Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI



Yüklə 413 Kb.
səhifə27/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   56
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI
I BƏND:
Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)
.
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi

və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri
Qarabağ məsələ si iki əsrdir ki, zaman-zaman gündəmə çixir. 1923-cü ilin iyulunda Azərbaycanın iradəsinə zidd olaraq, Moskva mərkəzinin bolşevik havadarlarının dəstəyi ilə ona vilayə t statusu verilmişdi. Dağlıq Qarabağ Kiçik Qafqazı n cənub-şərqində yerləşir, ərazisi təqribən 4,4 kv. km-dir. Tərkibinə 5 rayon-Əsgəran, Hadrut, Mardakert (Ağdərə), Martuni (Xocavə nd) və Şuşa daxildir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyənin şər-qindən bura kütləvi şəkildə ermənilərin köçürülməsi nəticəsində əhalinin milli tərkibindəki nisbət ermənilərin xeyrinə dəyişmişdi. 1989-cu ildə vilayətdəki əhalinin 73,4%-i ermənil ər, 25,3%-i azərbaycanlılar, 1,3%-i isə qeyri millətlər təşkil etmişdi (12, s. 234). Sovet İttifaqını n “yenid ənqurma”, “aşkarlıq” siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldırdılar. Milli qızışdırmada erməni ziyal ılarını n, xüsusən P.Qazaryanın, Zori Balayanın, Silva Kaputikyanın və b. azərbaycanlılara iftira və təhqirlə dolu, tarixi saxtalaşdırıcı “əsərlər”inin də mühüm rolu ol-muşdu. 1987-ci ilin avqustunda Ermənistan Elmlər Akademiyası Moskvaya Dağl ıq Qarabağın və hətta Naxçıvanın Ermə nistana verilməsi barədə yüz minlərlə erməni imzası ilə xahiş ərizəsi göndə-rilmişdi. 1987-ci ildə Ulu öndərimiz H.Əliyevin SSRİ rəhbərli-yindən kənarlaşdırılmasından istifadə edən “Qarabağ Komitəsi” ok-tyabrda İravanda ilk açıq mitinq keçirdi. Bu komitə Azərbaycanda, xüsusən Dağliq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli “Krunk” təşkilatı açıq fəaliyyətə başladı. “Miatsum” hərəkat ı ge-nişləndi. Ona rəhbərlik etmək məqs ədi ilə 1988-ci il mayın 2-də “55-lər Komitəsi” yaradıldı. Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana verilməsini t ələb edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədə ni inkişafına diqqət vermədiyini ə sas kimi götürürdülər. Halbu ki, Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgələrinə nisbətən daha yüksək templə inkişaf etmişdi. 1988- ci ilin əvvəllə rində Ermənistanın dəs-təyi və Mərkəzin müşahidəsi və qızışdırı cı siyasəti ilə Dağlıq Qa-rabağda ermənilərin separatçı hərəkatları daha da artdı . 1988-ci il fevralın 20-də DQMV Sovetinin sessiyası “DQMV-nin Ermənista-nın tərkibinə daxil edilməsinə raz ılıq verməsini təklif etdi. Er-mənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-də Azərbaycan SSR Ali Sovetindən DQMV-in Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. İyunun 21-də Vilayət Xalq Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə DQMV-nin Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət Sovetinin sessiyası qeyri-qanuni olaraq DQMV-nin Azər-baycanın tərkibindən çıxdığı və Ermənistana birləşdirildiyi barədə qeyri-qanuni qərarı elan etdi. Sentyabrın 18-də ermənilər Xocalıya hücum etdilər. Sentyabrın 21 və oktyabrın 18-də Xankəndində azər-baycanlıların və buna cavab olaraq, Şuşada ermənilərin evləri, avtomobillə ri yandırı ldı (87, s. 34). 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyyəti “Azərbaycan SSR -nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi və birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Bundan isti-


fadə edən ermənilər 1989-cu ilin iyununda Qarabağdakı Azərbaycan kəndlərini mühasirəyə aldılar, sovet ordu hissə lərinin köməyi ilə Xankəndindən bütün azərbaycanl ıları (14 min) çıxardılar (12, s. 236-237). Azərbaycan demokratik qüvvələrinin tələbi ilə 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv olundu. Vilayətin idarəçiliyi V.Polyaniçkonun başçılığı ilə Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı . 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “DQMV-nin Ermənistana birləş dirmək haqqı nda” qeyri-qanuni qərar qəbul etdi (46, s. 23; 66). Xankəndində Ermənistan SSR-in bayrağı asıldı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd boyunca (976 km) fövqəladə vəziyyət elan etdi. 1991-ci ilin mayında bir sıra erməni kəndlərində pasport rejimi yoxlanıldı, erməni silahlı dəstələri tərksilah edildilər. Lakin, yenə də ermənilərin Azə rbaycan kəndl ərinə hücumları davam etməkdə idi. Bütün bunlar Azərbaycanın ictimai-siyasi durumuna kəskin mə nfi təsir göst ərirdi. Azərbaycanda ərazi bütövlüyü və suverenlik uğrunda xalq hərəkatı başladı . 1988-ci ilin əvvəllərində (fevralın 19) ilk etiraz çıxışları başlandı. Xankəndində bir azərbay-canlının öldürülməsi xəbərini eşidən ağdamlılar fevralı n 24-də Xankə ndinə yürüş etdilər. Yürüş zamanı Əsgəranda 2 nəfər öldürül-dü və 19 nəfər yaralandı. 1988-ci il noyabrın 17-də “Topxana” meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar “Azadlıq” meydanında xalqın izdihamlı mitinqi oldu. Noyabrın 19-da ilk dəfə “Azadlıq” meydanında AXC-nin üçrəngli bayrağı qaldırıldı. Bu tariximizə “Milli Dirçəliş” hadisəsi kimi daxil oldu. Mitinq 1988-ci il dekabrın 4-də dağıdıldı. 1989-cu ilin martında hərəkata rəhbərlik etmək üçün Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Sonrakı mitinqlər artıq AXC-nin rə hbərliyi ilə idarə olunurdu. Azərbaycan SSR Ali Sovetinin 1989-cu il sentyabrın 23-də çağırılmış fövqəladə sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. 1989-cu il dekabrın 31-də Naxçıvanda Araz boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv edildi.


Azərbaycanın SSRİ tərkibindən çıxmaq təhlükəsini görə n Mərkəz 1990-cu ilin əvvəllərində Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. SSRİ müdafi ə naziri D.Yazov Gəncəyə gəldi. O, “Tayfun” ə məliyyat planına görə AXC-ni dağıtmaq, “demokratik hə rə katı” boğmaq üçün tədbirlər görməyə başladı. Yanvarın 13-də 1 erməninin 2 azərbaycanlını öldürülməsini təşkil etdi (78) . Bakı da ermə ni talanları başladı. Mərkəzin tapşırığı ilə milis və digər inzibati orqanlar seyrçi mövqe tutdular. Talanlar zamanı 56 nəfər ermə ni öldürüldü, 112 nəfər xəsarət aldı (46, s. 24). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə” fərman verdi (91, s. 37, 40). Respublika hökuməti iflic vəziyyətində idi. Mərkəz Bakı ətrafına ə lavə qoşun hissələri, ağır texnika gətirmə yə başladı. Əhali Bakı ətrafında barrikadalar qurmağa baş-ladılar. Hadisılırı nəzarət etmək üçün Moskvadan Bakıya SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko gönd ərilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində föv-qəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi (91, s. 82), gizli saxlanıldı. Yanvarın 19-da saat 19:27-də Azərbaycan Televizi-yası nın enerli bloku partladıldı (124, v. 77). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qanlı qırğın törətdilər. Əməliyyata SSRİ-nin hərbi naziri D.Yazov başçılı q edirdi. Əməliyyat nəticəsində 132 nəfər (116-sı azərbaycanlı) günahsız adam qətlə yetiildi. 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 400 nəfər həbs edildi. Bu, tariximizə “Qanl ı yanvar” hadisəsi kimi daxil olmuşdu. Bakıda 3 günlük matəm elan edildi. Bakıda fövqəladə və-ziyyət, kamendant saatı tətbiq edildi. AXC dağıdıldı. Bundan sonra suverenlik və azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı (12, s. 239-241).


  1. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində

Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbay-canda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respub-likanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinq-lərdə respublikada prezident seçkilərinin dayandırılmas ı, parlamen-tin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyasının ağalığının, fövqəladə vəziyyətinin ləğv edilməsi, DQMV-d ə Azərbaycanın suveren hüquqları nın təmin olunması üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respub-likası Ali Sovetinin xalqın t əkidi il ə çağırılmış növbədənkənar sessi-yası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövl ət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi.




Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin