Yan karotaj üsulu - elektrik karatojının modifikasiyalarından biri olub bütün quyu kəsilişlərinin məhsuldar qat çöküntülərinin yerləşdiyi hissələrdə aparılır. Yəni məhsuldar layların həqiqi xüsusi müqaviməti müəyyən edilir.
İnduksiya karotaj üsulu - Təcrübədə elə hallara rast gəlinir ki, quyular şirin su əsaslı məhlulla və yaxud neft əsaslı məhlulla qazılır. Belə quyu kəsilişlərinin öyrənilməsində yan karatoj üsulları öz səmərəliyini itirir. Məhz buna görə bu tip kəsilişlərin öyrənilməsində induksiya karatoj üsulundan istifadə olunur. İnduksiya karatoj üsulu elektromaqnit karatoj üsulunun modifikasiyalarından biri olub, quyu daxilində elektromaqnit sahəsinin yaradılmasına əsaslanır.
Mikrokarotaj üsulları - Elektrik karotajının digər növləri ilə yuyulma zonasının və “gil qazmağının” xüsusi müqavimətini, eləcədə kiçik laycıqların sərhədlərinin təyin edilməsi mümkün olmur, bu çətinliyi aradan qaldırmaq üçün kiçik ölçülü elektrik karotaj zondlarından istifadə edilir. Belə karotaj növünə misal olaraq mikrokarotajı göstərə bilərik.
Radioaktiv karotaj - Quyu sütunu boyunca süxurların təbii və süni olaraq yaradılmış radioaktiv sahələrinin ölçülməsinə Radioaktiv Karotaj deyilir. Hazırda RK –nın modifikasiyalarından – radioaktiv izotoplar üsulu, törədilmiş RK üsulu (QK üsulu), və.s tətbiq olunur. Radioaktiv karotajın hazırda aşağıdakı növləri quyu kəsilişinin öyrənilməsində istifadə edilir: qamma-karotaj (QK); neytron-qamma karotajı (NQK); neytro-neytron karotajı (NNK); impulus neytron karotajı (İNK); qamma-qamma karotajı (QQK) və s..
Qamma karotaj – süxurların radioaktivliyini ölçməyə əsaslanır. Qamma karotajı üsulu süxurların təbii qamma şüalanma intensivliyinin quyu sütunu boyunca ölçülməsinə əsaslanır. Süxurların təbii radioaktivliyi onların tərkibində olan Uran (U), Torium (Th), Akti-Uran (AcU) radiaktivlik ailələrinin izotoplarının və K40 izotopunun olması ilə əlaqələndirilir.Süxurların tərkibində digər radioaktivlik izotoplarının payı çox az olduğundan nəzərə alınmır.Radioaktiv elementlər süxurlarda səpələnmiş halında olurlar ki, bu da süxurların nə dərəcədə radioaktiv olub – olmamasına öz təsirini göstərmiş olur.Radioaktivliyinə görə süxurlar 3 yerə ayrılır.
1) Yüksək radioaktivlikli süxurlar – Dərin kontinental gillər, gilli şistlər və s. aiddir.Gillər ən yüksək radiaktivliyə malik olan süxurlardır. Bu gillərin absorbsiya qabiliyyəti ilə əlaqələndirilir.
2) Orta radioaktivlikli süxurlar – Bura daxildir: Gilli qumdaşı, gilli əhəngdaşı və gil qarışığı olan süxurlar.
3) Zəif radiaktivliyə malik süxurlar – Xalis qumdaşları, əhəngdaşları, dolomit və s. bura aiddir.