4)Müasir mərhələ yeni holosen olub, təxminən 10 min il bundan əvvəl başlamışdır. Bu dövrdə yerin coğrafi təbəqəsi coğrafi mühitə, insanın qidalanma sahəsinə, onun təsərrüfat fəaliyyəti zonasına çevrilmişdir. İlkin bitki örtüyü insanlar tərəfindən qırılıb, mədəni bitkilərlə tamamilə əvəz olunmuşdur. Torpaqların şumlanması nəticəsində eroziya prosesləri kəskin artmışdır.
Mühazirə 6
LANDŞAFTIN TƏSNİFATI VƏ XƏRİTƏLƏŞDİRİLMƏSİ. GEOSİSTEMLƏRİN MODELLƏŞDİRİLMƏSİ (QRAFİK – BLOK-MATRİSA - RİYAZİ)
Landşaftın təsnifatı və xəritələşdirilməsi onun məqsədindən asılı olaraq bölünən – fərqlənən – eynicinsli predmetlərin – təbii obyektlərin sistemləşmə yollarından biridir. Təsnifatsız landşaft xəritəsi tərtib etmək qeyri – mümkündür.
Adətən, landşaft tədqiqatı zamanı landşaft sinfi, yarımsinif və s. bölgülər bölünərək, aşağıdakı əlamətlər əsas götürülür:
1) landşaftların xüsusiyyətləri və onların komponentləri
2) komponentlərin yerləşdiyi sahələrin xüsusiyyətləri və.s
Landşaft təsnifatını «yuxarıdan aşağıya» doğru yaratmaq mümkün deyil,yəni «aşağıdan yuxarıya» tabe prinsipinə uyğun yaradılmalıdır.
Xəritə tərtib edərkən, elmi təsnifatda səhvə yol vermək, ikitərəfli mövqe tutmaq olmaz.
Landşaftların təsnifatına dair Milkov, İsaçenko, Nikolayev, Qvozdetski və başqa bir çox tədqiqatçıların əsərləri həsr olunmuşdur. Əksər landşaftşünaslar tərəfindən əsas təsnifat vahidləri qəbul olunmuşdur. Bu təsnifat sisteminə şöbə – sinif – tip – cins – növ daxil edilmişdir.
F.N.Milkov (1967) yer səthində su – quru, su və dib landşaft şöbələrini ayırmışdır.
Bir çox alimlər bu xüsusiyyətə görə iki əsas landşaft sinfi: düzənlik və dağlıq landşaftlarını fərqləndirməyi təklif edirlər.
Dostları ilə paylaş: |