Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər demok-ratik blok nümay əndəsindən və 25 nəfər iqtidaryonlü deputatdan ibarət Milli Şura yaratd ı. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı “Viskuli” mehmanxanasında Belorus, RF və Ukray-na rəhbərləri Müstə qil Dövlə tlər Birliyi yaradılması haqqında mü-qavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoydüğünü elan etdilər. Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti vəzifə sind ən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin var-lığına son qoyuldu.
Azərbaycan Respublikasında dekabrın 29-da referendum keçirildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respub-likasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin ə vvələrində Azərbaycanı n dövl ət müstə-qilliyi 100- dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövl ət ilə diplomatik əlaqəl ər qurulmuşdu. Azərbaycan Respublikası 14 bey-nəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İs-lam Konfransı Təşkilat ına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavir əsinin yekun aktına və Avropada Təhlük əsizlik və Əməkdaşlı q Müqaviləsinə, mar-tın 2-də isə BMT üzv qəbul olunmuşdu (27, s. 289).
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlər-dən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunul-mazlığı, ərazi bütövluyu, mübahisə li məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlə rinə qarışmamaq prinsipləri əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ
probleminin vaxtında həlli üçün ona laz ımi dəstə k verilmədi. 1991-ci ilin sonunda Rusiya ilə Ermə nistan arasında “Dostluq, əmək-daşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi.
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhəd-yanı bölgədə yerli ə halidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 1991-ci il oktyabr ın 9-da Ali Sovet “Azərbaycanın mil-li özünümüdafiə qüvvə ləri haqqı nda” qanun qəbul etmişdi. Dö-yüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçmə yə məcbur olan özünümü-dafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kə rkicahan, fevralı nda Malıbə yli, Quşçülar kəndl ərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə al-mağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daş-altı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirə rək, meyitləri silos quyula-rına atdılar. Fevralı n 25-də axşam saat 9-da ermə ni silahlı qüvvə-ləri, Xankəndində ki Rusiyaya məxsus 366-cı və 81 mexanikləşdiril-miş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi
nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi
Dostları ilə paylaş: |