turşuları və ya bitki yağı əlavə edilir. Yağın əlavə edilməsi karotinlərin sintezini
sürətləndirir. B. trispora 1l mühitdə 3,2 q karotin əmələ gətirir. 1 kq kökdən isə 60
mq β-karotin alınır. Göbələklərdən alınan karotinin qiyməti 6-12 dəfə ucuz olur.
Digər
tərəfdən, mikroorqanizmlərdən
alınan β-karotin
kök və
balqabaqdakından daha böyük bioloji aktivliyə malikdir.
Avstraliyada β-karotin almaq üçün Dunaliella yosunundan istifadə edirlər.
Yosunlardan
Spongiococcus
excentricum,
Chlorella
perenoidosa,
Coccomuxa elongata, bakteriyalarından Actinomyces chrestomycetes və
mikrobakterlər, maya göbələklərindən Rhodotorula, kif göbələklərindən
Neurospora crassa və Penicillium sclerotiorum çoxlu miqdarda ksantofil əmələ
gətirir və onların sənayedə ksantofillərin alınmasında geniş istifadə edilir. Heyvan
və quşların yeminə əlavə etmək üçün Blakeclea trispora göbələyindən alınan yem
konsentratından istifadə edilir. Konsentratın tərkibində karotindən başqa lipid,
amin turşuları və s. maddələr olur.
Karotinlər havada asanlıqla oksidləşən maddələrdir. Ona görə də
biotexnoloji prosesdə β-karotini sabitləşdirmək üçün etoksixin, diludin kimi
antioksidantlardan (antioksidləşdirici) istifadə edilir.
Karotinlərdən yeyinti sənayesində (yağ, marqarin, dondurma və şirniyyatı
rəngləmədə) rəngləyici kimi, təbabətdə müxtəlif dəri xəstəliklərinin müalicəsində
geniş istifadə olunur. Tərkibində β-karotin olan yem konsentratı quşlar və
heyvanların yeminə əlavə edildikdə onların A vitamininə olan tələbatı tam ödənilir.
Ksantofillər quşların tüklərinin rəngini yaxşılaşdırmaq məqsədilə yem rasionuna
ə
lavə edilir.
Dostları ilə paylaş: