Mühazirə 1 Təbii mühitin optimallaşması


M Ü H A Z İ R Ə 13. MEŞƏ, DAĞ – MƏDƏN, ŞƏHƏR VƏ REKREASİYA TƏSƏRRÜFATI LANDŞAFTLARI



Yüklə 60,42 Kb.
səhifə35/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Landşaft 1 və 2,3,4,5 umumi

M Ü H A Z İ R Ə 13. MEŞƏ, DAĞ – MƏDƏN, ŞƏHƏR VƏ REKREASİYA TƏSƏRRÜFATI LANDŞAFTLARI.

Meşə həmişə insanların ən mühüm sağlamlıq mənbələrindən biri olmuşdur. Onun su, iqlim, torpaq, torpaqqoruyucu əhəmiyyəti əvəzedilməzdir. Meşənin iqlim yaxşılaşdırıcı və qoruyucu xüsusiyyəti, onun sanitar – kurort –estetik, rekreasiya və həmçinin hərbi – müdafiə rolu daha böyükdür. Meşənin istifadə istiqamətlərini 2 qrupda birləşdirmək olar:1. Oduncaq məhsullarının alınması;2. Meşədən əlavə məhsul kimi istifadə etmək.

Meşədən əlavə alınan məhsul və qiymətli xammal kimi bitkilərdən hazırlanan qida, texniki və dərman maddələri, meşədə yaşayan heyvanların dərilərindən istifadə, arıçılıq, tikinti materialları, toz və küknar ağaclarının şirəsindən istifadə daxildir.

Meşə hidroloji şəraitə çox böyük təsir göstərir. O, səth axımını əsaslı tənzimləyir, daşqının qarşısını alır, sututarların səthində buxarlanmanı azaldır. Meşələr torpaq eroziyasına qarşı mübarizədə əvəzedilməz metoddur. O, Yer kürəsində Günəş enerjisini yüksək dərəcədə akkumulyasiya edən ən məhsuldar bitki formasiyasıdır. Meşələrin qırılması bioloji dövranda və torpaq örtüyündə qüvvətli pozulmalara səbəb olur. Qırılmalar zamanı torpaq külli miqdarda azot, fosfor, kalsium və başqa qida maddələri kənar olunur.İnsanın meşəyə etdiyi mənfi təsirlərdən ən başlıcası biogeosenozun kəskin və kütləvi dəyişməsidir. E.M.Lavrenko (1956) bitki örtüyünün antropogen dəyişməsini «katastrofik» dəyişmə adlandırır.Məsələn, Küknarın üstünlük təşkil etdiyi meşələr tamam qırılarkən, yenidən bərpa olunan meşələr, əsasən, tozağacı və ağcaqovaqdan ibarət xırdayarpaqlı meşələr olur ki, bunlar iqtisadi cəhətcə iynəyarpaqlı meşələrə nisbətən 4 – 5 dəfə aşağı qiymətə malikdir. Məsələn, Uzaq Şərqin dəniz sahili rayonlarında yapon xüsusi mülkiyyətçilərinin vəhşicəsinə istifadə etdikləri iynəyarpaqlı meşələrin yerini palıd, qovaq, tozağacı və müxtəlif kollar tutmuşdur.

Tədqiqatlar göstərir ki, müasir dövrdə Yer kürəsində əsl qədim və ya ilkin meşələr çox az müşahidə edilir və hazırkı tropik meşələr nisbətən qədim təkrar meşələrdir. İnsanlar tərəfindən toxunulmamış ilkin meşələr az – çox yalnız Amazon çayı hövzəsindədir.İlkin meşələrin təkrar meşələrlə əvəz olunması ekoloji şəraiti pisləşdirməklə bərabər, meşə ilə örtülü ərazilərin iqtisadi potensialını kəskin surətdə azaldır.

Dağ-mədən kompleksləri. Müasir dövrdə dağ – mədən kompleksləri iqtisadi cəhətcə İEÖ –də bütün torpaq fondunun cəmi 1 – 2 %-ni tutur. Lakin həmin obyektlərin təsərrüfat əhəmiyyəti həddindən artıq böyükdür. Faydalı qazıntıların çıxarılması və istehsalı həmin rayonlarda təbii komplekslərin müvazinətinin pozulması və antropogen landşaftların differensiasiyasına səbəb olur. Müasir texnikanın tətbiqi ilə açıq şəraitdə çıxarılan faydalı qazıntı məhsulları karyerlərinin dərinliyi 500 m, karyer sahəsinin eni isə 5 km-ə çatır. Açıq şəraitdə faydalı qazıntıların çıxarılması nəticəsində əvvəlkilərdən fərqlənən yeni texnogen relyef formaları yaranır. Bunlar 2 böyük qrupa bölünür:




  1. Yüklə 60,42 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin