşundan (məsamə boşluğundan, laylanma istiqamətindən və ayrı-ayrı fazaların mühitdə tutduğu həcmlərin nisbətindən, fazalar arası sərhədlərdə yaranan fərqli mühitdən (keçid zonası)), temperatur, quyu diametri və təzyiqdən asılıdır.
Süxurların bərk fazası müxtəlif minerallardan təşkil olunmuşdur. Minerallar xüsusi müqavimətinə görə keçirici (10-8-10-4 Omm), yarımkeçirici (10-4-10-8 Omm) və dielektrik xüsusiyyətinə malik olurlar. Süxurəmələgətirən minerallar dielektrik növünə aid edilir.
Standart elektrik karotajı – 3 elektrodlu karotaj zondu vasitəsilə gövdə boyu süxurların fərz olunan xüsusi müqavimətini və quyularda yaranan təbii potensiallar fərqinin ölçülməsindən ibarətdir. Elektrik karotajında quyuya buraxılan qurğu zond adlanır. Bu zondlar elektrodlardan təşkil olunur. Elektrodlar da öz növbəsində 2 yerə ayrılır: cərəyan və ölçü elektrodları. Zondlar formasına görə nöqtəvi və çubuqvari olurlar. Nöqtəvi elektrodlu zondlar yan karotaj zondlaması, mikro və s. karotajlarda istifadə edilir. Çubuqvari zondlar induksiya karotajında, dielektrik karotajında və s. istifadə edilir. adi elektrik karotajında iki və üç elektrodlu zondlardan istifadə edilir. qaydaya görə elektrodlar quyu oxuna paralel düz xətt üzərində yerləşdirilir. Şəkil 1-də məhsuldar qatın elektrik karotajı üzrə kəsilişi verilmişdir
1-qumdaşı; 2-əhəndaşı; 3-arqelit Şəkil 2. Məhsuldar qatın elektrik karotajı
Bu karotaj üsulu qazılan quyuda kəsilən süxurların xüsusi müqavimətini və quyu gövdəsi boyunca öz-özünə əmələgələn təbii elektrik potensialını ölçməyə əsaslanır. Karotaj zondu karotaj kabeli vasitəsilə quyu içərisinə salınır və ölçü işləri aparılır. Nəticədə, yer üzərindəki qeydedici cihazda eyni zamanda 2 əyrı yazılar və həmin lentə EK diaqramı deyilir. Süxurların fərz olunan xüsusi müqavimətini qeyd etmək üçün quyuda süni olaraq elektrik sahəsi yaradılır. Bu məqsədlə cərəyan mənbəyindən elektrodlara cərəyan buraxılır. Bu süni elektrik sahəsi quyuda süxurların qarşısında potensiallar fərqi yaradır və bu potensiallar fərqi ölçü elektrodları vasitəsilə cihaza verilir və həmin cihaz əyi şəklində süxurların xüsusi müqavimətinin (SXM)dəyişməsini göstərir. Belə ki, qumdaşı, əhəngdaşı, dolomit yüksək elektrik müqavimətinə malikdir.Gil və gilli süxurlar kiçik SXM-yə malikdirlər.
Bildiyimiz kimi, quyu və quyu ətrafında müxtəlif fiziki-kimyəvi proseslər gedir. Bu proseslər müəyyən elektrik sahəsi yaradır və bu sahə təbii elektrik sahəsi və ya quyu potensialı adlanır. Zond quyu boyu hərəkət etdikcə təbii yaranmış potensialın fərqini ölçü elektrodu cihaza göndərir və 2 əyri qeyd edilir. Bu əyri quyu boyu quyu potensialının dəyişməsini göstərir.
Karotaj kabeli olmadıqda dayaz quyularda bəzən 4 elektrodlu karotaj qurğusundan istifadə edilir. bu halda simmetrik sürətdə düzülmüş 4 elektrod eyni zamanda quyuya buraxılır.