Güney Azərbaycanı İran İslam inqilabı və ondan sonrakı dövrdə
1977- ci ilin payı zından etibarən Cənubi Azərbaycanda bir sıra çıxışlar başladı. Ən iri tələbə çıxışı Cənubi Azərbaycanda Milli hökumə tin yaranmasının ildönümü günü münasibətilə olmuşdu. 1978-ci ilin yanvarında Qum şəhərində Konstitusiya prinsiplərinə, qaydalarına riayət olunması, şahlığın ləğv edilməsi tələbi ilə nü-mayiş keçirilmişdi. Qumdakı hadisələrin 40-cı günü, fevralın 18-də
Təbriz şəhərinin din başçılarının əhaliyə müraciəti təbrizliləri ayağa qaldırdı. 100 min nəfə rin iştirak etdiyi çıxış baş verdi. Hökumət nümayişçilərin üz ərinə nizami ordu hissələri göndərdi. Dinc etiraz nümayi şi mövcud quruluşa qarşı üsyana çevrildi. Bunu 29 bəhmən üsyanı adlandırırlar. Şah fevralın 19-da Təbrizə başqa şəhərlərdən əlavə nizami hərbi dəstələr göndərdi. Lakin qüvvələr bərabər olmadığından üsyan qəddarlıqla yatırıldı (35, s. 58-59).
Antişah və antiimperialist hərəkat olan 1978-1979-cu illər İran inqilabının sosial- siyasi mahiyyətini əslində elə 18 fevral Təbriz üsyanı müəyyən etmişdi. Təbriz üsyanı Pəhləvi monarxi-yasına zərbə vuran ilk xalq çıxışı idi.
Təbriz üsyanından sonra mart ayının 29-30-da Tehran, İsfa-han, M əşhə d, Əraq, Qum, Təbriz, Zəncan və b. şəhərlə rdə, may ayında baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə et-mişdi. Həmin ilin sentyabrı ndan inqilabın II mərhələsi başlandı. İlk çı xışlar sentyabrın 7-də ölkənin 12 şəhərində, o cümlədən Təb-rizdə kütləvi xarakter aldı. Sentyabrın 8-də, cümə günü hakimiy-yətin nümayiş iş tirakçılarını gülləbaran etməsi onları öz yolundan döndərə bilmədi. “Qanlı cümə günü” adını almış həmin gün əha-linin şaha qarşı qəzəb və nifrətini daha da artırdı (12, s. 219).
Neftçilərin noyabr ayında həft əlik, daha sonra isə 1978-ci ilin dekabrından 1979-cu il fevralın əvvəllə rinədək davam etmiş aramsız ümumi tə tili şah hakimiyyətinə ağır zərbə vurdu və inqi-labın taleyini həll etdi. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. Fevralın 16-da şahpər əstlərin son tör-töküntüləri Təbrizdə və Cənubi Azərbaycanın başqa şəhə rlərində də tamamilə zərərsizləş-dirildi, nəzarət xalqın əlinə keçidi.
Beləliklə, 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırı ldı. 1978-1979-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər (12, s. 220).
Antişah və antiimperialist inqilab 1979-cu il fevralın 11-də qələbə ilə başa çatdıqdan sonra həmin millə tlər milli muxtariyyət alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyət
sükanını ələ alan Ayətullah Xomeyni tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979- cu il aprelin 1-də İran İslam Respublikası (İİR) elan etməyə nail oldular. Yeni hökumət torpaq, işsizlik məsələsini həll edə bilmədi. İ ran İslam Məclisi torpaq islahatı haqqında qanunu qəbul etsə də (sentyabr 1981), dövlət bu qanunu həyata keçirməkdə aciz oldu. Çünki islahata şamil olunan torpaq sahələ-rinin çoxu varlı ruhanilərin, Məclis vəkillərinin, yüksək vəzifə sahiblərinin mülkiyyətində idi. Elə bu səbəbdən İİR rəhbərliyi işsizlik problemini də həll edə bilmədi. Ölkə yavaş-yavaş bu vəziy-yətdən çıxdı və İran-İraq müharibəsinin (1980-1988) vurduğu iqtisadi yaraları sa ğaltmağa başladı. Azərbaycan türklə ri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli və etnik dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə milli ədəbiyyatın tə drisində işlənməsi azad elan edilsə də, Azərbaycan məktəblərində buna nail olmaq öz hə llini tapmadı. Az bir zamanda azərbaycanlılar nisbi milli dirçəlişə nail oldular. Cənubi Azər-baycanda, xüsusən Təbrizdə və Tehranda Azərbaycan türkcəsində qəzet və jurnallar nəşr edilməyə başladı. Cənubi Azərbaycanda və Tehranda yaranmış bir sıra mədəniyyət ocaqları vahid Azərbaycan mədəniyyəti ideyası istiqamətində fəaliyyət göstərirdil ər. Bu cəmiy-yətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər:
Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınması;
Azərbaycanda tədrisin ana dilində aparılmasını;
Tehranda ikidilli məktəblərin yaradılmasını və s.
Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jur-nallar İranda azərbaycanlıların milli şüurunun inkişafına təkan ver-di. Lakin mətbuat azadlığı olsa da, mədəniyyətin ruhanilər tərə-findən “ şeytan əməli” adlandırılan aşıq müsiqisi və teatr sənəti kimi sahələri inqilabın ilk dövrlərindən daim müxtəlif növ tə qiblərə mə-ruz qalırdı. Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa edil-məsi Cənubda da milli təfəkkürdə yeni bir canlanma yaratdı.
XIX FƏSİL
Dostları ilə paylaş: |