Kalsiferollar və ya D qrupu vitaminləri
Kalsiferolların quruluşu sterinlər ilə genetik əlaqədədir. Sterinlər kimi onlar da tsiklopentanperhidrofenantren törəmələridir, lakin fərqli cəhət ondadır ki, kalsiferollarda B halqası açıqdır:
tsiklopentanperhidrofenantren kalsiferolların ümumi formulu
Kaksiferollar 6-(3α–oksi–10–metilentsikloheksan–5-ilen)–7-(13β-metilhidrindan–8-ilen)-etan törəmələridir və molekulunda 17-ci vəziyyətdə (R) 8-10 karbon atomundan ibarət alifatik radikal olur.
Hal-hazıra qədər D qrupundan olan D2, D3, D4, D5, D6 və D7 vitaminləri məlumdur. Təbii D qrupu vitaminlərindən dərman maddəsi kimi erqokalsiferol (D2 vitamini) və xolekalsiferol (D3 vitamini) işlənir. Onlar kimyəvi quruluşu, fiziki və kimyəvi xassələri, eləcə də istifadəsinə görə oxşardırlar.
Erqokalsiferol orqanizmə qida ilə daxil olur. O, yumurta sarısında, süddə, kərə yağında, kürüdə az miqdarda və retinolla birlikdə balıqların və dəniz heyvanlarının qaraciyərində, yağ toxumalarında xeyli miqdarda vardır. Xolekalsiferol (və ya kolekalsiferol) orqanizmdə – dəridə, günəş işığında UB şüalar təsirindən əmələ gəlir.
Kalsiferolların molekulunda A və C halqaları bir-biri ilə iki ekzotsiklik ikiqat rabitələri olan etilen körpüsü vasitəsilə birləşir. İkiqat rabitələrin olması nəticəsində D qrupu vitaminlərində sis-trans izomerlik vardır. Təbii kalsiferollar trans konfiqurasiyaya malikdirlər.
Kalsiferollar təbii sterinlərin (erqosterin, xolesterin və s.) fotokimyəvi reaksiyası (UB-şüalandırma) əsasında alınır. Fotoliz reaksiyası nəticəsində erqokalsiferolun provitamini olan erqosterin (onu mayadan və penisillin sənayesində olan tullantılardan alırlar) D2 vitamininə çevrilir:
Dostları ilə paylaş: |