Landşaft tipləri, adətən, fiziki – coğrafi zonalara müvafiq gəlir. Məsələn, tundra – meşə – çöl, səhra – yarımsəhra və sairədən ibarət olur.
A.T.İsaçenko (1965) landşaft tiplərini ən böyük təsnifat vahidi hesab edir və landşaft sinfinin tipə tabe olduğunu göstərir.
Landşaft cinslərinin yaranmasında və təsnifat sisteminin bir pilləsi kimi ayrılmasında B.A.Nikolayev (1978) relyefin genetik tiplərini, Q.İ.Yurenkov (1982) isə landşaft tiplərinin əlamətlilik xüsusiyyətlərini (Məsələn, qarışıq meşələrin Şərqi Avropa landşaftları və s.) əsas müəyyənedici ölçü hesab edirlər.
Landşaftların tipoloji təsnifatının ən kiçik vahidi növdür. Məsələn, bir landşaft növünün ən vacib əlaməti eyni tipli relyef və eyni tipli ana süxurların üstünlük təşkil etməsidir.
Landşaftların əsas təsnifat vahidlərindən əlavə, keçid mövqe tutan vahidləri də (yarımsinif, yarımtip, yarımcins, yarımnöv və s.) mövcuddur. Məsələn dağlıq landşaft sinfində alçaq, orta və yüksək dağ yarımsinifləri fərqləndirilir.
Dostları ilə paylaş: |