Mühazirə 1 Təbii mühitin optimallaşması



Yüklə 60,42 Kb.
səhifə33/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Landşaft 1 və 2,3,4,5 umumi

Suvarılan əkinçilik rayonlarının aqrolandşaftları

Suvarma təbii landşafta antropogen təsirin ən qüvvətli formasıdır. Suvarma əkinçiliyi torpağın kənd təsərrüfatında səmərəli istifadə formalarından biridir. Mülayim qurşağın suvarılan rayonlarında məhsuldarlıq dəmyə əkinçilik rayonlarına nisbətən çox yüksəkdir.

Dünyada kənd təsərrüfatı məhsullarının 50 %-dən çoxu suvarılan əkinçilik rayonlarının payına düşür.XX əsrin başlanğıcında suvarılan torpaq sahələri 40 mln. hektardan az olduğu halda, hazırda sahəsi 200 mln. hektara yaxındır.

Suvarma əkinçiliyi dünyanın 80-dən çox ölkəsində tətbiq edilir və onun 78 %-i Asiyada yerləşir. Suvarma əkinçiliyi landşaftlarının əsas massivləri termik ehtiyatları olan ərazilərə uyğun gəlir. Belə sahələr mülayim qurşağın cənub hissələri, subtropik və tropik qurşağın qərb və mərkəz hissələrini, subekvatorial qurşağın daha quru rayonlarını əhatə edir. Suvarma əkinçiliyinin mümkünlüyünü təyin edən əsas amil sudur.

Suvarma əkinçiliyinin inkişafı üçün ən optimal rayonlar allüvial düzənliklər, tropiklərdəki deltalardır. Məsələn, Nil çayının deltası, Mesopotamiya, Hind – Qanq və Böyük Çin düzənlikləridir.

Azərbaycanın bir sıra dağətəyi rayonlarında kəhriz artezian sularından rambıq tarlalarını, üzüm və meyvə bağlarının suvarılmasında geniş istifadə edilir. Hazırda Qarabağ maili düzənliyində, xüsusən Xaçınçay, Tərtər və Qarqarçayın gətirmə konusları üzərində kəhriz suları saniyədə 30 – 7- litr su verir. Bunun da sutkalıq debiti 178 min3 təşkil edir. Debit müəyyən vaxt ərzində (saniyə, dəqiqə, saat, sutka) quyunun və ya bulağın verdiyi suyun miqdarına (litrlə, kub.metrlə) deyilir.




Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin