Mühazirə 1 Təbii mühitin optimallaşması


DƏMYƏ ƏKİNÇİLİYİNİN YAYILDIĞI RAYONLARIN AQROLANDŞAFTI



Yüklə 60,42 Kb.
səhifə32/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Landşaft 1 və 2,3,4,5 umumi

DƏMYƏ ƏKİNÇİLİYİNİN YAYILDIĞI RAYONLARIN AQROLANDŞAFTI

Dəmyə əkinçiliyi əsasən subtropik və mülayim qurşaqların sərhəd boyunca geniş yayılmaqla, subtropik qurşağın ən rütubətli hissəsində inkişaf etmişdir.Onun tutduğu sahələr musson rejimli subekvatorial qurşaq və tropik savannalardır (Hindistan, Sudan–Qvineya savannaları).

Dəmyə əkinçiliyi üçün optimal relyef şəraiti düzənliklərdir. Əlverişli şəraitdə əkinçilik dağlıq ölkələrdə çox yüksəyə qalxır. Məsələn, arpa əkinləri Asiyada və Afrikada, kartof Cənubi Amerikada 3000–4000 m yüksək sahələrdə yetişdirilir.

Yer kürəsi sahəsinin 40 %-dən çoxu relyef şəraitinə görə əkinçilik üçün yararlıdır.

Rütubət çatışmamazlığına baxmayaraq, Avrasiya və Şimali Amerika ərazisinin yarıya qədəri dəmyə əkinçilik təsərrüfatını inkişaf etdirmək üçün istilik və rütubətlə təmin olunmuşdur. Cənubi Amerika materikin 70 %-i, Afrikanın yarıya qədəri, Avstraliya ərazisinin 1/10 hissəsi rütubətlə kifayət qədər təmin olunur.

Qeyd etmək lazımdır ki, dəmyə əkinçiliyinin müasir inkişaf etdiyi rayonlar tarixən meşələrin qırılma rayonları ilə uyğunluq təşkil edir. Hazırda da inkişaf etmiş ölkələr özlərinin gündəlik artan tələbatlarını ödəmək üçün tropik meşələri çox sürətlə məhv etməkdə davam edirlər.




Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin