Regional differensiasiya coğrafi prosesləri şərtləndirən iki əsas enerji mənbəyindən asılıdır. Birincisi günəşin şüa enerjisi, ikincisi Yerin daxili energisidir. Nəticədə coğrafi təbəqənin landşaft sferasında iki böyük differensiasiya qanunauyğunluğu – zonallıq və azonallıq yaranır.
Enlik zonallığı dedikdə bütün coğrafi proseslərin və təbii komplekslərin ekvatordan qütblərə doğru dəyişməsi başa düşülür. Bu məlumat B.B.Dokuçayev tərəfindən əsaslandırılmışdır.
Zonallığın yaranmasının əsas və ilkin səbəbləri aşağıdakılardır:
a) Yerin kürə şəklində olması
b) Yer oxunun ekliptika müstəvisində 66,5 o maili olması
c) Yerin öz oxu ətrafında fırlanması (sutkalıq hərəkət)
Yer səthində bütün fiziki, kimyəvi və bioloji proseslərin yeganə mənbəyi günəş enerjisidir.
A.A.Qriqoryev zonallıq və qurşaq anlayışlarını fərqləndirməyi və bununla əlaqədar olaraq radiasiya və istilik qurşaqları ayırmağı təklif edir.
Beləliklə, radiasiya qurşaqları alçaq enliklərdən yüksək enliklərə doğru qanunauyğun şəkildə azalan günəş radiasiyasının miqdarı ilə ölçülür. Radiasiya qurşaqlarının sərhədləri paralellərə müvafiq gəlir.
Dostları ilə paylaş: |