Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə20/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   58
Avtomatlaşdırmanın əsasları müh

TEXNİKİ TƏMİNAT
Texniki vasitələrlə qoyulan tələblərin düzgün olması idarəetmə obyektinin avtomatlaşdırılması sahəsində əldə ediləcək müvəffəqiyyətin əsası sayılır.
Bu tələblər nəinki texnoloji proses və avadanlıqlar sahəsində eyni zamanda idarəetmə sahəsində, proqramlaşdırma və digər sahələr üzrə dərin bilik olmasını tələb edir.
AİS-in texniki vasitələri seçilərkən bir sıra tələbləri ödənilməlidir. Bu tələblər dövlət standartları əsasında müəyyən olunur:

  1. Ətraf mühitin təsir etməsinə qarşı dayanıqlı olması (DÜİST 17786-7, 17785-72,17167-71).

  2. Qida siqnalına görə (DÜİST 721-77, 1353-76).

  3. Etibarlılıq göstəricilərinə görə (DÜİST 20397-74, 12997-76).

  4. Qığılcım və yanğına qarşı olması (DÜİST 20397-74, 12997-76).

Texniki tələblərdən asılı olaraq AİS-in texniki vasitələrini 5 qrupa ayırırlar. Bunlar məlumat, təşkilati, riyazi, texniki və iqtisadi məsələlərin həll edilməsində bu və ya digər dərəcədə istifadə olunan vasitələrdir.
AİS-in müəyyən edilmiş funksiyalarının yerinə yetirilməsi vericilərdən, çeviricilərdən, ikinci cihazlardan, tənzimləyicilərdən, icra mexanizmlərindən, siqnallayıcılardan, siqnal lampalarından və köməkçi vasitələrdən istifadə edilir. Bunların hər birinin seçilib əsaslandırılması ölçülən mühitin xarakteristikasının nəzərə alinmasına əsasən yerinə yetirilir. Hər bir texniki vəsaitin seçilib əsaslandırılması xeyli vaxt və zəhmət tələb edir. Bu baxımdan temperatur, təzyiq, sərf, səviyyə vericilərinin seçilməsi məsələsi aşağıdakı qaydada yerinə yetirilir:

  1. AİS üçün lazımi dəqiqlik sinfi.

  2. Zaman sabitini xarakterizə edən ətalətliliyi.

  3. Dəyişmə diapazonu.

  4. Vericinin norma iş rejiminə təsir edən nəzarət olunan və ətraf mühitin fiziki parametrləri.

  5. Ölçülən mühitin və ətraf mühitin vericinin hissələrinə göstərdiyi kimyəvi təsir.

  6. Vericilərin quraşdırıldığı yerdə vericinin normal iş rejiminə təsir edə biləcək elektrik, maqnit sahələrinin və vibrasiyanın təsirinin nəzərə alınması.

  7. Yanğına və partlayışa qarşı olan tələblərin nəzərə alınması.

  8. Vericinin məlumatı ötürə biləcəyi məsafənin nəzərə alınması.

Vericinin seçilməsi adətən iki mərhələdə yerinə yetirilir.
Birinci mərhələdə ölçülmə usulna görə verici seçilir. Məsələn, manometrik termometrlər, termocütlər, müqavimət termometrləri və s.
İkinci mərhələdə isə seçilmiş ölçü üsulunda hazırlanmış konkret verici seçilir. Əgər müqavimət termometri seçilibsə, onda ona uyğun olan konkret müqavimət termometri seçilir. (Deyək ki, TSM 50 qr.23).
Müxtəlif növ vericilərin seçilmə qaydası aşağıda verilmişdir:
Temperatur vericilərinin seçilməsi. Temperatur vericilərinin seçilməsində onların iki xarakteristikasını nəzərə almaq lazım gəlir:

  1. Temperaturun dəyişmə diapazonu.

  2. Çıxış siqnalının növü.

Bu xarakteristikalar temperatur vericilərinin verilməsində əsas yer tutur.
Eyni zamanda vericilərin seçilməsində onların hansı mühitdə işləyəcəklərini də nəzər almaq lazım gəlir. Məlumdur ki, müqavimət termometrləri və termocütləri ölçü xətası eyni olub 0.5%-ə bərabərdir. Kontaktlı və manometrik termometrlər isə ölçünü 1.5-2.5% dəqiqliklə yerinə yetirilir.
-50÷500ºC diapazonunda temperatur ölçülməsində elektirk və maqnit sahələrinin az təsir etdiyi müqavimət termometrlərinə üstünlük verilir.
-50÷150ºC diapazonu üçün mis müqavimət termometrlərinin seçilməsi daha məqsədəuyğun olur.
Termocütlər vasitəsilə hər hansı nöqtənin temperaturu ölçülərsə, müqavimət termometrləri vasitəsilə orta temperatur ölçülür.
Termocütlərin adətən qeyri-normal yerlərdə tətbiq edilməsi də məqsədəuyğundur. Bu vericilər vasitəsilə 600ºC-dən yüksək olan temperaturun ölçülməsi daha effektli sayılır.
Təzyiq vericilərinin seçilməsi. Təzyiq vericilərinin seçilməsində yuxarıda qeyd edilən əsas xarakteristikalardan başqa təzyiqin zamana görə dəyişmə xarakterini, nəzarət olunan mühitin ölçüyə təsirini, buraxıla bilən statik xətanı nəzərə almaq lazım gəlir.
Sərf vericisinin seçilməsi. Burada əsas məsələ boru xətlərində dəyişən təzyiqlər düşgüsü yarada biləcək daraldıcı quruluşların düzgün seçilməsidir. Daraldıcı quruluş kimi istifadə olunan diafraqma, saplo və yaxud Venturi borusunun seçilməsi çoxlu sayda hesablamaların aparılmasını tələb edir.
Diafraqmanın hazırlanması saploya nəzərən asan olub, sadə konstruksiyaya malikdir. Lakin saplo vasitəsilə daha böyük sərfi ölçmək olur. Bununla yanaşı bəzi hallarda onun dəqiqliyi diafraqmaya nəzərən daha yüksək olur.
Digər tərəfdən saplonun quraşdırılmasında boru xəttinin az hissəsinin düz olması tələb olunur.
Daraldıcı quruluşların giriş hissəsinin çirklənməsi saploya nəzərən diafraqmaya daha çox təsir edir.
Borunun dianteri 50mm-dən az olmadıqda daraldıcı quruluşlardan istifadə edilə bilər. Bu halda modul (m=d2/D2) diafraqma üçün m=0.005÷0.7, Venturi borusu üçün m=0.005÷0.6 arasında dəyişməlidir.
Uyğun difmanometrin seçilməsi nominal təzyiqlər düşgüsünün tapılması ilə yerinə yetirilir. Əgər daraldıcı quruluşda təzyiq itkisi verilibdirsə, onda difmanometr üçün nominal təzyiq düşgüsünün elə ən böyük qiyməti götürülür ki, daraldıcı quruluşda alınacaq təzyiq itkisi buraxıla bilən qiymətdən kiçik olsun.
Daraldıcı quruluş və ya difmanometrin seçilməsi eyni bir mühitə əsasən aparılır.
Kiçik sərflərin ölçülməsində sabit təzyiqlər düşgüsü əsasında işləyən rotometrlərdən istifadə edilir. Parametrlər vasitəsilə diametri 50mm-dən kiçik olan boru xətlərində maye və qazların kiçik sərfini ölçmək üçün tətbiq edilirlər.
Vericilərin çıxış siqnallarının növünə və onların ölçü həddinə əsasən aralıq çeviriciləri və ikinci cihazlar seçilir.
Sistemin texniki təminatı dedikdə sistemdə istifadə olunan elə texniki vəsaitlər kompleksi nəzərəd tutulur ki, sistemin məlumat və idarəetmə funksiyaları tam şəkildə ödənilsin. Sistemin texniki strukturuna aşağıdakı təyinatlı texniki vasitələr daxildir.

  1. Texnoloji obyektin istənilən zaman fasiləsində vəziyyıti barədə məlumat verən və həmin məlumatı sistemə daxil edən texniki vasitələr toplusu.Buraya temperaturanı ölçən termocütlər, müqavimət termometrləri, manometrik termometrlər, metallik termometrlər, mayeli termometrlər və s., sərfölçənlər kimi elektrik və pnevmatik çıxışlı difmanometrlər, təzyiq və seyrəklikölçən kimi silfonlu manometrlər, silfonlu vakuumetrlər, özügöstərən texniki manometrlər, elektrik və pnevmatik çıxışlı manometrlər və s. Səviyyəölçənlər kimi üzgəcli, pyezometrik, ultrasəs, tutum və s. səviyyəölçənlər işlədilir. Təzyiq ölçən cihazlar kimi müxtəlif növ manometrlərdən istifadə edilir.

  2. Məlumatın formalaşdırılması və onu sistemə ötürən texniki vasitələr. Bu növ texniki vasitələr kompleksinə termocütlərin, müqavimət termometrlərinin, çıxış siqnallarını analoq siqnallara çevirən keçmiş U tipli çeviricilər daxildir.

  3. Lokal tənzimləməni və idarəetməni yerinə yetirən texniki vasitələr. Bu funksiyanı yerinə yetirən texniki vasitələr temperatur, sərf, səviyyə, təzyiq və s. ölçən və yazan bütün ikinci cihazlar, temperatur tənzimləyiciləri, sərf tənzimləyiciləri, səviyyə tənzimləyiciləri, hidarvlik tənzimləyicilər və s. daxildir.

  4. Elektron hesablayıcı və idarəedici komplekslər. Bu tip texniki vasitələr kompleksinə müxtəlif növ hesablayıcı və idarəedici, eyni zamanda analoq maşınları və hibrid maşınlar daxildir.

  5. Məlumatı operativ personala ötürən texniki vasitələr kompleksi. Bu növ texniki vasitələr kompleksinə müxtəlif növ siqnallayıcılar (şəkilli və səsli), siqnal lampaları, mnemosxemlər, displey, çap qurğuları və s. daxildir.

  6. İcra mexizmləri. Bunlara müxtəlif növ elektrik icra mexanizmləri KRƏ, KKP, 25NJ6NJ, PPX, OPX, SPQP-2 tipli icra mexanizmləri və s.daxildir.

  7. Məlumatı digər avtomatlaşdırılmış idarəetmə sisteminə ötürən texniki vasitələr. Buraya müxtəlif növ displeylər, telefon aparatları, müxtəlif kommutatorlar, operativ rabitə stansiyaları, radiotranslyasiya stansiyası, translyasiya gücləndiriciləri, danışıq qurğuları, müxtəlif növ mikrofonlar və s. daxildir.

Göstərilən növ texniki vasitələrdən başqa sistemin texniki təminatına eyni zamanda texniki vasitələrin quraşdırılmasına, onların sazlanmasına, təmir edilməsinə lazım olan texniki vasitələr də daxildir. Lakin bu texniki vasitələr sistemin texniki strukturuna daxil deyildir.
Avtomatlaşdırılmış idarəetmə sistemlərinin texniki xarakteristikalarını yüksəltmək və onların real zaman miqyasında fəaliyyətini təmin etmək məqsdəilə bir çox xarici firmalar tərəfindən intellektual temperatur, sərf, səviyyə, təzyiq ölçənlər və intellektual icra mexanizmləri buraxılmışdır.
Bu texniki vasitələrdə ölçülən parametrlərin qiymətlərinə mütənasib olan giriş siqnalı özünün proqram təminatının köməyilə emal olunur və alınmış nəticəyə uyğun olaraq hər bir cihazın çıxışında analoq və rəqəm sinalları alınır. Bu cihazlar haqqında müəyyən xarakterli məlumatlar verilmişdir. Həmin texniki vasitələr barədə aşağıdakı məlumat verilmişdir.
Avtomatlaşdırılmış idarəetmə ssitemlərinin layihələndirilmə, tətbiq olunma müddəti və onların istismar edilməsinin effektivliyi xeyli dərəcədə texniki vəsaitlər kompleksinin keyfiyyəti ilə xarakterizə olunur. Bu mənada “Fişer Rosemount” firmasının istehsal etdiyi temperatur, sərf, təzyiq, səviyyə ölçən cihazlar, icra mexanizmləri və s. əsaslı surətdə sənaye müəssisələrində tətbiq olunmuş nəzarət-ölşü cihazlarından fərqlənir. Onların çıxış siqnallarının rəqəm siqnalı şəklində olması və etibarlılıq göstəricilərinin xeyli dərəcədə yüksək olması bütövlükdə idarəetmə sistemlərinin layihələndirmə və quraşdırma müddətlərini aşağı salmaqla yanaşı, bu işlərə çəkilən xərclərin də azalmasına gətirib çıxarır. Göstərilən texniki vəsaitlərin kurs layihələrinin və buraxılış işlərinin yerinə yetirilməsində istifadə olunması həmin işlərin keyfiyyətcə dəyişməsinə səbəb olmaqla yanaşı, təbələrin texniki vəsaitlər sahəsində biliklərinin yüksəlməsinə əsaslı təsir edəcək.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin