Vitamin B
1
. Vitamin B
1
və ya tiamin ilk dəfə K. Funk tərəfindən 1911-ci
ildə alınmış və onun müalicəvi əhəmiyyəti göstərilmişdir.
1936-cı ildə kimyəvi üsulla sintez olunmuş və daha sonra onun yüksək
aktivliyə malik forması olan tiamin-difosfat alınmışdır. Bioloji sistemlərdə tiamin
koferment fordama müşahidə edilir. Bu da onun geniş koferment funksiyasını
göstərir.
Mikroorqanizmlərdən E. coli, Proteus vulgaris, Aerobacter aerogenes,
Bacillus mesentericus, Alcaligenes faecalis və s.
növlər çoxlu miqdarda tiamin
sintez edirlər. Buna baxmayaraq tiamin hazırda kimyəvi sintez yolu ilə alınır.
Kimyəvi texnologiya ilə rəqabət apara bilən biotexnoloji proses hələlik
tapılmamışdır, daha doğrusu tiaminin mikroorqanizmlər vasitəsilə alınması çox
baha başa gəlir. B1 vitaminindən təbabətdə və heyvandarlıqda geniş istifadə edilir.
Hətta bəzi mikroorqanizmlər (Lactobacterium fermenti, Clostridium botulinum və
s.) tiaminə böyük ehtiyac duyurlar.
Vitamin B
7
. Vitamin B
7
və ya biotin (ona vitamin H da deyilir) ilk dəfə
yumurta sarısından alınmışdır. Quru yumurta sarısının 250 q-da 1,1 mq biotin
vardır.
Mikroorqanizmlər ucuz biotin mənbəyi kimi daha böyük əhəmiyyət kəsb
edirlər. Biotinə münasibətinə görə mikroorqanizmlər üç qrupa bölünürlər:
1.hazır biotinə ehtiyac duyanlar (Lactobacterium casei, L. plantarum, Neurospora
crassa);
2.bioton sintez etməyən, lakin onun törəmələrini biotinə transfarmasiya etməklə öz
tələblərini ödəyənələr, məsələn: Corynebacterium diphteria pimelin turşusunu,
maya göbələkləri və Propiono-bacterium pentosaceum isə destiobiotini biotinə
çevirirlər;
3.sadə birləşmələrdən sərbəst biotin sintez edənlər. Onlara Psedomonas,
Azotobacter cinsli bakteriyalar, Phycomyces, Rhodotorula cinsli göbələklər və bəzi
yosunlar aiddir. Ph. blaxesleanus göbələyi 7-11 mkq/q, Spirulina platensis yosunu
isə 1,2 mkq/q biotin sintez edir. Bəzi Pseudomonas cinsli bakteriyalar 30 mq/l
destiobitin əmələ gətirirlər ki, bu da biotin almaq üçün ən səmərəli ilkin maddədir.
Biotinin mikroorqanizmlər vasitəsilə alınması prosesinin praktikada həyata
keçirilməsi ilk növbədə biotin çıxımının az olması ilə əlaqədardır. Bu sahədə
sənaye üçün ifrat sintezə malik mutant ştammların alınması tələb olunur.
Vitamin C. Vitamin C və ya askorbin turşusu ilk dəfə 1932-ci ildə Sent
Dyerdyi tərəfindən limon şirəsindən alınmışdır.
İ
tburnuda 10 mq/q, qırmızı şirin istioda isə 2,5 mq/q bioloji aktiv askorbin
turşusu vardır. Bitki və ya heyvanların əksəriyyəti vitamin C sintez edirlər. İnsan
və bəzi heyvan orqanizmində isə bu vitamin sintez olunmur.
Lipomyces starkeryi, Aspergillus niger, Streptococcus thermophilus
mikroorqanizmləri 214 mkq/q askorbin turşusu əmələ gətirirlər. Acetobacter
xylinum, Gluconobacter oxydans bakteriyaları qlükozanı transformasiya yolu ilə
askorbin turşusuna çevirirlər:
qlükozanı – sorbit → L-sorboza → keto – L – qulon turşusu → L—askorbin
turşusu.
Askorbin turşusu yeyinti sənayesi, təbabətdə və antioksidant kimi geniş
istifadə edilir.
Öyrənilmiş mikroorqanizmlər çox az miqdarda vitamin sintez etdikləri üçün
onun mikrobioloji istehsalı hələlik tətbiq olunmamışdır.
|