Mühazirə 1 Təbii mühitin optimallaşması



Yüklə 60,42 Kb.
səhifə24/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
Landşaft 1 və 2,3,4,5 umumi

İstilik qurşaqlarının əmələ gəlməsinə isə günəş radiasiyası ilə yanaşı, atmosferin xüsusiyyətləri də təsir edir (udma, əks etdirmə). Yer səthinin albedosu hesabına istilik qurşaqlarının sərhədləri paralellərə uyğun gəlmir.

Əsasən üfüqi və enlik zonaları anlayışlarını eyniləşdirərək, bir – birinin sinonimi olduğunu deyirlər. Q.D.Ruxter göstərir ki, enlik zonaları əvəzinə «üfüqi zonallıq» daha düzgün olardı. Bu termin ilk dəfə 1898-ci ildə V.V.Dokuçayev tərəfindən tətbiq edilmişdir.



Enlik zonallıq haqqında N.A. Solntsevin fikirləri

İqlimin enlik zonallıqları ilə qarşılıqlı təsiri haqqında məlumatlara Lomonosovun «Yerin təbəqəsinə dair» adlı əsərində rast gəlirik. V.V.Dokuçayev ilk dəfə tam və elmi cəhətcə hərtərəfli əsaslandırılmış zonallıq anlayışını işləyib–hazırlamışdır. «üfüqi zonallıq» (enlik) qanununu kəşf etməklə, təbii zonaların bütövlüyünü müəyyən etdi və «təbii - tarixi» zonallıq adlandırdı.

N.A.Solntsev ümumilikdə zonallıq anlayışını inkar etmir. O, yalnız landşaft zonalarının mövcudluğunun əleyhinə çıxır və göstərir ki, zonallıq yalnız bioiqlim hadisəsidir.

Onun fikrincə bir bioiqlim zonası daxilində litoloji özülü müxtəlif olan kifayət qədər çoxlu landşaftlar və onun saysız – hesabsız morfoloji vahidlərini fərqləndirmək olar.

Yer kürəsində hazırda aşağıdakı qurşaqlar fərqləndirilir: arktika, subarktika, mülayim, subtropik, subekvatorial və ekvatorial. Bu qurşaqlar Alisovun təklif etdiyi iqlim təsnifatına tam uyğundur.

Qurşaq dedikdə, coğrafi təbəqənin enliklər üzrə iqlim qurşaqlarına bölünməsi başa düşülür.


Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin