1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV xalq deputatları sovetinin Emənistana birləşmə k haqqında qə rarına razılıq verdi. Sentyabrda ermənilər Xocalıda qanlı cinayə t törət-dilər. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti
“Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. A.Volskinin rəhbərliyi il ə Mos-kvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı (12, s. 237). DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı.
Azərbaycanın demokratik qüvvələ rinin tələbi ilə SSRİ Ali So-veti 1989-cu il noyabrın 28-də XİK-i ləğv etdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlı q Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi (12, s. 237).
Ermə nistanda yaşayan azərbaycanlının kütləvi şəkildə depor-tasiyası və Dağlıq Qarabağda separatçılıq meyllərinə mərkəzin xe-yir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlanmas ına səbəb oldu. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Xalq Moskvadan ası lı olan Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edir-di. Lakin Vəzirov xalqın diqqətini yayındırmaq siyasəti yürüdürdü.
Dağlıq Qarabağda Topxana meşəsində ermənilə rin sənaye ob-yekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Ba-kıda mitinqlər keçirildi. Noyabrın 17-də “Azadlıq” meydanında mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Hökumət hə-rəkatın gedişindən qorxub Bakı, Naxçıvan və Gəncə şəhə rlərində xüsusi vəziyyət və komendant saatı t ətbiq etdi, küçələrə tanklar yeritdi. Dekabrın 4-də çoxlu adam həbs edildi.
Belə bir şəraitdə AXC-nin tə sis konfransı 1989-cü ilin iyu-nunda Bakıda keçirildi. Cəbhənin proqram və nizamnaməsi qəbul edildi. Elçibəy onun sədri seçildi. Xalq Ə.Vəzirovun istefasını tələb edirdi. Xalqı n təzyiqi altında sentyabrın 23-də Ali Sovetin növ-bədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqın-da” Konstitusiya Qanununu qəbul etdi.
Respublikada hakimiyyət böhranı mövcud idi. Dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvar ın 12-də 500 nəfər silahlı erməni qulduru Xanlar rayonunun Quş çu kəndinə hücum etdi. Belə vəziyyətdə AXC Milli Müdafiə Şurası (MMŞ) yaratdı.
Dostları ilə paylaş: |