Otlaq landşaftları
Otlaq landşaftları bütün təbii zonalarda yayılmışdır. Lakin onun ən geniş sahə tutduğu zonalar yarımsəhra, səhra və quru savanna vilayətləridir, daha doğrusu, rütubətlə kifayət qədər təmin olunmayan rayonlardır.
Humid iqlimli rayonlarda otlaq landşaftları az olsa da, meşə zonasında meşə–çöl və çöl zonalarında rast gələn çəmənliklər antropogen mənşəlidir.
Otlaq landşaft tipləri, köçəri heyvandarlığın inkişaf etdiyi rayonlarda daha geniş yer tutur. Buraya mülayim–subtropik–tropik qurşaqların rayonları və maralçılıq təsərrüfatının yayıldığı şimal vilayətlər daxildir. Otlaq landşaftlarının saxlanmasının və onların məhsuldarlığının artırılmasının əsas metodu təbii yem sahələrinin səmərəli istifadəsi, suvarma və əkilmə yolu ilə otlaqların yaradılması və becərilməsidir.
Otlaq sahələrinin məhsuldarlığını yüksəltmək üçün son zamanlar suvarılan otlaqların yaradılması üsulu da geniş tətbiq edilir. Elə ona görə də son illərdə biçənəklərin sahəsi çox sürətlə artır. Məsələn, ABŞ, İngiltərə, Kanadada suvarılan mədəni yem bitkilərinin sahəsi 50 %-dən çox artmışdır. Azərbaycanın yarımsəhra landşaftı zonasında yayılmış qış otlaqlarında 2000 min ha–dan çox sahə suvarılır.
Dostları ilə paylaş: |